"Ola bilsin bizi təkləməyə çalışacaqlar" - Elxan Şahinoğlu

08 yanvar, 2021 10:04

Politoloq hesab edir ki, Co Bayden administrasiyası Qarabağ məsələsi ilə bağlı fəallaşmağa  və təşəbbüsü ələ almağa çalışsa...

Yanvarın 20-də Co Baydenin inauqurasiya mərasimi olacaq və həmin gündən o, ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq. Co Baydenin fəaliyyətə başlamasından sonra Amerikanın Qarabağ məsələsində aktivləşəcəyi proqnozları verilir. Bəs bu zaman Qarabağın statusu məsələsi gündəmə qayıda bilərmi?

Politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, ABŞ kimi böyük dövlətlər Dağlıq Qarabağın statusunın qısa müddətdə müəyyənləşməsini istəyə bilərlər. Lakin Azərbaycan mövqeyini artıq ortaya qoyub, status məsələsi yoxdur: 

“Müharibədən öncə Azərbaycan prezidenti təklif edirdi ki, Dağlıq Qarabağa yüksək model verilə bilər. İllərlə bu təklif səsləndirildi. Amma qarşı tərəf reaksiya vermirdi və müstəqillikdən dəm vururdular. Azərbaycan müharibədə qələbə qazanandan sonra artıq bizim üçün status mövzusu önəmli deyil və artıq Dağlıq Qarabağa yüksək muxtariyyət də verə bilmərik. Uzaqbaşı gələcəkdə əgər bizim şərtlər qəbul olunsa, separatçılar tərk-silah olunsa və orada yaşayan ermənilər Azərbaycanın qanunlarını, pasportunu qəbul edərlərsə, Dağlıq Qarabağa mədəni muxtariyyətdən bəlkə danışmaq olar. Lakin bu da gələcəyin mövzusudur. İndi bizə heç kim təzyiq edib bu məsələni zorla qəbul elətdirə bilməz. Bu baxımdan bizim qarşımızda başqa vəzifələr dayanır. Biz Dağlıq Qarabağda silahlı erməniləri ram etməliyik. Müəyyən ərazilər qalır ki, hələ də onlar bizə tabe olmurlar. Doğrudur, Rusiyadan da status məsələsini səsləndiriblər. İllərlə Azərbaycanın rayonlarının azad olunmasının vacibliyi məsələsini gündəmə gətirməyən ölkələr bizi məcbur etmək istəyirlər ki, status müəyyənləşsin. Biz buna gedə bilmərik. Təzyiqlər qarşısında biz gərək baş əyməyək. Türkiyə ilə birgə hərəkət etməliyik. Ola bilsin bizi təkləməyə çalışacaqlar. Bu baxımdan biz məsələləri Türkiyə ilə davamlı müzakirə etməliyik, addımlar atmalıyıq”.

Politoloq hesab edir ki, Co Bayden administrasiyası Qarabağ məsələsi ilə bağlı fəallaşmağa  və təşəbbüsü ələ almağa çalışsa, şübhəsiz bu, Rusiyanın ürəyincə olmayacaq. Rusiya Qarabağa sülhməramlılarını yerləşdirib və belə görünür ki, bölgədə şəriksiz olmaq istəyir. Xüsusilə Amerikanın kənarda qalmasında maraqlıdır. Amma bir məsələ də istisna edilmir ki, status məsələsinin gündəmə gəlməsində Rusiya ilə ABŞ-ın istək və mövqeləri üst-üstə düşə bilər. Hər ikisi Azərbaycanı status məsələsində razılaşdırmağa çalışa bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR