Azərbaycan üçün təxirəsalınmaz üç məsələ - Türkiyə ilə hərbi müttəfiqlik ilk sırada gəlir

19 dekabr, 2020 00:18

Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında Dağlıq Qarabağla bağlı əvvəl sərgilədiyi mövqeni bir daha bəyan etdi. Onun sözlərinə görə:

- Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır;

- Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır.

ADR Hərakatının rəhbəri Qubad İbadoğlu Rusiya prezidentinin Qarabağ haqqında dediklərini şərh edib. O, bildirib ki, bu iki fəqli fikir, əslində hər iki tərəfə - həm Ermənistana, həm də Azərbaycana yumşaq dillə desək, mesaj, olduğu kimi təqdim etsək, təhdiddir. "Putin bununla bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu, ruslardan asılıdır. Noyabrın 10-dan etibarən rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə sala bilər", - Q.İbadoğlu vurğulayıb.

ADR rəhbəri hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanın Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün edə biləcəkləri Ermənistandan daha çoxdur. Onun sözlərinə görə, Azərbaycan üç sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir:

1. Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbidə əməkdaşlıq gücləndirilməli;

2. Maliyyə və insan resurslarından daha rasional istifadə olunmalı;

3. Vətən müharibəsi dövründə siyasi hakimiyyətlə xalq arasında yaranmış həmrəylik qorunmalı və möhkəmləndirilməlidir.

“Belə olan halda biz nələri etməliyik?

1. Türkiyə ilə hərbi mütəffiqlik sazişi imzalamaqla Azərbaycan-Türkiyə Hərbi İttifaqının yaranmasına nail olmalıyıq. Türk ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla, peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq.

2. Azərbaycanın üstün maliyyə və insan resurslarına əsaslanmaqla bütün sahələr üzrə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı və insan resurslarına əsaslanan davamlı inkişafına nail olmalıyıq. Bu isə heç şübhəsiz ki, təhsilin inkişafından və yeni texnologiyaların mənimsənilməsindən asılı olacaq.

3. Xalqın etimadını doğruldan hakimiyyət komandası formalaşdırmalı, hökumət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament müxalif siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir. Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR