Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir - Nə etməliyik?

22 yanvar, 2021 14:28

10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları yerləşdikləri ərazilərlə bağlı bir neçə dəfə təxribata əl ataraq xəritələrlə manipulyasiya etdilər. Azərbaycanın suverenliyinə təhdid yaradan bu xəritələr sülhməramlıların gündəlik məlumatları əsasında Rusiya Müdafiə nazirliyinin ələyindən keçirilərək dərc olunurdu. Rusiya indi də Kəlbəcər yolunun sülhməramlıların nəzarətinə verilməsi ilə bağlı planlar hazırlayır. Halbuki, Rusiya sülhməramlılarının yerləşdirdiyi əraziləri genişləndirməyə cəhd etməsi 10 noyabr razılaşmasına, sülhməramlıların beynəlxalq qanunlarla tənzimlənən vəzifələrinə ziddir. Bu addım sülhməramlı missiyanın səlahiyyətlərini aşmaq, Azərbaycanın suverenliyinə təhdiddir. Rusiya bu dəfə Ermənistanla Qarabağı birləşdirən Kəlbəcər yoluna nəzarəti ələ almaq niyyətindədir.

Öncə bir neçə vacib məsələni qeyd etmək lazımdır.

Bu ilin yanvar ayının 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Lavrov çıxışında ən azı dörd təhlükəli və hiyləgər fikir səsləndirdi:

1. Dağlıq Qarabağın status məsələsi gələcəyə saxlanılıb

2. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilər onların cavabdehliyində olan ərazilərdir

3. Ermənistan rəsmilərinin qondarma Dağlıq Qarabağa səfərləri humanitar səfərlərdir

4. Hamı Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında əlaqə olmasına razıdır. Tərəflərin Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi üzərindən Rusiya sülhməramlıların nəzarəti altında olacaq əlaqə təmin etmək haqqında razılığı qeyd olunub

Bəs mətbuat konfransının ardınca nə baş verdi?

Lavrovun mətbuat konfransında dərhal sonra ermənilər Kəlbəcərə inşaat materialları aparan Azərbaycana məxsus avtomobil karvanının qarşısını kəsdilər. Hadisə yerində qəfil Rusiya sülhməramlıları peyda oldular, məsələyə müdaxilə etdilər və ermənilər isə şərt irəli sürdülər: “ermənilərin Kəlbəcər rayonu ərazisindən daha qısa yolla Ermənistana getmələrinə imkan yaradılmalıdır…”. Bütün bunların Lavrovun mətbuat konfransından dərhal sonra baş verməsi təsadüf ola bilməzdi.

Əvvəla, üçtərəfli razılaşmanın altıncı maddəsində göstərilir ki, Laçın bölgəsində Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin etmək üçün 5 km enində bir dəhliz fəaliyyət göstərəcək. O zaman Ermənistanla əlaqə üçün ikinci yolun - Kəlbəcər yolunun açılması nəyə lazımdır? Bu, üçtərəfli razılaşmada nəzərdə tutulmayıb. Görünən budur ki, Rusiya özünün "cavabdehlik və faktiki nəzarət zonası"nı genşləndirmək niyyətindədir. Və bütün bunları razılaşmaya ziddi olaraq qanunsuz şəkildə, ermənilərdən "kart" kimi istifadə edərək həyata keçirmək istəyir.

Digər tərəfdən, üçtərəfli razılaşmaya əsasən, tərəflər olduqları coğrafi mövqedə dayanıb və əraziyə Rusiya sülhməramlıları gəlib. Razılaşmaya görə, Azərbaycan həm də Dağlıq Qarabağın daxilində irəlilədiyi ərazidə nəzarət imkanı əldə edib.

Rusiyanın məqsədi Ermənistanla Dağlıq Qarabağ ərazisindəki əlaqə imkanlarını genişləndirmək, bu yolla Ermənistandan ora müxtəlif və çoxtərkibli “qüvvə”ləri cəlb etmək, tərəflər arasında süni provokasiyalar yaratmaq və nəticədə sülhməramlıların fəaliyyət dairəsini genişləndirməkdir. Rusiya belə bir təcrübəni dekabr ayında sınaqdan keçirib. Məsələn, erməni diversiya qruplarının hücumları təşkil olundu, bu hücumların baş verdiyi ərazilər “təhlükəli zona” kimi qiymətləndirildi və sülhməramlılar olduqları çoğrafi ərazini genişləndirərək bir neçə post da yaratmalı oldular. Ən azı bunu xəritələrdə əks etdirdilər.

Əgər ermənilərin Rusiya tərəfindən ortaya atılan istəklərinə şərait yaradılarsa, yəni Kəlbəcərdən keçən yol açılıb Rusiya sülhməramlılarının nəzarətinə verilərsə;

- Azərbaycanın müharibə zamanı Dağlıq Qarabağın daxilində irəlilədiyi ərazilərdə nəzarət imkanları zəifləyəcək

- Bu, Azərbaycanın suverenliyinə təcavüz hesab olunacaq, Azərbaycanın daxilində narahatlıq daha da artacaq

- Rusiya sülhməramlılarının fəaliyyət əraziləri daha da genişlənəcək

- Erməni terrorçuların təhdidləri artacaq və sıralama təxribatlarla növbəti şərtlər irəli sürüləcək. Təsadüf deyil ki, erməni terrorçularının zərərsizləşdirilməsi ilə bağlı sülhməramlılar heç bir iş görmədi

Məsələ bundadır ki, ermənilər 10 noyabr razılaşmasına istinad edərək Kəlbəcər yolunun açılmasını istəyirlər. Halbuki, razılaşmada belə bir bənd yoxdur. Rusiya bütün Ermənistana bunu izah etməli, erməniləri qızışdıran mövqedən əl çəkinməlidir. Nəzərə almalıdır ki, Azərbaycan cəmiyyəti bu günə qədər də Rusiya hərbçilərinin fəaliyyətini sülhməramlı qismində qəbul etmir, alqışlamır. Rusiya sülhməramlılarının atdığı bu kimi təxribatçı addımlar isə cəmiyyətimizdə Rusiyaya olan inamı daha da azaldır və sülhməramlıların bu addımları gələcəkdə sülhün qorunub-saxlanılmasına təhlükə yaradır.

Öncə bu addımlar həyata keçirilməlidir:

1. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır

2. Ermənistan təzminat ödəyəcəyini qəbul etməlidir

3. Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü rəsmən tanımalı, gələcəkdə Ermənistandan Azərbaycaan yönələn ərazi iddiaları müqavilədə bəribaşdan işğalçılıq faktı kimi qeyd olunmalıdır

4. Ermənistan rəsmilərinin qondarma “dq”-a səfərləri tam şəkildə dayandırılmalıdır, bu səfərlərə “humanitar səfər” donu geyindirilməməlidir

5. Rusiya sülhməramlılarının xəritə oyunbazlığıan son qoyulmalı, tərəfsiz qalmalı, erməniləri qıcıqlandıran mövqedən çəkinməlidir. Eləcə də, hazırda Dağlıq Qarabağda yaşayan ermənilərdə Rusiyaya qarşı məhəbbət yaratmaq üçün aparılan ideoloji-praktiki işlər dayandırılmalıdır. Ortada nümunələr var və Rusiyanın belə bir hiyləgərliyi tarixi aktuallığını saxlayır: sabah orada yaşayan ermənilərin "biz Rusiyaya birləşmək istəyirik" çağırışlarını eşitmək istəmirik. Belə çıxır ki, Rusiya sülhməramlılarının bütün bunlara əməl etməsi üçün yeni bir razılaşmaya ehtiyac var. Əslində isə bu tələb kimi Rusiyanın qarşısında qoyulmalıdır.

Azərbaycan Kəlbəcər yolu ilə bağlı baş verən hadisəyə ciddi reaksiya verməlidir. Kəlbəcərdən keçən yolun açılmasına imkan yaratmaq Azərbaycan üçün ciddi və gələcəkdə həlli mümkünsüz olan probemə çevriləcək. Ona görə də buna imkan vermək olmaz.

Samir FEYRUZOV

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR