Erməniləri sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir? - "FORBES" jurnalı

11 dekabr, 2020 17:26

ABŞ-ın “Forbes” jurnalının internet səhifəsində “Erməniləri Dağlıq Qarabağda sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir?” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi “Forbes”in icmalçısı Pol İddondur.

Azsiyasət.com xəbər verir ki, Pol İddon yazır ki, bu payız Azərbaycan işgal olunmuş bölgəsini azad etmək uğrunda apardığı savaşda Ermənistanın xeyli hərbi texnikasını məhv edib: “Bu sarsıdıcı məğlubiyyət Yerevana müasir dövrdə hərbi texnikanın necə sürətlə inkişaf etdiyini göstərdi. Çox güman ki, bu fakt Ermənistanın gələcəkdə xaricdən silah alışına təsir edəcək”.

Müəllifin fikrincə, Azərbaycanın İsraildən və Türkiyədən aldığı pilotsuz uçuş aparatları qələbədə həlledici rol oynayıb:

“Prezident İlham Əliyev ölkəsinə məxsus pilotsuz uçuş aparatlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etməsi ilə qürur duyur”.

Pol İddon Ermənistanın döyüş zamanı havada üstünlük qazanmaq məqsədilə bu yaxınlarda Rusiya istehsalı olan Su-30 qırıcı təyyarələri əldə etdiyini bildirir: “Bu təyyarələr Ermənistan Hərbi Hava Qüvvələrinin ən aparıcı hərbi texnikası hesab olunur, amma sonuncu münaqişə zamanı onlardan istifadə edilməyib. Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri də qənaətbəxş olmayıb. Rusiyanın ixrac etdiyi, çoxdankı istehsal olan bu sistemlər ölçüsü kiçik, sürəti zəif PUA-larla deyil, reaktiv və bombardmançı təyyarələrlə mübarizə üçün nəzərdə tutulub”.

Məqalədə bir müddət ATƏT-in Minsk qrupunun həmsədri, daha sonra ABŞ-ın Azərbaycanda səfiri olmuş amerikalı diplomat Metyu Brayzanın fikirlərinə də yer verilib. 

Metyu Brayza “Forbes”ə deyib: “Ermənistanla Azərbaycan arasında sonuncu savaş göstərdi ki, Rusiyanın silah sistemi İsrail və Türkiyənin istehsal etdiyi müasir PUA-ların yanında çox geri qalır. Rusiya sistemləri – istər C-300 zenit-raket kompleksi olsun, istərsə də T-72 tankları – tamamilə başqa dövrə aiddir”.

Brayza vurğulayıb ki, Ermənistan müasir döyüş silahlarına yiyələnmək istəyirsə, Azərbaycan kimi PUA-lar almalıdır: “Amma Ermənistan o PUA-ları və ya hava hücumundan müdafiə sistemini haradan alacaq?”

Məqalədə deyilir ki, İsrail Azərbaycana ən çox silah satan və Azərbaycandan neft idxal edən ölkə olduğu üçün onun Ermənistana müasir silah-sursat satacağı inandırıcı deyil. Türkiyənin də bunu etməyəcəyi bəllidir, cünki bu ölkə Azərbaycanın dostu, Ermənistanın isə düşməndir.

Pol İddon yazır ki, Metyu Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə edir. Brayzanın fikrincə, Ermənistanın yeganə seçimi – onun ənənənəvi tədarükçüsü Rusiyadır: “Amma Moskva Yerevana indikindən daha müasir silah satmaq istəməyə də bilər. Hətta istəsə də, Ermənistanın onu almağa pulu yoxdur. Həm də Ermənistan və onun xalqı hazırda başqa əhvaldadır. Son məğlubiyyətə qədər onlara elə gəlirdi ki, orduları yenilməzdir, azərbaycanlılar isə döyüşə bilmirlər”.

Metyu Brayza “Forbes”ə açıqlamasında ermənilərin hazırda daxildəki problemlərə kökləndiyini söyləyib: “Ermənistanın daxilində kifayət qədər problemlər var. Baş nazir Nikol Paşinyanın da siyasi karyerası sual altındadır. Yalnız bütün bunlar çözüləndən sonra Ermənistan öz ordusunu bərpa etməklə məşğul ola bilər”.

Mənbə: Forbes.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR