"III Qarabağ müharibəsi başlaya bilər" - Türk professorla SENSASİON MÜSAHİBƏ

24 fevral, 2021 13:29

Azsiyasət.com milli.Az-a istinadən məşhur türk tarixçi, professor Şevki Karabəkiroğlu ilə müsahibəni təqdim edir:

- III Qarabağ müharibəsinin başlamaq ehtimalı varmı?

- Belə bir ehtimal var. Çünki bu hesab hələ bağlanmayıb. Dünyanın başqa gücləri prosesə daxil oldular və istər-istəməz biz sülh yolunu seçərək bir yerdə dayanmaq məcburiyyətində qaldıq. Fəqət, bu dayandığımız yer bizim haqq etdiyimiz yer deyil. Mütləq bitirilməsi lazım olan bir hesabımız var. Bu hesabın birinci işi Qarabağın tamamilə işğalçılardan təmizlənməsi olacaqdır. Çünki Qarabağ 1992-ci ildə bizdən qoparılmış torpaqlardır. Son qarışına kimi bizə qayıtmayacağı müddətcə orada haqqımız tapdanacaqdır. Bu balanssız vəziyyət qaldığı müddət ərzində müharibə ehtimalı hər zaman var. Buna görə də biz müharibəyə hazır olmalıyıq, hazırlıqlarımızı bitirməliyik. Bunun üçün daxildə, xaricədə əlimizdən gəldiyi qədər birliyimizi, diriliyimizi daha da möhkəmləndirməliyik. 

- 44 günlük müharibədən sonra Ermənistanın yalnız fiziki xəritədə qaldığını deyə bilərikmi?

- Ermənistanın regiondakı varlığı, onsuz da, anormal bir haldır. Yəni 1918-ci ildə regionda bir Ermənistan dövləti peyda olarkən qondarma yollarla zor tətbiq etməklə, pul qarşılığında İrəvan paytaxt elan edilərək orada bir mərkəz yaratdılar. Normalda İrəvan qədim türk şəhəridir, bunu hər kəs bilir. 1800-1900-cü illərə nəzər salınsa, iliyinə qədər türk olan bir şəhər bu gün Ermənistanın paytaxtı necə oldu?! Bu, ingilislərin, rusların I Dünya Müharibəsindən sonra təşəbbüsləri ilə oldu. Regionda yaradılan bu qondarma dövlətin bir də haqqı olmayan Qarabağ torpaqlarını işğal etməsinin özü səhv addımdır. Ermənistan o torpaqların hər qarışını boşaltmalıdır. Normal olan, təbii olan, tarixi həqiqətlərə söykənən budur. Lakin deyək ki, güclər balansı nəzərə alınaraq biz bunu bacara bilmədik, ən azından qüvvəsinin qırılmasını bacarmalıyıq, artıq elədir də. Ermənistan ABŞ-ın, yaxud Rusiyanın, İranın dəstəyini almadan öz hesabına öz ayaqları üstündə dayanacaq bir gücə sahib deyil. İqtisadiyyatı məhv olmuş vəziyyətdədir.

- Müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistan tərəfindən tez-tez səsləndirilən revanşist açıqlamalar nəyisə dəyişəcəkmi?

Ermənistanda, sadəcə, şovinist çıxışlarla, revanşist açıqlamalarla öz xalqını idarə etməyə çalışan bir idarəçilik hökm sürür. Bu yolla irəli gedə bilməyəcəkləri bəllidir. Bu gün Ermənistanın yaşadığı problemlərin təməlində elə özünün quruluşunda və quruluş fəlsəfəsindəki axsaq fikirlər, iddialar dayanır. Bu axsaqlığın əsas səbəbi nədir?! Zaman-zaman bunu İran rəhbərlərinin dilindən eşidirik. Türk dünyası Asiyada böyük əksəriyyət təşkil edir. Və ora türk dünyasının gövdəsi məsafəsindədir. Anadolu türklüyü isə türk dünyasının başı məsafəsindədir. Çünki tarixə nəzər salanda böyük imperiyaların (Səlcuqlar, Qəznəvilər, Osmanlı) mərkəzi əsasən Anadolu hesab edilmişdir. Bu mənada gövdə olan Asiya türklüyü ilə baş olan Anadolu türklüyü arasında boyun məsafəsində yerləşən Qafqazdır. Qafqazda da ən böyük gücə sahib olan Azərbaycandır. Düşmənlərimiz bundan 100 il əvvəl plan qurarkən özlərinə görə çox ağıllı davranıblar. Bu planlardan ən birincisi budur: Öncə Asiya türk dünyası ilə Anadolu türk dünyasınının arasını kəsək və bu ərazidə bir Ermənistan dövləti yaradaq. Beləliklə də, bunların bir-birləri ilə əlaqələri kəsilsin. Bunu düşünənlər baxırlar ki, həmin bölgədə qədim bir Azərbaycan türkü var və Azərbaycanın o gücdə qalması gələcəkdə böyük bir dövlətin potensial olaraq özləri üçün təhdid yaradacağı deməkdir. Ona görə də Azərbaycanı Şimal və Cənuba bölürlər. Cənubunu İrana verirlər, araya Ermənistanı yerləşdirirlər və şimalı da indiki Azərbaycandır. İndiki xəritə normal bir mənzərə deyil, zor-güc hesabına formalaşdırılmış bir mənzərənin əksidir. Səbəb isə sırf türk dünyanını, Türkiyəni, Azərbaycanı zəiflətmək üçündür. 

- Azərbaycanın tarixi torpaqlarına yenidən qovuşmağı nə dərəcədə real gösrsənir?

- Tarixdə heç bir şey sabit olaraq qalmır. İngilis tarixçi Anold Toynbi deyir ki, mədəniyyətlər də bir canlı orqanizm kimidir, doğularlar, böyüyərlər, ölərlər. Müəyyən zamandan bir dünya yenidən formalaşır. Bu gün orada yaradılmış anormal vəziyyət 100 il əvvəl yaradılmış vəziyyətdir. Bu vəziyyəti bu cür davam etdirmək mümkün deyil. Bu çay yenə öz arxını tapacaqdır. Azərbaycan Şimalı ilə, Cənubu ilə bir bütün olaraq qarşımıza çıxacaqdır. İnşallah, iqtisadi iş birliyi, diplomatik müstəvi baxımından istər Türkiyə ilə, istərsə də digər türk dövlətlərlə iş birliyini genişləndirərək türklər arasındakı həmrəyliyi artıracaq. Azərbaycan həm geosiyasi olaraq, həm də strateji olaraq çox mərkəzi və həyati bir yerə sahibdir. 

- Hazırda bölgədə cərəyan edən proseslər fonunda Azərbaycan xalqına müraciət edib nə demək istərdiniz?

- Bu gün Qarabağı Azərbaycandan qoparıb və yaxud daxildən, xaricdən ölkədə xaos yaratmağa çalışmaqla Azərbaycanı zəiflətmək cəhdlərinin təməlində Azərbaycanın türk dünyası arasında bir katalizator vəzifəsini yerinə yetirməsi dayanır. Əgər Azərbaycan güclü olarsa, sərhədlərinin bir ucu Türkiyəyə çatarsa, o biri ucu Xəzər dənizinə söykənərsə bu, böyük bir türk dünyasının təşəkkül tapması, qurulması deməkdir və belə bir vücudun formalaşması da Azərbaycanın çox önəmli bir funksiyaya sahib olması deməkdir. Azərbaycanın bu funksiyasını istəməyənlər Azərbaycanı zəiflətmək üçün Qarabağdan başlayaraq xeyli sayda təxribatlar törətdilər. Amma mən bunların bir nəticə verəcəyi qənaətində deyiləm. Su axan arxdan əvvəl-axır yenə axacaqdır. İnkişafda, güclənməkdə olan Azərbaycan ilə necə ki biz (Türkiyə) iki dövlət, bir millətik, Allah izni ilə bir millət halına gələcəyik. Bu, sərhədlərin birləşməsi demək deyil, amma hər sahədə bu iş birliyimizi, ittifaqımızı inkişaf etdirəcəyik.

Bəzi qruplaşmalar müxtəlif yalanlar, dezinformasiyalar yayırlar. Məsələn, Azərbaycan türkünə "Azəri" deyilir, ayrı bir türk qolu soyu yaddaşlara yerləşdirməyə çalışıblar. Bu da soyuq müharibə dönəminin qalıqlarıdır. Məhzəb (sünni, şiə) fərqini çox qabardırlar, bunların heç biri bizim üçün vacib faktor deyil. Hamımız müsəlmanıq və türkük. Bu mənada əgər biz müsəlmanlar və türklər olaraq gücümüzü birləşdirərsək, bizim biləyimizi heç kim bükə bilməz. 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"