Qarabağın inkişaf strategiyası necə hazırlanmalıdır?

18 dekabr, 2020 04:10

Qarşıda bizi mühüm və məsuliyyətli bir mərhələ gözləyir - Qarabağ sıfırıdan qurulmalı, inkişaf etdirilməlidir. Ölkəmizin iqtisadi imkanları Qarabağın inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır. Əlbəttə, bunun üçün dövlət inkişaf strategiyası hazırlamalıdır. Amma Qarabağın inkişafını nəzərdə tutan bu strategiyanın hazırlanması üçün ilkin mərhələdə atılan addımlardan biri kimi qeyri-dövlət qurumun yaradılması daha məqsədəuyğun olardı. Bu, ictimai mərkəz, qeyri-hökumət təşkilatı, hər hansı birlik formatında təsis oluna bilər. Söz yox ki, müvafiq dövlət qurumları Qarabağın inkişaf strategiyasının hazırlanması üçün tədbirlər həyata keçirəcək, layihələr hazırlayacaqlar. Amma... 

Bəs Qarabağın inkişaf strategiyasının hazırlanmasında ictimai mərkəzin rolu necə ola bilər və bu nə üçün vacibdir?

Əvvəla, Qarabağın zəngin resursları, təbii ehtiyatları, turizm potensialı var. Qarabağda təkcə binalar tikməklə, yollar çəkməklə, infrastruktur qurmaqla iş bitməyəcək. Bütün bunların gələcəyə hesablanmış tərəfləri nəzərə alınmalıdır. Qarabağın hər bir ərazisinin relyefi, yaratdığı münbit şərait, çətinliklər, bu ərazilərin ayrı-ayrılıqda vəd etdiyi gələcək imkanlar nəzərə alınmalıdır.

Bir ictimai qurum yaradılmalı və regionun inkişafını nəzərdə tutan addımların həyata keçirilməsi üçün bütün məsələlər ictimai müzakirəyə çıxarılmalıdır. Qarabağın turizm potensialı o qədər zəngindir ki, ictimai müzakirələr, bu istiqamətdə mütəxəssislərin təkliflərinin öyrənilməsi, eləcə də, diskussiyaların, debatların təşkili olduqca vacibdir.

Yaradılan ictimai mərkəz fəaliyyəti şəffaf olmaqla yanaşı, 3 istiqamətdə öz işini qurmalıdır:

1. Bu ictimai quruma bütün sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır

2. KİV-lərdə, sosial media resurslarında müzakirələr aparılmalıdır və ictimaiyyətin öhdəsinə sorğular verilməli, əldə olunan nəticələr mərkəzə daşınmalıdır

3. Mərkəz müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir

İkincisi və ən başlıcası: söhbət təkcə sosial-iqtisadi layihələrdən yox, Qarabağın həm də hərbi-siyasi inkişafından gedir. Elə ən vacib amil də budur. Biz Qarabağda hərbi hissələrin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, siyasi qurumların fəaliyyətini ənənəvi üslubda quracağıq, yoxsa fərqli və daha möhkəm bir üslub tətbiq olunacaq? Şübhəsiz, onların da fəaliyyəti Bakıdakı, Şəkidəki, Lənkərandakı, Gəncədəki kimi dövlət qanunlarımızla tənzimlənəcək. Qanunlar çərçivəsində, hüquq daxilində! Amma məsələnin bir də mənəvi və ictimai tərəfləri var. Və düşünək ki, bu torpaqlar 28 il işğal altında qalıb və orada hər bir iş yenidən qurulacaq.

MÜHÜM məqamlardan biri: İctimai müzakirələr ona görə vacibdir ki, Qarabağa insanların köçürülməsi təkcə məcburi köçkünlərlə məhdudlaşmamalıdır. Dövlət stimullaşdırıcı, həvəsləndirici sosial-iqtisadi layihələr həyata keçirməlidir. Amma bunun üçün ilk növbədə vahid mərkəz formasında ictimai müzakirələr aparılmalı, təhlillər aparılmalıdır. Cəmiyyətin və mütəxəssislərin rəyi öyrənilməlidir.

- Məsələn, Şəkidə yaşayan vətəndaş gedib Füzulidə niyə yaşasın?

- Yaxud Bakıda biznesi olan şəxs öz maddi imkanlarını Qubdalıya niyə daşısın?

Bunun üçün onların istək və təklifləri nəzərə öyrənilməlidir. Bu istək və təklifləri öyrənmək dövlət qurumlarının fəaliyyətinə əlavə yük və ağırlıq gətirə, bürökratik əngəllər yarada bilər. Ona görə də, müstəqil ictimai qurumun yaradılması vacibdir ki, hər kəs gəlib təkliflərini ora versin. Bütün məsələlər telekanallarda, sosial media resuslarında, müzakirəyə çıxarılsın. Məhz bundan sonra əldə olunan nəticələri konsepsiya halına gətirib dövlətə təqdim etmək lazımdır.

VACİB məqam: Diplomatik nümayəndəliklərin - korpusların bir neçəsinin Qarabağa köçürüməsi üzərində də iş aparılmalı, bu addımın bütün siyasi-diplamatik tərəfləri təhlil olunmalıdır.  Bəzi səfirlikləri Qarabağa köçürmək nə dərəcədə mümkündür, yaxud münkün deyil, bu məsələ də araşdırılmalıdır. Digər tərəfdən, hansı diplomatik korpusları ora köçürməklə daha çox dividend qazanmaq olar, təhlil olunmalıdır. Bəlkə elə bəzi səfirliklərin paytaxtdan kənarlaşdırılması daha məqsədəuyğundur. 

Samir FEYRUZOV

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR