"Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər" - Oleq Kuznetsov

31 dekabr, 2020 01:49

Ermənistanla müharibədə qələbə Azərbaycana ilk növbədə güclü vətəndaş səfərbərliyi baxımından vacib oldu.

Azsiyasət.com xəbər verir ki, bunu trend.az-a müsahibəsində rusiyalı tarixçi, siyasi analitik Oleq Kuznetsov Azərbaycanın qələbəsinin ölkənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün yüz minlərlə azərbaycanlı işğaldan azad edilmiş doğma yurdlarını bərpa etmək üçün iş görməyə, ermənilər tərəfindən dağıdılmış ərazilərdə həyatı geri qaytarmaq üçün ölkəyə xarici investisiyalar cəb etməyə hazırdır:

"Ermənistan üzərində qələbə Azərbaycan diasporu və onun müxtəlif ölkələrdəki biznes tərəfdaşları tərəfindən xarici investisiyaların ölkəyə axınına yol açmağı təmin etdi. Qələbənin ikinci vacib nəticəsi ölkədə vətəndaş cəmiyyətinin birliyi oldu. Mən əminəm ki, əvvəllər sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün ölkəni tərk etməyi düşünən insanlar bundan sonra öz həyatlarını tarixi vətənlərinə bağlamağa, onun inkişafı və çiçəklənməsi üçün işləməyə çalışacaqlar. Müharibədə qazanılmış qələbə insan resursu və kapitalının Azərbaycanda qalmasına yol açacaq. Bu, təkcə iqtisadi səmərə ilə deyil, həm də Azərbaycan əhalisində indi daha da güclənmiş vətənpərvərlik və vətəndaşlıq hissi ilə əlaqədar olacaq".

O.Kuznetsov əlavə edib ki, Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər:

"Qarabağ öz kənd təsərrüfatının yüksək potensialı ilə məşhurdur. Kənd təsərrüfatı minimum investisiya ilə maksimum qısa vaxtda bərpasl mümkün olan iqtisadiyyat sahəsidir. Mütəxəssislərin fikrincə, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını 5 il ərzində 2 dəfə, 10 il ərzində 3 dəfə artıra bilər. Bundan başqa, mənim bildiyimə görə, Qarabağ faydalı qazıntılarla - qızıl, kobalt, mis, manqanla zəngindir. Bu, Azərbaycanda əlvan metallurgiyanın və mikroelektronika istehsalının inkişafı üçün xammal ola bilər. Qarabağda, həmçinin Xəzər dənizindəki qədər olmasa da, yerli tələbatın təmin olunması üçün kifayət qədər neft və qaz yataqlarının olduğu deyilir. Bu amil Qarabağ məhsullarının istehsalı üçün xərcləri və müvafiq olaraq maya dəyərini azaltmağa kömək edəcək. Ona görə də Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər. Qarabağda dəmiryol əlaqəsinin bərpası isə bütün Cənubi Qafqazın nəqliyyat-logistika sahəsinin inkişafına, yeni beynəlxalq iqtisadi inteqrasiya mexanizmlərinin işə salınmasına imkan yaradacaq".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR