Ticarət savaşları yumşalır, neftə təlabat artır, qlobal iqtisadiyyat...

28 dekabr, 2020 10:30

"Başa çatmaqda olan ildə qlobal neft bazarı xüsusi təlatümlər ilə yadda qaldı. Bu ilin geridə qalan aylarında Brent markalı neftin bir barelinin orta qiyməti 40 dollardan bir az baha olub. Qeyd edim ki, bu rəqəm 2019-cu ildə hər bareldə orta hesabla 64 dollar, 2018-ci ildə isə 71 dollar olmuşdu. Göründüyü kimi, bu il neft bazarı üçün heç də xoş keçmədi. Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan baha satılır". 

Azsiyasət.com xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, neft bazarında volatilliyin yüksək olmasına rəğmən investorlar 2021-ci ilə nikbin baxırlar:

"Əvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər. Bu bir sıra sektorlarda xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər. İkincisi, OPEK + gələn ildə də hasilat ilə bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır. Tələbin yüksələcəyi halda bu neft bazarında qiymət artımlarına səbəb olacaq. Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərarlaşdırıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu isə real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər. Nəhayət, gələn il ticarət savaşlarının da yumşalacağı gözlənilir ki, bu qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər. Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı da gözləniləndir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR