ABŞ büdcəsindən maliyyələşən medianın aqressivliyi nə ilə bağlıdır?

03 avqust, 2020 20:45

Ölkəmiz məsuliyyətli və gərgin bir mərhələyə qədəm qoyub: dünyanı bürüyən pandemiya şəraitində çevik, effektiv qərarlar verilməli, cəbhə xəttində fürsətcil düşmən təxribatlarının qarşısı alınmalı, “insan hüquq və azadlıqlarının müdafiəsi” adı altında pərdələnən təşkilatların müxtəlif ölkələrdə, eləcə də, Azərbaycanda milli dəyərlər sisteminin dağıdılmasına yönələn addımları dəf edilməli, ölkədaxili islahatların müsbət dinamikasına kölgə salmaq istəyən daxili və xarici “təzyiq subyektləri” zərərsizləşdirilməlidir. Heç şübhəsiz ki, hadisələr göstərir ki, Azərbaycan bütün bu proseslərin dalğasında öz mövqeyini qoruyub saxlaya bilir, istər daxili, istər xarici siyasət prioritetləri üzrə hədəflərə nail olunmaqdadır. Lakin...

Azərbaycan bəzi beynəlxalq QHT-lərin, transmilli medianın, beyin mərkəzlərinin, eyni zamanda, Ermənistan və erməni lobbisinin təxribatları ilə üz-üz dayanıb.

Son günlər “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycana qarşı xüsusi aqressivliyi də düşündürücü məqamdır. Əslində niyə məhz indi? Çatmaq istədikləri məqsəd nədir?

Birincisi, qeyd etmək lazımdır ki, bu günə qədər ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirən beynəlxalq QHT-lərlə (“Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, “Fredoom House”, “Amnesty İnternational” və s.) bərabər, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun maliyyə təminatının böyük hissəsi də eyni vahid mərkəzdən həyata keçirilir. Məsələn, təkcə 2011-ci ildə SOROS Fondu “Human Rights Watch” təşkilatının qrant layihələrinin maliyyələşdirilməsinə 100 milyon dollar pul ayırmışdı. Ümumi dəyəri 130 milyon dollar olan qrant layihəsinin maliyyə dayağının böyük hissəsi SOROS-un payına düşmüşdü. Daha sonra, SOROS Fondu “Amerikanın səsi” və “Azadlıq radiosu”na 80 milyon dollar qrant ayırmışdı. Təsadüf deyil ki, adıçəkilən bu beynəlxalq QHT-lər, “Amerikanın səsi” və “Azadlıq radiosu” Azərbaycanla bağlı indiyə qədər bircə dəfə də olsun obyektiv mövqe ortaya qoymayıblar. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan hakimiyyətinin nümayəndələrinin, media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, parlament üvlərinin böyük hissəsi SOROS Fondunun maliyyə təsiri altındadır. Təkcə bu amil bəs edir ki, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun son vaxtlar Azərbaycana qarşı aqressivliyinin, təxribatlarının mahiyyətini anlamış olaq.

İkincisi, cəbhənin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdən sonra Azərbaycanın həm daxili auditoriyaya, həm də beynəxalq ictimaiyyətə hesablanmış taktiki, “ehtimalsız, kompas xarakterli dəqiq” addımları 78 yaşlı “Amerikanın səsi” və “Azadlıq radiosu”nu narahat etməyə bilməzdi. Bəs bu məsələdə onlar nə gözləyirdilər, əslində nə baş verdi?

Xəbər yayımı adı altında pərdələnən, əslində isə bütün fəaliyyələrini müxtəlif xalqların genefondunun, dövlətçilik anlayışlarının, ailə institutlarının dağıdılmasına yönəltmiş hər iki qurum 14 iyul gecəsi  Bakıda baş verən hadisələrə siyasi don geydirməyə çalışdı, xalqın dövlətə dəstək yürüşlərini “hakimiyyətə qarşı etiraz mitinqi” kimi qələmə verdi. İnsanların Prezidentə, Orduya dəstək yürüşü zamanı səsləndirdikləri “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağa azadlıq” və s. şüarlarını bir sıra təxribatçı qrupların dili ilə dəyişərək, hakimiyyətə qarşı “istefa” şüarları ilə əvəzləməyə çalışdılar. Guya insanlar hakimiyyətə “istefa” tələb edirmiş. Lakin orada olan hər bir kəs (eləcə də, mən özüm) müşahidə etdi ki, bütün şüarlar dövlətə dəstək notları üzərində quruldu, ta ki bir qrup şəxs təxribat törədənə qədər. Bəs dövlət belə bir məqamda nə etməli idi? Şübhəsiz ki, belə bir həssas məqamda, ölkədə xaos yaratmaq istəyən şəxslərin cəzalandırılmaması ciddi səhv olardı. Elə “Amerikanın səsi” və “Azadlıq radiosu”nu aqressiv edən də budur: Azərbaycan dövləti cəbhədə düşmənə layiqli cavab verdi, paytaxtda isə xaos yaratmaq istəyən bir qrup şəxslər cəzalandırıldı. “Amerikanın səsi” və “Azadlıq radiosu”nun təxribatçıları müdafiə etməsi, bütün bu məsələləri siyasiləşdirməyə cəhd etməsi də təəccüblü görünməməlidir.

Digər tərəfdən, Türkiyə hərbçilərinin Azərbaycana gəlişi, hər iki qardaş dövlət arasında hərbi təlimlərin keçirilməsi Qərbin bəzi siyasi mərkəzləri, eləcə də, “Amerikanın səsi” və Azadlıq radiosu” tərəfindən asan şəkildə həzm edilə bilməzdi. Bu məsələ həmin dairələrin bundan sonra cəbhə xəttində baş verə biləcək hadisələrin məzmununu dəyişmək cəhdlərini və Azərbaycanın daxilində müxtəlif manevrli siyasi  imkanlarını da məhdudlaşdırmış oldu. Türk qoşunlarının Azərbaycana gəlişi təkcə Ermənistana deyil, bütövlükdə, anti-Azərbaycan dairələrə ciddi mesajdır. Anti-Azərbaycan, ermənipərəst qüvvələrin Azərbaycanda həyata keçirmək istədikləri təxribatlarda daha Azərbaycan tək deyil, üstəgəl, Azərbaycana dəstək verən ölkə həm də NATO üzvüdür. “Amerikanın səsi” və “Azadlıq radiosu” özbaşına qərarlar vermir, məqsəd həm də Türkiyənin kənarda müşahidəçi mövqedə durmasını təmin etmək idi. Amma olmadı, alınmadı.

Həmçinin, Qərbin Azərbaycanın kənarda tutulması şərtilə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönəlmiş addımları və illərdir bu istiqamətdə apardıqları bütün işləri alt-üst oldu. Türkiyə Azərbaycanı istənilən vasitələrlə müdafiə edəcəyini bəyan elədi.

Eləcə də, ölkədə yeni ictimai-siyasi münasibətlər sistemi formalaşdırmaq, islahatlar kursu həyata keçirmək ağır bir prosesdir. Belə bir məqamda həm xaricdəki pozucu qüvvələrin, həm də daxildə “kilidlənmiş” qrupların təxribatçı addımları gözlənilən idi. Məqsəd dünyanın hazırda formalaşmaqda olan yeni iqtisadi-siyasi müsətivinə Azərbaycanın çıxış imkanlarını heç endirmək, bu istiqamətdə Azərbaycanın atdığı addımlara kölgə salmaqdır.

Tovuzda baş verən döyüşlər zamanı Azərbaycan ordusu, zabitləri ilə bağlı yayılan dezinformasiyalar da eyni mərkəzdən idarə olunan, birbaşa, yaxud dolayısı ilə, bu mərkəzlərə bağlı olan şəxslər, qurumlar vasitəsilə həyata keçirilirdi.

Yeni inkişaf mərhələsinə qədəm qoyan ölkə sərt, qətiyyətli qərarlar vermək gücünə malik deyilsə, o zaman həmin ölkədə heç bir müsbət dinamika müşahidə oluna bilməz. 2016-cı il 15-16 iyul hadisələrindən sonra Türkiyə dövləti sərt qərarlar qəbul etməsəydi, bu gün qardaş ölkədə hansı hadisələrin baş verəcəyini izah etmək elə də çətin deyil. Halbuki, bir çox dağıdıcı mərkəzlər həmin vaxt Türkiyəni də hədəfə almışdılar, hətta xarici ölkələrdə Türkiyə ilə bağlı demək olar ki, hər gün tədbirlər keçirilir, ölkədə “insan hüquqlarının qorunması” tələb edilirdi. Amma hansı insanların hüquqlarının qorunmasında  söhbət gedirdi? Türkiyədə hakimiyyəti silahlı yolla ələ keçirmək istəyən insanların...  Məqsəd Türkiyə dövlətinin xainlərdən “təmizlənməsinə” mane olmaq idi.

“Amerikanın səsi”nin nizamnaməsində göstərilir ki, bu qurumun əsas məqsədi Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir. “Amerikanın səsi”nin son hadisələrdəki fəaliyyətini araşdırın: ABŞ-da insan hüquq və azadlıqları ilə bağlı neçə material yayımlanıb? Bəs Azərbaycanla bağlı nə qədər sujetlər, materiallar yayımlanıb? Eyni zamanda, Azərbaycanla bağlı yayımlanan materialların neçə faizi ölkəmizdə pozuculuq siyasəti həyata keçirən təxribatçı qrupların müdafiəsinə həsr olunub? Təxribatçıları müdafiə etməklə demokratiyanı “təşviq” etdiyini düşünən “Amerikanın səsi” ABŞ-da irqi ayrıseçkliyin nəticəsi olaraq, öldürülən qaradərili vətəndaşlarla bağlı bircə dəfə də olsun obyektiv material yayımlamayıb, ABŞ hökumətindən dini, milli, irqi ayrıseçkiliyə son qoymağı tələb etməyib.

Birinci məqam: Tovuzda baş verən erməni təxribatlarından sonra ABŞ-da yaşayan azərbaycanlılar ermənilərə qarşı dinc aksiyalar keçirdilər. Bu zaman ermənilər, erməni diasporunun üzvləri, köynəklərinə “ASALA” yazılmış şəxslər azərbaycanlılara qarşı hücumlar təşkil etdilər, soydaşlarımıza müxtəlif küt alətlərlə xəsarətlər yetirdilər. Eyni zamanda, həmin vaxt ermənilər də Azərbaycan əleyhinə aksiyalar təşkil etdilər. Amma “Amerikanın səsi” və “Azadlıq” radiosu daha çox ermənilərin aksiyalarını təbliğ etdi. 2 il öncə azərbaycanlıların Xocalı soyqırmı ilə bağlı ABŞ-da keçirdiyi aksiyalar da “Amerikanın səsi” və “Azadlıq radiosu” tərəfindən işıqlandırılmamışdı. Lakin elə həmin vaxt ermənilərin qondarma soyqırımla bağlı keçirdiyi aksiyalar “Amerikanın səsi” və “Azadlıq radiosu” tərəfindən əvvəldən axıra kimi işıqlandırıldı, hətta ayrıca reportajlar, video-sujetlər hazırlandı. Bütün bunlar qərəz, məkrli planların icraçısına çevrilmək deyil, bəs nədir?

İkinci məqam: cəbhədə baş verən təxribatlardan sonra ABŞ-da yaşayan Sevinc Osmanqızı xarici ölkələrdə ermənilərlə azərbaycanlılar arasında baş verən insidentlərdə Azərbaycan dövlətini, öz xalqını ittiham etdi və  günahkar saydı. Məhz bu mövqeyinə görə, Azərbaycan xalqının ciddi təpkisi ilə üz-üzə qalan S.Osmanqızı bir neçə gün sonra dediklərini “redaktə” etməyə çalışsa da, alınmadı. Xalq hər kəsi yaxşı tanıyır. Bu da təsadüf deyil, sosial şəbəkələrdə və “Yutub”da geniş izləyici kütləsinə malik “Osmanqızı” kanalı da “Amerikanın səsi” və “Azadlıq radiosu” ilə eyni mərkəzdən idarə olunurlar. “Osmanqızı” kanalının əsas maliyyə dayağı məhz SOROS Fondu, ABŞ Konqresindən maliyyələşən “Azadlıq radiosu”nun müxtəlif maliyyə mənbələridir. Diqqətlə araşdırsaq, görərik ki, həm Azərbaycanda, cəbhə xəttində baş verənlərlə, həm də xarici ölkələrdə ermənilərlə azərbaycanlılar arasındakı insidentlərlə bağlı, eləcə də, Azərbaycan dövlətinə münasibətdə S.Osmanqızı, M.Mirzəli, O.Temurxan, A.Məmmədov, L.Yunus, A.Yunus, T.Sadıqlı, Q.Zahid və digərləri ermənilərlə eyni mövqedən çıxış edirlər. Ermənilər cəbhədə baş verənlər hadisələrdə Azərbaycanı ittiham etdi, adıçəkilən bu şəxslər də. Ermənilər də xarici ölkələrdə baş verən insidentlərlə bağlı azərbaycanlıları günahkar hesab etdilər, bu şəxslər də. Başqa cür ola da bilməzdi. Çünki beynəxlalq QHT-lər, “Amerikanın səsi”, “Azadlıq radiosu”, həmçinin, Sevinc, Orduxan, Tural, Qənimət və bu şəxslərin əllərindəki media resursları eyni mənbədən maliyyələşir. O yerdən ki, hazırda bütün Ermənistan hakimiyyətini tamamilə özündən asılı hala salıb, oyuncağa çevirib. Paşinyanın cəbhədə, xarici ölkələrdə ermənilərlə azərbaycanlılar arasında baş verən insidentlərlə bağlı çıxışı ilə S.Osmanqızının bu məsələlərlə bağlı çıxışı arasında heç bir fərq yoxdur. Bunun hər kəs şahidi oldu.

Üçüncü məqam: adıçəkilən qurumların, şəxslərin Azərbaycandakı əsas dəstəkçisi olan Əli Kərimlinin öz ətrafında yaratdığı şou yaratması da "xüsusi" məqsədlərə hesablanıb. Hədəf birdir: Azərbaycan ləkələnməlidir! Son günlər Fuad Qəhrəmanlıya həbsdə işgəncələrin verildiyi ilə bağlı yayılan dezinformasiyalar, ayrı-ayrı müxalifətçilərə qarşı təzyiqlərin olması ilə bağlı ortaya atılan şayiələr də eyni planın tərkib hissələridir. Bu, adi məsələ deyil, böyük bir şəbəkədən, bu şəbəkənin Azərbaycanda, ABŞ-da və müxtəlif xarici ölkələrdəki “hücrə”lərindən söhbət gedir.

Bəs ABŞ-da mənzillənən “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycana qarşı qarayaxma kampaniyası, məkrli planları barədə rəsmi Vaşinqton nə düşünür?

Samir FEYRUZOV

16 oktyabr

15:44 - Gürcüstan "3+3" platformasının İstanbul iclasında iştirak etməyəcək15:42 - Zelenski təqdim etdiyi "Qələbə planı"nında nələr var?15:36 - "Veysəloğlu" şirkətinin təşkil etdiyi "V-Cup" voleybol turnirinin qalibləri məlum oldu - FOTOLAR

14 oktyabr

16:47 - Sahibkarlardan Prezidentə müraciət: "Bizi bank soyğunçuluğundan xilas edin!" - ŞİKAYƏT16:22 - Pezeşkian Azərbaycan səfirliyinə hücum edən Yasindən danışdı16:18 - "AFB Bank"ın mənfəəti 3 dəfə azalıb16:15 - "Reytinqimiz 60 faizdir" - Gürcüstanın baş naziri

10 oktyabr

16:01 - İsrail ordusu BMT sülhməramlılarını atəşə tutdu15:59 - "Biz kapitulyasiyanı ratifikasiya edən parlamentin tərkibində olmayacağıq" - Revanşist Saqatelyan15:55 - Azərbaycan Ermənistanla bağlı məhkəməyə müraciət etdi15:53 - Dövlət idarəsi 3 il əvvəl görülən iş üçün indi tender keçirir

09 oktyabr

14:12 - Rusiyaya ən çox nə satırıq, nə alırıq... - RƏQƏMLƏR14:11 - "Nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır" - Nazirə sərt ittiham14:04 - Dövlət Agentliyi 145 min manata "Toyota Land Cruiser" alır

08 oktyabr

16:48 - "Yasamal-6" MTK sakinlərin hüquqlarını pozur: Komendantdan "reketsayağı" AÇIQLAMA - FOTOLAR15:45 - "İsrailin əsl hədəfi Türkiyədir" - Dövlət Baxçalı15:34 - Azərbaycanda növbəti cərimə artımı - Bu cərimələr 4000 manata qədər artırılır15:31 - Prezident Putinlə görüşdü - VİDEO15:29 - Azərbaycan Fransa ilə bu əlaqəni rəsmən kəsdi15:27 - Son bir ayda yaşa görə pensiya alanların sayı 1930 nəfər azalıb

07 oktyabr

11:07 - "Veysəloğlu" 30 illiyinə həsr olunmuş tədbirləri davam etdirir - FOTOLAR11:05 - Hərbçilərin zamanı gəldi: qiyam olacaq - Soskindən çağırış11:03 - İrəvan Cop-29-a qədər Bakını sülh sazişinin imzalanmasına dəvət edir - Ani Badalyan11:01 - HƏMAS-İsrail münaqişəsinin başlamasından bir il ötür - Nə məlumdur?

01 oktyabr

15:55 - "Sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırıq" - Alen Simonyan 15:53 - "Atam heç vaxt Xameneiyə qarşı çıxmaz" - Pezeşkianın oğlu atasını tənqid edənlərə səslənib15:51 - Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir?

30 sentyabr

13:10 - Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar13:07 - "Hizbullah" lideri harada dəfn olunacaq?13:06 - İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı