"Bütün “sürprizlərə” hazır olmalıyıq..." - Fazil Mustafa

06 yanvar, 2021 14:14

“Qarabağda yerləşən sülhməramlıların tərkibinə Azərbaycan nəzarət etməlidir. Çünki bilavasitə bəyanatda nəzədə tutulan say var. O sayı keçilərsə, o zaman Azərbaycan avtomatik olaraq Türk qüvvələrinin sayının bölgədə artırılmasına nail olmalıdır. Türkiyədən gələn qüvvələr rus sülhməramlılarının sayı ilə eynilik təşkil etməlidir”.

Bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. 

Onun fikrincə, Qarabağda fövqəladə hallar və başqa qurumlar çalışmağa başlayırsa, Azərbaycan da bu mexanizmi Türkiyə üzərindən genişləndirməlidir: 

“Çünki bəyanatın qəbul olunmasında Türkiyənin mühüm rolu var. Ona görə də Türkiyədən gələn qüvvələr bölgədə aktiv rol almalıdır. Hansısa bir şəkildə bu istiqamətdə Azərbaycanı narahat edən amil varsa, ona qarşılıq müəyyən addımlar atılmalıdır. Azərbaycanla razılaşdırılmadan hər hansı bir kontingentin sayının artırılması yolverilməzdir. Orada olan istənilən planlaşdırma barədə Azərbaycan məlumatlandırılmalıdır. Əks halda, yəni belə bir məlumatlandırma olmasa, Azərbaycanın özünün suveren hüquqlarından istifadə edərək müəyyən qabaqlayıcı addımlar atmağa haqqı olacaq. Orada olan proseslərlə bağlı geniş məlumat yoxdur. Ona görə də olacaq bütün surprizlərə hazırlıqlı olmalıyıq”.

Teleqraf.com

Partiya sədrinə görə, əvvəlki dövrlərdə separatçı rejimə müəyyən dəstək verilib: “Bu gün isə status dəyişib. Sülhməramlı funksiyaya uyğun fəaliyyət olmalıdır. Əgər bundan kənara çıxılacaqsa, Azərbaycan buna reaksiya verməlidir. Bütövlükdə orada atılan bütün addımların Azərbaycanla koordinasiya edilməsi vacibdir. Bu olunmasa, Azərbaycan sülhməramlıların bölgədə yerləşməsinə qarşı qəti mövqeyini ortaya qoymalıdır. Çünki missiyadan kənara çıxmaq qətiyyən yolverilməzdir”. (Teleqraf.com)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR