Sülhməramlıların hərəkətləri üçtərəfli razılaşmaya və Azərbaycan Konstitusiyasına NƏ ÜÇÜN ZİDDİR?

18 dekabr, 2020 02:28

Hazırda Rusiya sülhməramlılarının Dağlıq Qarabağda atdığı addımlar 10 noyabr razılaşmasının və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə ziddir. Rusiya sülhməramlıları səlahiyyətlərinə daxil olmayan aşağıdakı qanunsuz hərəkətləri həyata keçirir: 

- Laçın koridoru vasitəsilə Ermənistandan Dağlıq Qarabağda yaşayan ermənilər üçün silah-sursat daşınır və bu, sülhməramlıların təminatı ilə reallaşdırılır

- Rusiyanın tərtib etdiyi yeni xəritədə (17 dekabr) Tərtər, Goranboy, Laçın irəli sürüşdürülüb. Laçın dəhlizi rus sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb.  Bu, Rusiyanın Qarabağla bağlı ikinci “xəritə oyunu”dur

- Sülhməramlılar Dağlıq Qarabağdan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını təmin etmir

- Ermənilər üçün modul xəstəxana, məktəb açır, tikinti-infrasrtuktur işləri həyata keçirir

- Hələ də Hadrut yaxınlığındakı meşələrdə erməni terror qruplaşmaları qalmaqdadır və sülhməramlıların onların ərazidən təmizlənməsi üçün praktiki addımlar atmaq niyyətində deyillər

- Rusiya sülhməramlılarının komandanı qondarma rejimin rəhbəri Rüstəm Muradov bütün müzakirələri Azərbaycan qanunları ilə haqqında cinayət işi açılan Araik Arutyunyanla aparır

Bütün bunlar 10 noyabr üçtərəfli razılaşmaya və Azərbaycan Konstitusiyamıza tamamilə ziddir:

Birincisi, Azərbaycan Konstitusiya Aktının 12-ci maddəsində göstərilir: “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. 

Bu o deməkdir ki, Rusiya sülhməramlıları yuxarıda qeyd olunan hərəkətlərə yol verməklə, Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılması niyyətini güdən addımlar atmaqdadır. Əslində necə olmalıdır? Orada həyata keçirilən bütün işləri ya Azərbaycan özü həyata keçirməlidir, yaxud da Azərbaycanla razılaşdırılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin silahlandırılması və meşələrdə gizlənən erməni terrorçu qruplaşmaların zərərsizləşdirilməməsi ilə bağlı Azərbaycan və Rusiya arasında hər hansı əlavə razılıq olmadığına görə (halbuki bu, ola da bilməz), deməli, Rusiya ermənilərə xəstəxana, məktəb açmasını da Azərbaycanla razılaşdırmayıb və bütün bunları öz istəyinə uyğun şəkildə həyata keçirməkdədir.

İkincisi, Rusiya sülhməramlılarının Qarabağdakı mövcud hərəkət prinsipləri beynəlxalq hüquqa və BMT-nin baza prinsilərinə tamamilə ziddir. Rusiya və Ermənistan eyni hərbi ittifaqın KTMT-nin üzvüdür. Hər iki ölkə arasında olan hərbi ittifaqın şərltərinə əsasən, Rusiya Ermənistanı silahlandırmaqda davam edəcək və nəticədə Ermənistan isə əldə etdiyi silahları Laçın koridoru vasitəsilə Dağlıq Qarabağa daşıyacaq. Və nəzərə almaq lazımdır ki, Laçın dəhlizi alternativ yolun yaradılmasından - 3 il sonra bizim üçün daha çox praktiki əhəmiyyət kəsb edəcək. Bəs o zaman qədər? 

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirilən ənənəvi illik mətbuat konfransında bildirdi ki, “ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir”. Bu zaman Rusiya sülhməramlılarının atdığı addımların qanunsuz olması bir daha öz təsdiqini tapır.

Azərbaycanın icazəsi, razılığı olmadan Konstitusiyamıza zidd olan istənilən addım yolverilməzdir. Maraqlıdır, Rusiya ikibaşlı siyasət aparır, yoxsa orada müəyyən qüvvələr var ki, onlar Azərbaycan-Rusiya münasibətlərinin zədələnməsinə çalışırlar? Və bütün bunlar Rusiya dövlət başçısının iradəsindən kənarda necə baş verə bilir?

Samir FEYRUZOV 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR