2021-ci ildən əsas gözləntilər... - "Başlıca məsələ separatçıları tərksilah etməkdir..."

05 yanvar, 2021 00:12

Keçən 2020-ci il Azərbaycanda bir neçə siyasi hadisələrlə yadda qaldı. Onların sırasında növbədənkənar parlament seçkiləri və Vətən müharibəsi ən mühüm hadisələr kimi dəyərləndirilir. Bəs 2021-ci ildə Azərbaycanın siyasi həyatında hansı prosesləri gözləmək olar?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Azadlıq" radiosuna bildirib ki, 2021-ci ildə Azərbaycanın əsas fəaliyyəti Dağlıq Qarabağ da separatçıları nəzarət altına almaqdan ibarət olacaq:

"Düzdür, biz məsələnin böyük hissəsini həll elədik. Azərbaycan ordusu qələbə qazandı, amma obyektiv və subyektiv səbəblərə görə, çox təəssüf ki, tam problemi həll edə bilmədik. Rusiya hərbçiləri gəldilər Dağlıq Qarabağa, indi isə biz görürük ki, orada hələ də silahlı separatçılar var və Rusiya hərbçiləri onlara havadarlıq edir. Bu il ərzində bu məsələləri biz həll etməliyik və yəqin ki, növbəti illərdə də bu problem bizimlə qalacaq".

Politoloq hesab edir ki, Türkiyə hərbiçiləri Azərbaycanda yerləşdirilməlidir: 

"Onlarla birlikdə biz sadaladığım problemlərin həllində yaxından iştirak etməliyik. Bu il Türkiyə ilə hərbi ittifaq güclənə bilər. Türkiyə hərbçiləri artıq Dağlıq Qarabağda yerləşir (Türkiyə və Rusiya hərbiçilərinin Dağlıq Qarabağa bitişik Ağdamda Müşahidə Mərkəzi olmalıdır) və düşünürəm ki, Türkiyə hərbi bazaların Azərbaycanda rəsmiləşdirilməsi prosesi sürətləndirə bilər. Əsas məsələ separatçıları tərksilah etməkdir...".

Ekspert qeyd edib ki, bu il Azərbaycanın xarici siyasətindəəsas prioritet qonşu dövlətlərlə normal münasibətlərin inkişafı olacaq:

"10 noyabr bəyanatına fikir versək, orada regional əməkdaşlığın sürətlənməsi ilə bağlı maddəni görəcəyik. Ermənistan Azərbaycana qarşı ərazi iddialardan vaz keçsə, Ermənistanın bu prosesə qoşulması imkanı yarana bilər. Hələ ki, bunun baş verəcəyini düşünmürəm, çünki Ermənistanda hələ də revanşizm əhval-ruhiyyə var".

Politoloq vurğulayıb ki, Rusiya və İranla əməkdaşlıq bu il də davam edəcək: 

"Düzdür, İranla bağlı başqa bir problem üzə çıxır. İran nüvə çalışmalarını sürətləndirib və Amerika-İran qarşıdurması güclənib. Hətta mümkündür ki, biz yeni toqquşmanın şahidi olacağıq. Bu toqquşma baş verərsə, təhdidləri Azərbaycana da dəyə bilər. Biz bu vəziyyətdə neytral qalmalıyıq".

Avropaya gəldikdə, E.Şahinoğlu bildirib ki, Avropa Birliyi ilə illərlə strateji sazişin imzalanması ilə bağlı danışıqlar (2017-ci ildən başlayıb) gedir: "Böyük ehtimalla, bu saziş bu il imzalanacaq".

E.Şahinoğlunun fikrincə, indi Azərbaycan hakimiyyəti qarşısında çox çətin seçim ola bilər: 

"Çünki biz Dağlıq Qarabağın böyük hissəsinin üzərində nəzarət təmin etdikdən sonra Rusiyanın bizə təzyiqləri arta bilər ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulsun. Biz o zaman deyirdik ki, biz bu iqtisadi layihəyə o zaman qoşula bilərik ki, Dağlıq Qarabağ problemi ortadan qaldırılsın. İndi bu problemin böyük hissəsi həll olundu və Rusiya təzyiq edə bilər ki, Azərbaycan da layihəyə qoşulsun".

Politoloq sonda da deyib:

"Kimsə deyə bilər ki, Azərbaycan həm Avropa Birliyi ilə saziş imzalaya bilər, həm Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. Amma Avropa istəməz ki, onun tərəfdaşı sözügedən İttifaqa üzv olsun. Mənə elə gəlir ki, biz daha çox Avropa Birliyi ilə strateji sazişə üstünlük verməliyik. Özü də biz bu il Avropaya qaz nəql etməyə başlamışıq".

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib