İlham Əliyevi 2021-ci ildə Kiyevdə gözləyirlər - Səfəri aktual edən 5 səbəb

26 dekabr, 2020 13:02

Azərbaycan prezidenti İlham Əliyevi 59 yaşının tamam olması münasibətlə müxtəlif dövlətlərin liderləri təbrik etdilər. Təbrik edənlər arasında Ukrayna prezidenti Vladimir Zelenski də var idi. O İlham Əliyevə məktub göndərdi.

Məktubda bunlar yazılmışdı: 

“Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur. Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm. 

Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir. Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasibfürsətdəSizirəsmisəfərləKiyevdəgörməyəşadolardım.CənabPrezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzuedirəm”.

Məktubdakı cümlələrdən də görünür ki, Vladimir Zelenski Azərbaycanla əlaqələrə önəm verir və İlham Əliyevin Ukraynaya səfər etməsini istəyir. Bu səfərin aktuallığı böyükdür.

Birincisi, Vladimir Zelenski Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana rəsmi səfər edərək İlham Əliyevlə görüşüb. O Ermənistana səfər etməyib və bu İrəvanda narazılıqla qarşılanıb.

İkincisi, Ukrayna Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədə Azərbaycanı dəstəklədi, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladı.

Üçüncüsü, Ukrayna Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirir. Bu da Azərbaycan üçün vacib amillərdən biridir.

Dördüncüsü, Ukraynanın bəzi şirkətləri işğaldan azad olunmuş Azərbaycan rayonlarının bərpasında, infrastruktur çalışmalarında, o cümlədən yeraltı yataqlarının istismarında iştirak etmək istəyirlər.

Beşincisi, İlham Əliyev Ukrayana rəsmi səfər etməklə xarici siyasətdə balansa üstünlük verəcəyini göstərəcək. Azərbaycanın Rusiyanın normal tərəfdaşlıq münasibətləri olsa da, İlham Əliyev Kiyevə rəsmi səfər etməklə Ukrayna ilə strateji tərəfdaşlığa da önəm verəcəyini göstərəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR