"Bir çox məsələlər bağlı qapılar arxasında qaldı" - Leonid Kalaşnikov Moskva görüşünü şərh etdi

12 yanvar, 2021 00:28

Azərbaycan, Rusiya və Ermənistan başçılarının Moskva görüşü ortaq bir bəyanat imzalamaqla başa çatdı.

Eyni zamanda, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın çıxışları zamanı vəziyyətin qəbul edilməsində fərqliliklər meydana çıxdı.

Əgər Azərbaycan və Rusiya prezidentləri münaqişənin keçmişdə qaldığını, gələcəyi düşünməyin lazım olduğunu, situasiyanın nəzarət altında olduğunu söylədilərsə, Ermənistan baş naziri Qarabağdakı münaqişənin hələ həll olunmadığını bildirdi.

Azsiyasət.com xəbər verir ki, media.az Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovdan vəziyyəti şərh etməsini xahiş edib.

Ermənistan baş nazirinin mətbuat qarşısında çıxışının Rusiya və Azərbaycan liderlərinin açıqlamalarından fərqli tonda səslənməsini necə izah edə bilərsiniz? Bəlkə bu, müxalifətin davam edən etirazları fonundakı qorxu ilə əlaqədar idi?

Siz, əslində, faktiki olaraq sualınızı özünüz cavablandırdınız. Prezident İlham Əliyev vətəndaşlarının istəklərini təmin etdiyini hiss edir. Ermənistanda və baş nazir Nikol Paşinyan məsələsində bu baş vermədi. Məhz ona görə, bunun Ermənistan rəhbərinin ritorikasında hiss olunması təbiidir. Sizin diqqət etdiyiniz bu məqam o səpkidəndir. Lakin, məsələ təkcə müxalifətlə bağlı deyil.

Nikol Paşinyan da daxil olmaqla hər kəs məğlubiyyətin baş verdiyini başa düşür. Aydındır ki, nizama salınmada sülh yolundan başqa variant sadəcə olaraq ola bilməz. İrəvanın Azərbaycan və Rusiya ilə (bu prosesdə vasitəçi kimi) danışıqlar aparması lazımdır.

Moskvada belə bir görüşün olması lazım idi. Mənə elə gəlir ki, bir çox məsələ bağlı qapılar arxasında qalıb. Yaxın gələcəkdə geniş ictimaiyyət bunlardan xəbər tutmayacaq. Əlbəttə ki, üç dövlətin liderləri görüşəndə ​​bir çox aktual məsələləri müzakirə edirlər.

Mən uzun illərdir deyirdim ki, münaqişəni yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri həll edə bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın daha əvvəlki prezidenti Serj Sarkisyanla danışıqlar olub. Əgər ATƏT-in Minsk Qrupundan cavab gözləsəniz, bundan heç nə çıxmayacaq. Nə ABŞ, nə Fransa bizim həyatımızı yüngülləşdirməyə hazırlaşmırdı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR