Xalqa qarşı açılan cəbhə: xalqın qələbəsini kimlər oğurlamaq istəyir?

31 dekabr, 2020 09:20

Radikal müxalifəti artıq 28 ildir Azərbaycanda inqilab arzusu ilə yaşayır. Əslində inqilab baş verdi, amma onların xəbəri yoxdur. Əbu Turxanın təbirincə desək, “Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər”. Bəli, Prezident İlham Əliyev bunu elədi. Amma Onun atdığı addımlar təkcə sosial-iqtisadi sahəni əhatə etmədi. O, müasir dünya tarixində də ilkə imza atdı: İndiyə qədər dünyada mövcud olan onlarla münaqişə zonalarının siyahısından Qarabağın adını çıxartdı. İlham Əliyevin Ali Baş Komandanlığı altında Qarabağın işğaldan necə azad olunduğunun hər kəs şahidi oldu.

1992-ci ildə prezident Elçibəyin möhürünü oğurlayıb sərəncamlar imzalayardılar. Adamlar belə nəsnələri gözəl bacarırlar. Elçibəyin sağlığında ona “satqın” damğası vurdular, çərlətdilər, öldürdülər, ölümündən sonra da adını oğurladılar, sonda öz övladlarına onun adını qoydular. Bunlar mənəvi ticarətlə məşğul olmağın yollarını pis bilmirlər. Budur, 28 il sonra Qarabağ işğaldan azad edilir, həmin çürüntülər – Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu bu dəfə xalqın qələbəsini oğurlamaq istəyirlər. Nələr baş vermir? Adamlar iddia edirlər ki, Azərbaycan Qarabağı azad etməyib. Bu cür fundamental axmaqlar görmüsünüzmü? Əsla! Milləti indi də bu üsulla çaşdırmağa çalışırlar.

Uzun illərdir Qarabağ movzusu ilə Azərbaycan hakimiyyətinin üzərinə yeriyən radikalların çarəsi qalmadı. Daha nəyi bəhanə gətirib hakimiyyəti tənqid edəcəklər? Qarabağ mövzusu ilə siyasi manipulyasiyanın divarlarına dırmaşan radikallar bu həqiqətləri anlayırlar. Amma narahatdırlar.

C.Həsənli, Ə.Kərimli, G.Hacıbəyli, T.Yaqublu narahatdırlar. Ona görə ki;

- Qarabağın işğaldan azad olunandan sonra siyasi səhnədən silinib gedirlər. Çünki bu günə qədər bu şəxslərin əllərində hakimiyyətə qarşı əsas “kart” Qarabağ məsələsi idi. Daha bu belə bir "kart"ları yoxdur. 

- 44 günlük savaş İlham Əliyev-Xalq birliyinin yeni mərhələsini yaratdı. Əvvəllər sosial şəbəkələrdəki kiçik narazılıqlardan “milli” kompromatlar düzəldən siyasi “lider”lər bu gün görürlər ki, artıq artıq bu sarıdan da “resursları” tükənib.

Maraqlı olan nədir: hazırda bütün Ermənistan matəm içərisindədir, müxalifətindən tutmuş iqtidarına, uşağından tutmuş ağsaqqalına qədər dərin sarsıntı içərisindədirlər. Ermənistan məğlubiyyətin fəsadlarını yığıb-yığışdıra bilmir, iqtsiadi və siyasi böhran ölkənin altını-üstünə çevirib. Eynən 1992-1993-cü ilin Azərbaycanı! Kərimlilərin, Həsənlilərin Yaqubluların hakimiyyətdə olduqları kimi.

Azərbaycan ordusu Şuşada oturub bu siyasi “liderlər” deyirlər ki, Qarabağı almamışıq, qələbə qazanmamışıq. Əcəba, bu siyasi “bomj”lar özlərinə niyə sual etmirlər ki;

- Qələbə qazanmamışıqsa, biz Şuşada necə oturmuşuq, Azərbaycan bayrağı orada necə dalğalanır?

- Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Qubadlıda əsgərlərimiz nə gəzir? Biz artıq orda yol çəkirik…

Əslində qanırlar ki, Qarabağda bircə güllə atmaq böyük hünər və cəsarət idi. Rusundan tutmuş fransızına, “milli”sindən tutmuş anti-millisinə qədər, bütün düşmənlərin niyyətinə qarşı getmək asan idi? Yox! Amma bu baş verdi.

Bu siyasi “liderləri” narahat edən daha ciddi bir səbəb də var:

- Qarabağ mövzusu artıq gündəmdən çıxır. Daha belə bir problem qalmır.

Ömürlərini oğurluqla başa vuranlar indi də minlərlə şəhidin qanı bahasına qazanılan qələbəni xalqın əlindən oğurlamağa çalışır. Əslində məqsədləri, məramları bəllidir: cəmiyyətə şübhə toxumu səpmək, şəhidlərin, qazilərin tökülən qanı hesabına qazanılan qələbəni gözdən salmaq, xalqın dərin sevincini aradan qaldırmaq, insanlara izaholunmaz narahatlıq yaşatmaq.

Amma bu, onların indiki xisləti də deyil, onlar Azərbaycan üçün taleyüklü olan bütün məsələlərdə öz ucuz şouları, gözdənsalma kampaniyaları ilə gündəmi “zəbt etməyi” bacarırlar.

Ə.Kərimli, C.Həsənli, T.Yaqublu, G.Hacıbəyli həm də ona görə narahatdır ki;

- “Demokrat” dedikləri Paşinyan da bunlar kimi eyni aqibəti yaşayırlar. Amma vaxtilə deyirdilər ki, Paşinyan demokratdır, Azərbaycanda da demokratiya bərərar olmayınca, Qarabağ problem həll edilə, torpaqlar işğaldan azad oluna bilməz. Nə oldu bəs sizin bu “demokrat” Paşinyanınız!?

Amma daha pis hadisələr baş verir: radikallar bu dəfə xalqa daxildən cəbhə açıb döyüş elan edirlər. Kim uduzacaq? Xalqmı? Yoxsa xalqa qarşı açılan cəbhənin əsas “lider”lərindən olan Əli, Cəmil, Gültəkin, Tofiq? Daha burda bir mənəvi sərhəd də yoxdur.

Amma narahat olmağa əsas yoxdur. İnsanlar öz işinin başındadır. Məcburi köçkünlər Qarabağa köçməyə hazırlaşır, dövlət Qarabağda yol çəkir, binalar, zavodlar da tikəcək. Bayrağımız da orda hər daşa-dağa sancılıb.

İmkan verək, 30 ilin siyasi “lider”ləri öz siyasi bataqlıqlarında çamur-çamur oynasınlar. Onsuz da xalq onlara ən layiqli cavab verib. Görünür, yeni dərs lazımdır.

Samir FEYRUZOV

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib