Putin Qarabağı Makronla niyə müzakirə edir? - TƏHLİL

11 yanvar, 2021 13:16

"Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona niyə zəng edib? Əlbəttə, Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır".

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib:

"Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına – Vaşinqtona da zəng edərdi. Ancaq belə bir zəng olmayıb və bunu təsəvvür etmək çətindir. Putin amerikalı həmkarı Trampa zəng edib onunla Qarabağı müzakirə edərmi? Söhbət yalnız Donald Trampın ölkəsində mövqeyinin zəifləməsi və ya Ağ Evi tərk etməyə hazırlaşmasıyla bağlı deyil. Moskvadakı görüş Amerikada andiçmə mərasimindən sonra keçirilsəydi belə Putinin Vaşinqtona zəng edib yeni prezident Cozef Baydenlə Qarabağ mövzusunun müzakirəsini təsəvvür etmək mümkün deyil. Bəs onda Putin Makronla niyə Qarabağ mövzusunu daima müzakirə edir? Axı Fransa Amerika qədər olmasa da, Rusiyaya qarşı müxtəlif sanksiyalarda yer alıb. Görünür, Parisə zənglər heç də Putinin “digər həmsədrlə məsləhətləməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir".

E.Şahinoğlu əlavə edib ki, Putin Suriya, Liviya mövzularında türkiyə həmkarı Rəcəb Təyyub Ərdoğanla dialoq içindədir:

"Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verirlər. Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir. Halbuki, Kreml 10 noyabr bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı.

Biz Kremlin bu oyununa getməməliyik. Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR