"Amerika geri döndü" - Co Bayden

20 fevral, 2021 04:22

Münhen Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ Prezidenti Co Bayden Avropa və NATO müttəfiqlərinə ABŞ-ın yenidən etibarlı tərəfdaş olduğuna dair bir mesaj verib.

Azsiyasət.com xəbər verir ki, ABŞ prezidenti videokonfrans vasitəsi ilə keçirilən konfransda transatlantik ittifaqın bir daha ABŞ üçün prioritet olduğunu söyləyib.

"Mən sözümün ağasıyam. Amerika geri döndü. Bu gün, qısa müddət əvvəl başladığım vəzifədə, ABŞ prezidenti olaraq danışıram və bütün dünyaya çox açıq bir mesaj göndərirəm. Amerika geri döndü. Transatlantik ittifaq geri döndü. Və geri baxmayacağıq", - deyə Bayden bəyan edib. ABŞ lideri daha sonra deyib ki, "Şübhələri aradan qaldırmağa icazə verin. ABŞ Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımız və onların paytaxtları ilə sıx əməkdaşlıq edəcək".

ABŞ-ın NATO ittifaqına tam bağlılığını təsdiqləyən Co Bayden "Birimizə hücum hamımıza bir hücumdur" ifadələrini istifadə edərək NATO-ya bağlılıqlarının "sarsılmaz" olduğunu vurğulayıb.

Bayden, Əfqanıstandakı 20 ilə yaxın davam edən qarşıdurmanın və sülh prosesinin diplomatik yolla həllini qətiyyətlə dəstəklədiklərini bildirib. İŞİD-lə mübarizənin hələ də davam etdiyini qeyd edən ABŞ Prezidenti bildirib ki, "İŞİD-in Yaxın Şərq, Avropa, ABŞ və ya başqa bir yerdəki insanları təhdid etmək üçün yenidən bir araya gəlməsinə icazə verə bilmərik". Demokratik dəyərlərin vacibliyini vurğulayan Bayden "Demokratiya günümüzün problemlərinin əsas cavabıdır. Demokratiya təsadüfən meydana gəlmədi, onu qorumaq və gücləndirmək lazımdır" deyib.

ABŞ Prezidenti Çinlə uzunmüddətli bir mübarizə apardıqlarını qeyd edərək ABŞ-Aİ birliyinin Çinə qarşı xüsusən iqtisadiyyat və təhlükəsizlik sahələrində əhəmiyyətinə diqqət çəkib.

"Çinlə uzunmüddətli strateji rəqabətə hazırlaşmalıyıq. ABŞ Avropa və Asiyanın, Sakit Okeandakı ortaq maraqlarımızı və dəyərlərimizi təmin etmək səyləri ən vacib işlərimizdən biri olacaq. Çinlə rəqabət sərt olmalıdır" - deyən Bayden ABŞ-ın bu yarışmaya hazır olduğunu dilə gətirib. O, Pekinin insan hüquqları və demokratiya sahəsindəki pozuntularını və beynəlxalq iqtisadiyyatda "haqsız rəqabət" yaradan addımlarını diqqətlə izlədiklərini və bu məsələləri gündəmə gətirməyə davam edəcəklərini vurğulayıb.

Daha sonra Rusiyanı tənqid edən Bayden, Moskvanın Çindən daha çox transatlantik ittifaqa "təhlükə" yaratdığını bəyan edib. "Putin Avropanı, Avropa proyektini və NATO ittifaqını zəiflətmək istəyir. Transatlantik birliyi və qətiyyətimizi pozmaq istəyir, çünki Kremlin ayrı-ayrı ölkələri həzm etməsi daha asandır"  -  deyən ABŞ Prezidenti Ukraynanın ərazi bütövlüyünün qorunmasının məhz bu səbəbdən çox vacib olduğunu bildirib.

Bayden Rusiyanın Amerika seçkilərinə kiber hücumlarla müdaxilə etməyə çalışdığını və dünyaya “Baxın, ABŞ sistemi pozulub” mesajını verməyə çalışdığını bildirərək, buna imkan verməyəcəkləri deyib. ABŞ lideri diplomatik həll yollarına önəm verdiklərini və bu səbəblə rəqabət halında olmalarına rəğmən Rusiya ilə  Yeni Strateji Silahların Azaldılması müqaviləsinin uzadılması məsələsində razılığa gəldiklərini də qeyd edib.

Co Bayden Orta Şərqdəki problemləri də eyni yanaşma ilə həll etmək üçün addım atdıqlarını bildirib. O, İranın bölgədəki zərərli hərəkətlərini təqib etdiklərini, digər tərəfdən İranla nüvə danışıqlarına qayıtmağa hazırlaşdıqlarıı da söyləyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR