"Təhlükə çox ciddi və realdır" - Xaləddin İbrahimli

28 iyul, 2020 11:12

Xaləddin İbrahimli: “Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür”

"Azsiyasət.com" xəbər verir ki, professor Xaləddin İbrahimli "azpolitika.info"-ya müsahibəsində avqustun əvvəllərində Azərbaycanla Türkiyə arasında keçiriləcək genişmiqyaslı hərbi təlimlərin əhəmiyyətindən danışıb. Müsahibəni təqdim edirik:

- Türkiyə ordusu ilə Azərbaycan ordusu ölkəmizdə birgə hərbi təlimlər keçirəcək. Artıq təlimdə iştirak edəcək hərbçilər və texnika Naxçıvan Muxtar Respublikası ərazisinə gətirilib. İndiki dövrdə bu qərar hansı zərurətdən irəli gəlib?

- Geniş bir cografiyanı əhatə edən əsgəri təlimlər nəzərdə tutulur. Təlim keçiriləcək bölgələrə diqqət yetirsək, açıq görəcəyik ki, bunlar təkcə ermənilərin potensial hücum əraziləri ola biləcək Naxçıvan, Gəncə-Qazax bölgəsi deyil, həm də Bakı və ətrafıdır. Bu, Xəzərdən, şimaldan potensial hərbi müdaxiləyə hazırlıqla, ölkə əhalisinin az qala yarısının yaşadıgı Abşeron yarımadasının mühafəzəsi ilə baglıdır. Bir sözlə, əsgərlər həm əhalinin mühafizəsi, həm sərhədlərimizin pozulması, həm də enerji layihələri üçün yarana biləcək təhlükələri dəf etmək üçün hazırlaşdırılacaq.

- Türkiyədə Azərbaycanla, ümumilikdə isə Qafqazla baglı narahatlıqlar açıq görünür. Bu hansısa ciddi təhlükələrdənmi xəbər verir?

- Əlbəttə, təhlükə çox ciddi və realdır. Rusiya Xəzərdə və Gəncə-Qazax bölgəsində gərginlik yaratmaq niyətindədir. Əgər burada istəkləri gerçəkləşsə, sonrakı mərhələdə gərginliyin qərbdən Gürcüstana, şərq tərəfdən isə Orta Asiyaya keçməsi planlana bilər. Bu isə Türkiyə sərhədlərində gərginlik zolagının daha da böyüməsi - Aralıq dənizindən Qara dənizə qədər uzanması, eyni zamanda enerji kəmərlərinin Rusiyanın nəzarətinə keçməsi anlamına gəlir. Türkiyədə bu təhlükəni gerçək bir təhlükə kimi görürlər. O üzdən də Tovuz hadisələrində ən yüksək siyasi və hərbi səviyyələrdə, həm də çox açıq və qərarlı tonda Azərbaycana dəstək ifadə edildi. 1991-dən sonra Türkiyədən Azərbaycana heç vaxt belə açıq və net dəstək ifadə edilməmişdi.

- Azərbaycan tərəfin hərbi təlimlərə razılıq verməsi gözlənilən idimi?

- O bir gerçəklikdir ki, bizim ordunun içində kənar dövlətlərə işləyənlər kifayət qədərdir. Bu həm aprel, həm də Tovuz döyüşlərində açıq göründü. Savaşın elə ilk günündə generalımızı və polkovnikimizi bir həmlədə öldürdülər. Savaşda belə şey olmur. Bu, Cövhər Dudayevin qətlinə oxşayan bir sui-qəsdə bənzəyirdi. Bənzər hadisələr Aprel döyüşlərində və sonra da baş vermişdi. Rusiya belə məqamlarda xalqı qorxutmaq, onun iradəsini qırmaq üçün açıq oynayır. "Sənin orduna sahib olan mənəm" demək istəyir. Paşinyanı ortaya salan və Azərbaycan tərəfin hissləri ilə oynamağa məcbur edən də, Moskvadakı iş adamlarına bu gün bir, sabah tərs komanda verib gülünc duruma düşürən də eyni gücdür.

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimə qərar verməsi təbii ki, asan deyil. Bu qərarı bir az əvvəl başlayan Rusiya-Ermənistan birgə təlimləri asanlaşdırdı. Digər tərəfdən, Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür, baş verə biləcək xaosun hansı sonuclara gətirəcəyini proqnozlaşdırmaq asan deyil. O da bir gerçəklikdir ki, Türkiyənin maraqlarını və istəklərini də gözardı edə bilmir.

Birgə təlimlər Azərbaycan hakimiyyətinin sabah-biri gün Ermənistanla savaşa başlayacagı anlamına da gəlməz. Mən bu variantı ümumiyətlə istisna edirəm... Epizodik, qısa müddətli döyüşlər ola bilər, amma müharibə yox.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR