"Qarabağda müharibə yenidən başlasa, bu dəfə..." - Rus politoloqdan SENSASİON AÇIQLAMA

20 fevral, 2021 15:32

Rusiya parlamentarilərinin Azərbaycana səfəri rusiyalı sülhməramlıların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdaşlarla dialoq qurmaq məqsədi daşıyır.

Azsiyasət.com xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.

O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib.

S.Markov deyib: “Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi – bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.

Ekspertin fikrincə, ikinci problem erməni millətçiləri tərəfindən törədilə biləcək terror aktları təhlükəsidir. İfrat millətçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. “Daşnaksutyun” və “Sasna Tsrer” terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəyə malikdirlər.

Politoloq deyib: “Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olunmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərirdilər. Dağlıq Qarabağda Njdeyə heykəl qoyulması, Ermənistanda onun heykəlinin hələ də qalması biabırçılıqdır”.

S.Markovun sözlərinə görə, bu gün ən vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və əsas məsələlər üzrə daim dialoqda olurlar.

Ekspert xatırladıb: “Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müasir iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Ermənistanın və digər ölkələrin bu işə qoşulmasını gözləyir”.

S.Markov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində Türkiyənin rolunu xüsusi qeyd edib. O deyib: “Türkiyə çox şeyə nail olub. O, İkinci Qarabağ müharibəsində tam qələbə qazanan Azərbaycanın hərbi müttəfiqi kimi çıxış edib. Türkiyə özünün zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarını təqdim edib. İndi bir çox ölkələr bu pilotsuz uçuş aparatları ilə maraqlanır və onları alırlar.

Bundan başqa, Türkiyə böyük Yaxın Şərq regionunda əsas aktorlardan biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasətə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin bundan sonrakı ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiyə ilə birgə çoxqütblü sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib”.

Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S.Markov deyib: “Azərbaycan Ordusu erməni ordusu üzərində sözsüz üstünlüyə malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Ordusu hücuma keçəcək və erməni qruplaşmalarını darmadağın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmək istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razı oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi”.

Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ müharibəsini Ermənistan ilə Azərbaycan arasında gedən müharibə kimi deyil, Türkiyə ilə Rusiya arasında gedən müharibə kimi təqdim etməyə çalışırdı.

“Bəzi qüvvələr indi də Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmağa səy göstərirlər. Onlar ümid edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir”, – deyə, S.Markov vurğulayıb. 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi