Müharibənin yeni FAZASI: anti-terror əməliyyatları...

15 dekabr, 2020 14:08

Müharibə yeni fazaya daxil olur...

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanatın imzalanmasından, atəşkəsin əldə olunmasından sonra Ermənistan birgə razılaşmasının müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bəzi kəndlərdə və Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəliklərdə erməni terrorçu qruplaşmaları hələ də qalmaqdadır. Noyabrın 26-da erməni terrorçu qruplaşmaları Xocavənd rayonunun Sur kəndində diversiya əməlləri törədərək 3 nəfər hərbçimizi öldürdü, dekabrın 8-də isə Hadrut qəsəbəsi yaxınlığında 1 hərbi qulluqçumuzu qətlə yetirdilər. Düzdür, erməni terror qruplaşmalarının meşəliklərdən təxliyəsi üçün Rusiya sülhməramlıları müəyyən addımlar atdı, amma ortada nəticə yoxdur. Ermən terrorçu qruplaşmalarının hücumlarından görünür ki, onlar meşələrdə qorunma, gizlənmə, döyüş mövqeləri də düzəldiblər.

Ermənistanın paytaxtı Yerevanda bu terrorçu qruplaşmalar “partizan qəhrəmanlar” kimi təqdim olunur. Heç şübhəsiz, bütün bunlar Ermənistan rəhbərliyinin tapşırığı ilə həyata keçirilir.

Azərbaycan meşələrdə gizlənən erməni terrorçu qruplaşmalarına qarşı anti-terror əməliyyatları davam etdirməli və mümkün qədər bu prosesi tez həyata keçirməlidir. 

Çünki Ermənistan hakimiyyəti bu diversiya-terrorçu qruplaşmalarının əməllərindən öz siyasi məqsədləri üçün istifadə edirlər:

- Yerevanda vəziyyət gərginləşən kimi erməni terrorçu qruplaşmaları meşələrdə təxribata əl atılar. Bununla da, Ermənistan hakimiyyəti gərginliyi təkcə Yerevanda yox, bu ərazilərdə saxlamağa da çalışır.

- Ermənistan hələ də məğlubiyyətini həzm etmək istəmir. Siyasi hakimiyyət “biz hələ tam təslim olmamışıq, fəaliyyət və müqavimətimiz partizan (?) kimi davam edir” illüziyası ilə erməni xalqını aldadır. Və bu şəkildə daxili auditoriyanı, Ermənistan ictimaiyyətini çaşdırmağa calışırlar. Sadə kütləyə "qəhrəman vitrinlər" nümayiş etdirirlər. 

- Onlar Ermənistanda sabitlik bərpa olunana qədər Qarabağda  sabitliyi pozmağa çalışacaqlar.

- Bütün bu diversiya təxribatları təkcə Paşinyan kriminal hakimiyyətinin iradəsi ilə deyil, həm də dünyadakı erməni terror təşkilatlarının diktəsi ilə həyata keçirilir.

Erməni terrorçuları səs gücləndiricilər vasitəsilə olunan çağırışlara məhələ qoymaq niyyətində deyillər. Yerləri də bəllidir. Azərbaycan anti-terror əməliyyatlarını davam etdirməli, erməni silahlı birləşmələri o ərazilərdən tamamilə təzmilənməlidir.

Və yəqin ki, meşələrdə gizlənən erməni terrorçu qruplaşmaları ilə Yerevan arasında bir təmas, əlaqə var. Çünki təslim olan erməni terrorçularının hərəkətləri, danışıqları, ağ bayraq qaldırıb təslim olmaları bunu deməyə əsas verir. Onları orada qalmağa məcbur edən nədir!?

Görünən budur ki, müharibə yeni fazaya daxil olur: Ermənistan terrorçu qruplaşmalarını meşələrdə saxlayacaq, Azərbaycan isə anti-terror əməliyyatları ilə onları zərərsizləşdirəcək.

Ermənistanın meşələrdə terrorçu qruplaşmalar saxlaması 10 noyabr üçtərəfli razılşamaya nə dərəcədə ziddirsə, elə Rusiya sülhməramlılarının da onları meşələrdən çıxara bilməməsi həmin razılşamaya bir o qədər ziddir. Hər kəs öz işini görməyi bacarmalıdır. O ərazilərə sülhməramlılar gəlib, əgər bundan sonra da hərbçilər öləcəksə, o zaman buna nə ad qoyaq?

- Sülhməramlılar təcili şəkildə erməni terrorçularının meşələrdən təmizlənməsi üçün praktiki addımlar atmalıdır. Hər halda Sülhməramlıların komandanı, general Rüstəm Muradov baş terrorçu Arayik Harutyunyanla qucaqlaşıb öpüşəməkdənsə, bu məsələni ciddiyə almalı, öz missiyasının məsuliyyətini dərk etməli və ermənilərin qarşısında tələb qoymalıdır. O erməni terorçularla A.Harutyunyanın da, rəsmi yeravanın da bir bağlantısı olmamış deyildir.

Əks halda;

- Azərbaycan suveren torpaqlarında öz qanunları ilə dərhal anti-terror əməliyyatlarını genişmiqyaslı şəkildə həyata keçirib terrorçuların kökünü kəsməlidir.

Samir FEYRUZOV

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR