"Rus xalqı üçün çıxış yolu görmürəm" - Zərdüşt Əlizadə

24 yanvar, 2021 18:11

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri Rusiyadakı etiraz aksiyaları haqqında danışarkən politoloq Zərdüşt Əlizadə deyib. O, Modern.az saytına açıqlamasında qeyd edib ki, Rusiyada rejim çox sərt və güclüdür:

“Orada hakimiyyət rus qvardiyasına söykənir və böyük sayda rüşvətxor, vicdansız məmur kütləsi var, hansılar ki, Putinin mövcud hakimiyyəti ətrafında sıx birləşiblər. Pərakəndə etirazçıların ayağa qalxması rejimi laxlada bilməyəcək. Deyilənə görə, Moskvada 20-40 min arası insan ayağa qalxmışdı. 30-40 şəhərin hər birində isə hərəsində bir neçə yüz adam etirazlara qoşulmuşdu. 2000-dən yuxarı adam həbs edilib. Cəza aləti işə düşəcək. Etirazçılar ciddi cəzalara məhkum olunacaqlar. Qalanları isə axına qoşulub sakitləşəcəklər. Rusiyada bu etirazlar vaxtaşırı təkrarlanır, hətta bundan qat-qat böyük şəkildə etirazlar yaşanıb. Heç bir nəticəsi olmadı. Rusiya təbii sərvətlərin hesabına, tüfeyli rejimin, dövlət vəsaiti hesabına təşkilatlanması, əhalinin isə pərakəndəliyi, savadsızlığı imkan vermir ki, rus xalqı düşdüyü tilsimli dairədən çıxsın. Mən düşünmürəm ki, Putin rejimi belə etirazlar nəticəsində dağılsın. Rusiya dağılır deyə fikirləşənlər yanılırlar”.

Etirazların Vladimir Putinin regiondakı nüfuzuna təsirinə gəlincə, Zərdüşt Əlizadə hesab edir ki, hadisələr bölgədəki siyasətinə də, nüfuzuna da təsir göstərməyəcək:

“Rusiyanın xarici siyasətinin əsas cizgiləri artıq müəyyənləşib. Rusiya siyasəti zora, gücə, ətrafdakı dövlətlərin hakim zümrələrinin satqınlığına yönəlib. Buna görə, Rusiya hələlik MDB məkanını əsasən nəzarətdə saxlaya bilir.

ABŞ Rusiyadakı vəziyyətdən istifadə edib, müdaxilə edə bilməz. Hərbi yolla müdaxilə mümkün deyil. Rusiyaya qarşı sanksiyalar həyata keçirilir. Rusiya hakim zümrəsinin bu sanksiyalar vecinə deyil. Rus xalqı isə acından ölürsə, canı cəhənnəmə. Kimdir, onları sayan? Odur ki, Amerikanın da Avropanın da Rusiyaya təsir imkanları çox məhduddur. Hesab edirəm ki, Rusiyanın gələcəyi Rusiya daxilində gedən siyasi proseslərlə müəyyənləşir. Nə vaxta qədər ki, hakim zümrənin içərisində ciddi çat yaranacaq, hakim zümrə özü laxlayacaq, “yem bazası” daralanda zümrədaxili döyüşlər, mübarizə başlayacaq. Bundan sonra Rusiyada nə isə dəyişə bilər. Amma sosial ruh baxımından heç nə dəyişməyəcək. Daha bir sosialist təcrübəsi, ədalətili quruluş qurmaq cəhdi istisnadır. Əhali bu təcrübəyə qayıtmaz. Orada heç təəccüblü deyil ki, kimsə milyarderdir, kimsə acından ölür. Bu quruluş davam edəcək. Həmin quruluşdakı ədalət ölçüsünü artırıb, azaltmağa gəldikdə isə bu əhalinin siyasi mədəniyyətindən asılıdır. Rus xalqının siyasi mədəniyyət səviyyəsi çox aşağıdır. Odur ki, mən rus xalqı üçün yaxın onilliklərdə hansısa çıxış yolu görmürəm”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR