Ermənilərin “boz kardinalı” - Lavrov “xilas kəməri” qismində

03 avqust, 2020 00:10

Moskva-İrəvan münasibətləri, bəlkə də, ən gərgin, ən soyuq dönəmini yaşayır. Bu da 2018-ci ilin mayında işğalçı ölkədə Moskvanı əsla məmnun etməyən bir formada – “rəngli inqilab”la hakimiyyət dəyişikliyinin baş verməsi ilə bilavasitə əlaqədardır. İnqilab nəticəsində iqtidara gələn “qərbçi” Nikol Paşinyan hələ də özünü Kremlə sevdirə bilməyib və belə görünür, heç vaxt da sevdirə bilməyəcək.

Maraqlıdır ki, tərəflər arasında artan gərginlik fonunda Ermənistanda hökumətin körüklədiyi anti-Rusiya ovqatı, Rusiya KİV-lərində isə getdikcə artan anti-Paşinyan tənqidləri fonunda Ermənistan mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ata yurdu haqqında material dərc olunub. Orada Rusiya XİN rəhbəri və onun erməni kökənli olması “qırmızı xətt” kimi keçir, Lavrovun əcdadları bir erməni kimi öyülür, tərif edilir.

Öncə məqaləni tərcümədə təqdim edirik:

“Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Müqəddəs Ovanes kilsəsinin həyətində knyaz nəslindən olan Kalantaryanların qəbiristanlığı var. Kilsə həyətinə giriş bir əsrdən də çox bundan qabaq həmin nəslin nümayəndələri tərəfindən quraşdırılmış doqqazdan keçir”.

Musavat.com-un məlumatına görə, bu barədə Nelli Danielyanın “Sputnik-Armenia” portalında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun erməni mənşəyinə həsr etdiyi məqaləsində deyilir.

Video-çəkilişin də əlavə olunduğu məqalədə daha sonra deyilir:

Lori

“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun erməni əcdadları haqda mətbuatda dəfələrlə yazılıb. Onun özü də nəinki bu şayiələri təkzib etmir, hətta Ermənistana səfərlərindən birində bunu təsdiqləyib. Mətbuatda yazıldığı kimi, Rusiya xarici işlər naziri vaxtilə Tiflisdə məskunlaşan Kələntəryanların qollarından bilavasitə birinə aid nəslin nümayəndəsidir. Ailənin kökləri isə birbaşa Ermənistanın Lori bölgəsinə gedib çıxır. XVIII-XIX əsrlərdə Lori bir sıra mədəni və təhsil telləri ilə Tiflisə sıx bağlı olub. O vaxtlar Tiflisdə təhsil almış bir çox gənc bir daha vətənlərinə qayıtmırdılar. Beləcə, Kələntəryan nəslinin bir qolu Tiflisdə yerləşir, digəri isə Loridə yaşamalı olur. Lori Kələntəryanları qədim bir knyaz nəslindəndir. Kələntəryanların ailə qəbiristanlığı Ardvi kəndindəki 8-ci əsr kilsəsinin həyətində yerləşir”.

Müəllif ardınca Odzunanın ruhani pastoru - keşiş Vartanes Baqalyana istinadla yazır:

“Keşiş “Sputnik Ermənistan”ın çəkiliş qrupunu daxili həyətə apardı. “Budur, Bejanov və Kələntəryanların məzarları. Rusiyanın hazırkı xarici işlər naziri Sergey Lavrovun soy kökü Kələntəryan ailəsindən gəlir”, – keşiş bildirir.

Onun sözlərinə görə, iki kilsədə dəfn olunmuş üç qardaş - Məlik, Yeqor və Kalantar Kələntəryanlar qədim knyaz ailəsindəndirlər və Lori məliklərinin (köhnə erməni zadəgan adı - red.) nəsilləridir. Ailə o zamanlar xeyriyyəçilik fəaliyyəti ilə tanınıb: Rusiya imperiyası dövründə belə, Kələntəryanlar Lorinin ən məzlum sakinlərinə hər cür kömək edirmişlər. 1902-ci ildə Məlik Kələntəryan Ardvidəki kilsəni təmir edib, hasar çəkib və armud ağacları əkib. Kilsə qapısı hələ də Məlik Kələntəryan tərəfindən hazırladılmış xüsusi metal mıxla bağlanır.

“Görürsən, qapı hansı tarixi mıxla bağlanır? Bu, 1902-ci ildə Kələntəryanlar dövrünə aid mıxdır. Bir çox muzeylər belə bir eksponat haqda yalnız xəyal edərdi, amma bizdə onlardan doludur”, – deyə, keşiş Vartanes qapını açarkən söyləyir”.

Məqalənin sonunda Sergey Lavrov haqda avtobioqrafik faktlar yer alıb:

Rusiya XİN rəhbəri Sergey Lavrov və Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan (17 fevral 2005-ci il)

“Rusiya XİN rəhbəri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Mətbuatın yazdığına görə, Lavrovun atası Kələntəryan adlı bir Tiflis ermənisi olub. Daha sonra o, anasının - Valeria Borisovna Lavrovanın soyadını götürüb. 17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşmüşdü.

Tələbələrdən biri soruşmuşdu ki, erməni əsilli olması onu narahat etmir ki? Cavab belə olmuşdu: “Mənim Tiflis mənşəli köklərim var, çünki atam ordandır. Damarımda yalnız erməni qanı axır, başqa heç nə. Bu qan isə məni heç bir şeydə narahat etmir”.

Sergey Lavrov 2004-cü ildən Rusiya Xarici İşlər Naziri vəzifəsini icra edir”.

İndi isə belə bir sual: Sergey Lavrov nədən indi erməni mediasının yadına düşüb?

Axı Rusiyada Putinin təbliğat ruporlarından olan Marqarita Simonyan ad-soyadlı, Kremlə yaxın başqa bir tanınmış erməni də var – hansı ki, Nikol Paşinyan hakimiyyətini ötən həftə ən sərt ifadələrlə “ağ yuyub qara sərdiyi”, rəsmi İrəvanı Rusiyaya qarşı nankorluqda ittiham etdiyi, hətta hədələdiyi üçün iqtidaryönlü mediada ən aqressiv formada təhqir olunmuş, hətta onu erməni olmasına şübhə edilmişdi.

Öncə onu qeyd edək ki, Ermənistanda inqilab nəticəsində hakimiyyəti ələ keçirən Nikol Paşinyanın komandası büsbütün “Sorosun uşaqları”ndan ibarətdir. Ümumən Paşinyan iqtidarı artıq Sorosun əlaltısı qismində qəbul edilir. O da faktdır ki, gizli “qərbpərəst” sayılan inqilabçı” Baş nazirin Rusiya ilə münasibətlərində neçə vaxtdır gərginlik yaşanır. Moskva artıq Paşinyana etibar etmir. Onu “özününkü” saymır və ilk fürsətdəcə N.Paşinyanın Rusiyaya sadiq birisi ilə əvəzlənməsinə nail olacağı şübhə doğurmur.

Görünür, bu səbəblərdən Ermənistan hakimiyyəti son ümidini Sergey Lavrovun etnik mənşəyinə bağlayıb, onun erməni mənşəyini xatırlatmaqla, bu tipli yazılarla bir yandan ona “xilas kəməri” kimi (münasibətləri düzəldəcək şəxs kimi) baxırlar, digər yandan isə Lavrova siyasi reverans edib onun loyallığını qazanmaq istəyirlər.

Hərçənd Lavrovun özü də Paşinyan və komandasına rəğbət bəsləmir.

Ancaq unutmayaq ki, özünün erməni olması ilə fəxr etdiyini gizlətməyən Lavrov Rusiyadakı ermənilərin “boz kardinalı” sayılır. Məhz onun sayəsində mənfur millətin təmsilçiləri Rusiya XİN-də əməlli-başlı kök salıblar. Rusiyanın İrandakı səfirinin erməni olması da (9 ildir bu postda olan Levan Caqaryan təpədən-dırnağa anti-türkçüdür) yenə məhz Lavrovun xidmətləri sayəsindədir.

Nəhayət, bu həmin Lavrovdur ki, ötən il Moskvada keçirdiyi brifinq zamanı azərbaycanlı jurnalistin sualından qıcıqlanaraq “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” demiş və bununla da ölkəmizin ərazi bütövlüyünü şübhə altına almışdı, ölkəmizə həqarət etmişdi.

Doğrudur, Rusiyanın xarici siyasət kursunu, Qarabağla bağlı mövqeyini prezident Vladimir Putin müəyyən edir. Ancaq əksər analitiklərə görə, nə qədər ki, Kələntərov və onun dəstəsinin Rusiya XİN-də yuvası qalır, problemin dinc yolla Azərbaycanın xeyrinə həlli müşkül olacaq...
(musavat)

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi