Zəhərlənənlər, güllələnlər, özünü "asanlar"... - Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir

23 yanvar, 2021 20:13

Putini sərt tənqid edənlər ya zəhərlənir, ya yolda güllələnir, da “özlərini” asırlar. Rusiyalı keçmiş xəfiyyə Aleksandr Litvinenko Londonda Moskvadan gələn iki tanışı ilə kafedə çay içdi, bir neçə saat sonra onun zəhərləndiyi aşkarlandı və bir gün sonra öldü, bəlli oldu ki, çayına “polonuim” qatıblar, bu məlum olana qədər hər iki tanışı Böyük Britaniyanın paytaxtını tərk etmişdilər.

Azsiyasət.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, pollitoloq Elxan Şahinoğlu Rusiyada hazırda baş verən prosesləri şərh edərkən bildirib.

Politoloq Putinin tənqidçilərinə qarşı edilən əməlləri xatırladıb:

"Rusiyalı keçmiş digər xəfiyyə Skripal və qızı yenə Londonda “Noviçok” zəhəriylə huşlarını itirdilər. Məşhur oliqarx və Putinin tənqidçisi Boris Berezovski yenə həmin Londonda malikanəsində asılı şəkildə tapıldı. Ukraynada prezident seçkisi öncəsində əsas namizəd qərbpərəst Viktor Yuşşenkonun yeməyinə zəhər qatdılar, aylarla müalicə olundu, güclə sağ qaldı. Putinin Rusiyada ən sərt tənqidçlərindən biri Boris Nemtsov isə küçədə getdiyi yerdə qətlə yetirildi. Bir neçə ay öncə isə Aleksandr Navalnıy zəhərləndi, çayına nəsə qatmışdılar".

"Əlbəttə, Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir. Hesab edək ki, bunların heç birində Kreml sahibinin əli yoxdur. Ancaq elə bu halda bu zəhərlənmələr və qətllər Kreml sahibinin diqqətini çəkməli və o araşdırma aparılmasını tapşırıq verməliydi ki, kimsə bu zəhərlənmələri və qətlləri təşkil etməklə onu nüfuzdan salmağa çalışır, çünki hər dəfə onun ismi hallanır. Kreml sahibi belə bir araşdırmaya ehtiyac duymursa və bu qətllərə görə heç bir narahatlıq keçirmirsə, demək ondan şübhələnmək üçün tam əsas var. Qərb ekspertlərindən birinin fikrincə, Rusiyanı idarə edənlər rəqiblərini içəridə və çöldə yox etmək hüququna malik olduqlarını düşünürlər. Lev Trotski çoxdan Rusiyanı tərk etmiş və uzaq Meksikada sürgün həyatı yaşayırdı, onun diktator Stalinə heç bir təhlükəsi yox idi. Ancaq Stalinin əmriylə Meksikada onun başını balta ilə yardılar. Bu ənənə davam edir", - deyə politoloq sözlərinə əlavə edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR