Beyrutdakı partlayış Azərbaycan üçün dərs olmalıdır: Ammonium nitrat təhlükəsi - Deputat danışır

06 avqust, 2020 12:06

Avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində yerləşən liman bölgəsində dəhşətli partlayış baş verdi. Hazırda Beyrut dünyanın nəzər nöqtələrindən birinə çevrilib, 100-dən artıq insanın öldüyü, 5 minə yaxın insanın yaralandığı Beyrut faciəsindən nəticə çıxarılası çox ciddi məqamlar var.

Öncə partlayışın səbəblərinə diqqət yetirək: Livanın “LBC İnternational” kanalı xəbər verir ki, partlayış 2700 tondan artıq ammonium nitratın (bizdə selitra kimi tanınır) partalaması nəticəsində meydana gəlib. Məlum partlayışın vurduğu ziyanı nəzər alsaq, deyə bilərik ki, Livan dövləti üçün ağır dövr başlayır və böyük ehtimalla qara buludlar uzun müddət Livanın baş üzərindən əksik olmayacaq. Hazırda Beyrutda həyat tamamilə dayanıb.

Şəhər meri Mərvan Abbud bildirir ki, partlayış nəticəsində 15 milyard ABŞ dolları ziyan dəyib. Düşünmək üçün ciddi məqamlar var, 15 milyard bir dövlətin dövlət büdcəsi qədərdir, belə çıxır ki, təkcə Beyrut  şəhərini əvvəlki vəziyyətinə gətirmək üçün bu qədər vəsait lazım olacaq. Heç şübhəsiz ki, müxtəlif ölkələr Livana maddi yardım edəcək, amma Livanın problemləri bununla öz həllini tapacaqmı?

Hazırda Beyrutdakı mənzərə, dağıntılar Suriyanı, İraqı xatırladır. Əcəba, niyə? Suriya, İraq hər kəsin gözü qarşısında tədricən hazırkı xarabalığa çevrildi, döyüşlər nəticəsində hər iki ölkə “əriyərək” bu hala düşdü. Amma Livan bir göz qırpımında xarabalığa çevrildi. Bu hansı dəst-xəttidir? Artıq “hərbi taktika”mı dəyişib? Minlərlə ölüm, büdcədən ayrılan milyardlarla pul hesabına Şərq ölkələrində reallaşan uzun müddətli hərbi əməliyyatlar daha əl vermir? Bu dəfə itkisiz və ziyansız? Elə bu qədər sadə?

Rəsmi Beyrut təkcə partlayışın fəsadlarını aradan qaldırmaqla məşğul olmamalıdır. Hadisənin “dəsti-xətti” müəyyənləşdirilməlidir. Bunun üçün kifayət qədər tutarlı səbəblər də var. Məsələn, partlayan ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) yükü Rusiyanın Xabarovsk şəhərindən olan İqor Qreçuşkinə məxsus "Rhosus" gəmisindən müsadirə olunubmuş. Gəmi selitranı Batumidən Mozambikə aparırmış, lakin texniki problemlərlə bağlı Livanda lövbər salıb. Yoxlamalardan sonra liman rəhbərliyi ona dənizə açılmağı qadağan edib.

Bəs Beyrut faciəsindən Azərbaycan nə üçün nəticə çıxarmalıdır?

“Azsiyasət.com” xəbər verir ki, Azərbaycanda da ammonium nitratdan istifadə olunur və ammonium nitrat (selitra) fermerlərin ən çox itifadə etdiyi gübrədir. Azərbaycanda "selitra" adı ilə tanınan ammonium hələ Sovet dövründən bəri ölkəmizin kənd təsərrüfatında geniş istifadə olunur və tam olaraq, xaricdən idxal olunur. Söz yox ki, Azərbaycanda artıq kabramid istehsal olunur və selitraya alternativ kimi tətbiq olunur.

Nəzərə almaq lazımdır ki, ammonium nitrat terrorçu təşkilatlar üçün əsas maddələrdən biridir. Eyni zamanda, onun saxlanıldığı ərazilər də daim terroçuların nəzər nöqtəsində olub. 2016-cı ildə Türkiyədə maşında bomba partlayışı ilə terror hadisəsi baş verdi. Və bu hadisədən sonra Türkiyədə ammonium nitrat tərkibli maddələr qadağan edildi. Çünki ammonium nitrat açıq şəkildə satılır və bu maddəni asan şəkildə əldə edərək terror məqsədilə istifadə etmək daha da asanlaşır.

Qısa araşdırmalarımız nəticəsində bəlli olur ki, ammonium nitrat həqiqətən də Şərq ölkələrində, eləcə də Qərb dövlətlərində müsəlmanlara qarşı həyata keçirilən terror hadisələrində ən çox istifadə olunan maddədir. Bu maddələr fermerlərdən gübrə məqsədilə toplanır, daha sonra bombalar hazırlanır. Eyni zamanda, müharibə poliqonuna çevrilən ölkələrdə döyüşlər zamanı az miqdarda da olsa, ammonium nitratın saxlanıldığı məkanların partladılması da heç kəsə sirr deyil. Məsələ bundadır ki, ammonium nitrat azot tərkibli maddədir. Bir çox ölkələrdə alternativ maddələr olmadığına görə həl ə də ondan geniş şəkildə istifadə olunur.

Azərbaycanda "selitra təhlükəsi"nin olub-olmaması ilə bağlı “Azsiyasət.com” saytına danışan deputat Vahid Əhmədov bildirdi ki, bu hadisə ilə bağlı hələ bəzi məsələlər araşdırılmalıdır: "ABŞ belə bir məlumat yayıb ki, Beyrutda baş verən partlayış terror hadisəsidir. Bu çox ağır bir hadisədir, şəhəri tamamilə dağıdıb, əhali pis durumdadır. Bizim dövlət də Livana yardım məqsədilə 1 milyon dollar pul ayırdı. Ammonium nitrat maddələrinin saxladıldığı yerlər ciddi şəkildə qorunmalıdır. Belə partlayıcı maddələr və ona yaxın olan maddələrin qorunması həmişə xüsusi və ciddi nəzarət altında olmalıdır. Bu maddənin saxlanıldığı əraziyə giriş-çıxış tamamilə nəzarət altında olmalıdır. Belə maddələrin saxlaıldığı yerlər qapalı olmalıdır. Mən təxminən 1992-1993-cü illərdə bizdəki həmin zavodlarda olmuşam. İndiki vəziyyətdə isə, Azərbaycanda həmin ərazilər tamamilə ciddi nəzarət altına götürülməlidir. Bizim bölgə həssas bölgədir. Yəqin ki, həmin yerlər qorunur. Amma bundan sonra müvafiq dövlət orqanları həmin əraziləri ciddi nəzarətə almalıdır. Bu, dövlətimiz və xalqımızın təhlükəsizliyi baxımından çox vacibdir. Bu məsələ həm də ona görə vacibdir ki, Azərbaycanda bütün millətlərin nümayəndələri yaşayırlar. Bizi istəyən də var, istəməyən də...”.  

Samir Feyruzov 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi