Cahangir Əsgərovun imperiyası: Nabrandan Londonadək...

05 fevral, 2021 12:50

Prezident İlham Əliyev AzTV-yə müsahibəsində AZAL prezidenti Cahangir Əsgərovu sərt tənqid etdi. Bildirdi ki, C. Əsgərov ona müraciət edərək Şuşada AZAL-ın filialını açmaq istəyini deyib: “Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində” – deyə prezident vurğulayıb.

Prezident həmin müsahibədə Azərbaycanın ən böyük məmur-oliqarxlarını sərt şəkildə tənqid edərək onları yerində oturdub.

C.Əsgərovla bağlı isə onsuz da Azərbaycanda uzun illərdir ki, mənfi ictimai fikir formalaşıb. O, ölkənin ən böyük məmur oliqarxlarından hesab edilir. Zaman-zaman onun varidatı, mülkləri və şirkətlərinin siyahısı media səhifələrini bəzəyib. Belə bir məqamda yaddaşı təzələməyin heç bir ziyanı olmadığını düşünərək C.Əsgərovun biznes imperiyasından bəzi nümunələri təqdim edirik.

Görün, dövlət büdcəsindən maliyyələşən bir qurumun rəhbərinin bəlkə də özünün belə tam siyahısını yadında saxlaya bilmədiyi nə qədər böyük şirkətlərə sahibdir.

Əlavə şərh vermədən Əsgərovun biznes imperiyasına daxil olan şəbəkənin tam olmayan siyahısını təqdim edirik:

✈ Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;

✈ Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;

✈ Tiflisdə bahalı "Veranda" restoranı;

✈ Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

✈ Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;

✈ İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";

✈ Nabranda 30 ha sahədə villa;

✈ Qala qəsəbəsində 265 ha badam bağı;

✈ “Premium Bank” ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;

✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

✈ SOROKA LIMITED (Londonda);

✈ Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;

✈ Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;

✈ Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;

✈ Londonda "C3 – CIII LIMITED" şirkəti

✈ Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;

✈ Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;

✈ Azərbaycanda "GAZELLİ GROUP"

✈ İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);

✈ İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

✈ Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

✈ ASC HANDLING LIMITED (Londonda);

✈ AS582 LIMITED (Londonda);

✈ Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

✈ ICLEVERWEB LTD (Londonda);

✈ SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

✈ Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);

✈SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);

✈ İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);

✈ SEDITION LIMITED (London).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR