"Times of Israel": Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib

12 fevral, 2021 18:27

“Times of Israel” onlayn qəzetində “Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdi” başlıqlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, 44 günlük Qarabağ müharibəsi 30 ilə yaxındır Cənubi Qafqazda hökm sürən hərbi və siyasi reallıqları dəyişdirib:

“Bu dönüş 2020-ci ilin payızında Azərbaycanın Qarabağ cəbhəsindəki son dərəcə qabaqcıl və planlaşdırılmış hərbi və siyasi addımları sayəsində əldə edilib”.

Yazının müəllifi daha sonra Ermənistanın dalana dirənməsini qeyd edib:

“Ermənistan illərdir Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayondan çıxmaqdan imtina edirdi. Ermənistanın bu mövqeyi danışıqları dalana dirəmişdi. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sərt mövqe sərgilədi. Ermənistanın Baş naziri və kabinet üzvləri bir neçə təxribat xarakterli hərəkətə əl atdı.  

Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqlar prosesinə faktiki olaraq xitam verdi. 

Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan bu ölkənin hərbi doktrinasını “yeni ərazilər uğrunda yeni müharibə” olaraq xarakterizə etdi. Yeni doktrinaya uyğun olaraq, Ermənistan qoşunları keçən ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsinə hücum edib, halbuki bu bölgə Qarabağdakı təmas xəttindən kənarda yerləşir və Azərbaycandan Qərbə gedən həyati əhəmiyyətli enerji və nəqliyyat layihələri buradan keçir”.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib