Naxçıvan dəhlizi nə vaxt açılacaq?

21 dekabr, 2020 12:24

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli sazişin bütün bəndləri icra olunur. Sərhədlərimizin bərpası prosesi davam edir. Laçın dəhlizi ilə bağlı nəzərdə tutulan işlər icra olunub. Əraziyə rusiyalı sülhməramlılar nəzarət edir. İki tərəf arasında əsir və girovların dəyişdirilməsi prosesi də yekunlaşmaq üzrədir.

İndi insanları ən çox düşündürən suallardan biri də Naxçıvanla dəhlizin nə zaman yaradılacağı ilə bağlıdır.

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan politoloq Qabil Hüseynli qeyd etdi ki, Naxçıvan dəhlizi təkcə Azərbaycan üçün əhəmiyyətli yol deyil:

“Bu, türk dünyasını da birləşdirəcək yol olacaq. Beynəlxalq layihə olduğu üçün ola bilsin ermənilər də burden mənfəət əldə edəcəklər. Ermənistan həmişə beynəlxalq layihələrdən kənar tutulub və təcrid olunmuş vəziyyətdə qalıb. Ermənistan Mehri yolunda bu layihəyə qoşulsa, bunun ardınca da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq imkanları var. Üstəlik, digər beynəlxalq layihələrin gələcəkdə işə salınması da bölgədə iqtisadi şaxələnməni genişləndirə bilər. Düzdür, Ermənistanda hazırda vəziyyət qarışıb, məzhəb itib. Amma hər halda, Ermənistanın ağıllı adamları başa düşməlidirlər ki, bu layihə onlara mənfəət gətirə bilər, eyni zamanda indiyə kimi Ermənistanın düşdüyü blokada şəraitindən çıxmasına misilsiz dərəcədə yardım göstərə bilər. Yəqin ki, sürətlənən proseslər sırasında Naxçıvan dəhlizi ilə bağlı məsələyə də başlanılacaq. Həm də Laçın dəhlizi ilə Mehri dəmir və şosse yolu üzərində işlərə başlanılması eyni zamanda olacaq”.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə və Azərbaycan arasında Naxçıvan dəhlizinin önümüzdəki dövrdə açılacağını bildirib:

“Naxçıvan və Laçın dəhlizləri üzərində işlər bərabər şəkildə aparılır. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar davam edir. Önümüzdəki dövrdə həyata keçəcək. İşlər planlaşdırıldığı kimi davam edir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR