O bizdən çox şeyi aldı: Hələ gec deyil, geri qalanı da almamış əl-ələ verək, qalib gələk...

03 iyul, 2020 15:11

Virus üzərində zəfərin şərtləri çox sadədir, əslində, hətta çox bəsitdir...

Bir virus gəldi, bütün dünyanı qarışdırdı. Hər şeyi və hər kəsi özünə biət etdirdi, həyatı "öz zövqü"nə görə yenidən düzənlədi.

Azərbaycandan da yan keçmədi. Ölkəmizdə də bir çox şərtləri, ənənələri, vərdişləri sildi, atdı. Əvəzində yenilərini "icad" etdi.

Halbuki qafasına "tac qoyub", özünü bütün "cahanın kralı" elan edən bu bezdirici virusun peyda olmasına qədər tamam fərqli həyat yaşantımız vardı. Həm də indikindən müqayisəedilməz səviyyədə gözəl, rəngarəng, daha rahat həyat şərtlərimiz mövcud idi.

Düzdür, onda da bir çoxlarımız, bir çox şeydən narazı idik. Hətta ara-sıra şikayətlənirdik də...

Amma bir gün bu bezdirici "kral" bütün dünyaya "sabahınız xeyir" dedi və xeyir adına heç bir şey buraxmadı. Hamısını aldı, götürdü.

İndi "kral"sız dünyamızı, daha keyfiyyətli həyat yaşantımızı nostalji ilə xatırlayırıq. Eyni həyat şərtlərinə dönə biləcəyimiz günləri az qala iplə çəkirik.

Xatırlayırsınızmı, hər səhər hansısa təhlükə ehtimalını ağlımıza belə, gətirmədən evlərimizdən çıxıb, yol alardıq. Kimimiz işə gedərdik, kimimiz də övladlarımızı məktəbə götürərdik.

Doğrudur, bəzilərimiz hər gün işə getməkdən məmnun qalmazdıq. Hətta "bu uşaq tez böyüyüb, məktəbə özü gedib-gələ bilsəydi, mən də rahatlanardım", deyənlərimiz də yox deyildi.

Amma mütləq əksəriyyətimiz işə getməkdən də məmnun idik, övladlarımızı məktəbə götürməkdən də... Hətta bundan qürur da duyardıq, fərəhlənərdik...

Amma indi bir çoxlarımız işə gedib-gələ bilmirik, gedənlərimiz də "birdən xəstə birisiylə qarşılaşıb, yoluxaram" narahatlığı içərisində oluruq. Aylardır ki, övladlarımızı məktəbə götürməkdən duyduğumuz qürurdan, fərəhdən məhrum qalmışıq.

Dostlarımızla görüşərdik, gəzintiyə çıxardıq, söhbətləşərdik. Hərənin özünəməxsus müxtəlif əyləncələri vardı.

Artıq dostlarla görüşmürük, "gəzintimiz" də, "söhbətlərimiz" də sosial şəbəkələrin ümidinə qalıb. O da olmasa, bütün dünyaya çıxış qapımız tam qapanmış olacaq.

Bir çoxlarımız idman yarışlarının azarkeşləriyik, xüsulə də futbolla yatıb-duranlarımız var. Amma aylardır ki, bu möcüzə idman növü insanlara sevinc gətirmir.

"Kral taxta çıxmasaydı", indi hər kəsin əsas müzakirə mövzusu məhz bu günlərdə start götürməli olan futbol üzrə Avropa Çempionatında baş verənlər ətrafında olacaqdı. Ancaq olmadı, "kral" imkan vermədi, qeyri-müəyyən vaxta təxirə salındı.

Belə anlaşılır ki, "kral taxtda qaldıqca", dünyada müəyyən olan heç nə qalmayacaq. Hər şey qeyri-müyyənlik içərisində əriyib, yox olacaq. "Biz virus yoxdur, boş şeydir" dedikcə, hər şey yox olub gedəcək, dünya doğrudan da boşalacaq.

Xatırlayırsınızmı, axşamlar Bakı Bulvarı insanla dolub, daşardı. Əksəriyyəti də gənclər olardı. Bir-birini sevən, nişanlı gənclər evlilik planları qurardılar, xoşbəxt gələcəklə bağlı xəyallarını bölüşərdilər.

İndi Bakı Bulvarı boşdur... Gənclərin əvəzinə qoca Xəzərin külək adlanan nəfəsinə qucaq açmaqdan başqa bir şeyə yaramır.

Bəli, bu "kral" sevgini də sildi, götürdü, bu dünyadan... Arxasınca isə pislikdən başqa heç nə buraxmaq niyyəti yoxdur.

Yaxşı nə varsa, hamısını götürür, saymaqla bitməz. Kimdən nə götürdüyünü də hər kəs özü daha yaxşı bilir. Hər şeyi götürüncəyə qədər durmaq niyyəti də yoxdur, anlaşılan...

Çünki o tək deyil, yardım edənləri, dəstək verənləri var. Amma ona dəstək verənlər yalnız onu "yaradıb, başına tac qoyub, taxta oturdanlar" deyil...

Bizlər də ona yardım edirik, dəstək veririk, yolunu açırıq... Əlbəttə, hamımız olmasa da, böyük əksəriyyətimiz...

Bizim laqeydliyimiz, məsuliyyətsizliyimiz, səbrsizliyimiz, virusun varlığını ciddiyə almamağımız onun hökmranlığını möhkəmləndirir, "taxt-tac"ının ömrünü uzadır, gücünə güc qatır.

Halbuki biz ondan daha güclüyük. Ən azından, Tanrının lütfü sayəsində sahib olduğumuz zəka üstünlüyümüz var. Bizim insan zəkamız onu yenmək üçün həm dərman, həm də vaksin rolunu oynaya bilər.

Bizim qalibiyyət və xilas üçün möhtac olduğumuzu düşündüyümüz dərman da, vaksin də elə özümüzdə var, axı... Nədən nə vaxt icad ediləcəyi bilinməyən, edilsə belə, yaxın aylarda olmayacaq vaksini və ya dərmanı gözləyək ki...

Artıq sübut olunub ki, virusdan qorunma qaydalarına ciddiliklə əməl etdikdə onun yayılma intensivliyi dərhal zəifləyir, "kralın taxtı sallanır".
Sizcə, "kralı birdəfəlik devirib, taxtdan salmağın", hökmranlığına son verməyin vaxtı çatmayıbmı... Bütün gələcəyimizi ona təslim etmədən normal həyat yaşantımıza geri dönmək üçün o qədər də çox şey tələb olunmur, axı...

Birinci, dövlət babanın öz vətəndaşlarını - bizləri qorumaq üçün tətbiq etdiyi karantin rejiminin şərtlərinə həssaslıqla uymağımız lazımdır. O şərtləri sadalamağa belə, ehtiyac yoxdur. Çünki hətta əməl etməyənlər də o şərtləri çox gözəl bilirlər.

İkinci, gigiyena qaydalarına əməl etmək, evdən çıxarkən maska taxmaq, sosial məsafəni qorumaq və s. digər qaydaları yerinə yetirmək vacibdir/ 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib