ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...

27 fevral, 2021 10:33

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rusiyalı oliqarx Yevgeni Priqojinin həbsinə kömək edəcək informasiya üçün 250 min dollar mükafat təyin edib. Rusiya mediası prezidentin yaxın çevrəsinə daxil olan Priqojini “Putinin aşpazı” adlandırır.

O, ABŞ-da 2016-cı ilin prezident seçkisinə müdaxilədə ittiham olunur. Priqojin FTB-nin bu hərəkətini "əcinnə ovu" adlandırıb və ABŞ-ı Rusiyanı "xortdana döndərməkdə" ittiham edib.

ABŞ prokurorları bildirirlər ki, Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyi Priqojin tərəfindən maliyyələşdirilir. “Troll fabriki” kimi ad çıxarmış bu quruma və Priqojinin başqa bizneslərinə qarşı sanksiyalar elan edilib. 

FTB habelə başqa bir rusiyalının – Konstantin Kilimnikin həbsinə kömək edəcək informasiya üçün də 250 min dollar mükafat müəyyən edib.

Kilimik əslən ukraynalıdır. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manafortun köməkçisi vəzifəsində çalışıb. Birləşmiş Ştatlar 2018-ci ildə Kilimnikə cinayət işi açıb. O, ədalətə mane olmaqda ittiham olunur və həbsi üçün federal order verilib. FTB-nin məlumatına görə, Kilimnik Rusiya və Ukrayna biznesmenləri və siyasətçiləri arasında vasitəçi olub. ABŞ müstəntiqləri onun Rusiya kəşfiyyatı ilə bağlı olduğunu ehtimal edirlər. Kilimnik habelə Ukrayna hökumətinin tapşırığı ilə ABŞ-da xarici dövlətin maraqları üçün lobbiçilik etməkdə şübhəli bilinir.

Pol Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə iddia edilən müdaxiləsinə dair xüsusi prokuror Robert Müllerin təhqiqatında mərkəzi fiqurlardan biri sayılırdı. Siyasi texnoloq və lobbiçi olan Pol Manafort 2016-cı ildə bir neçə ay müddətində Trampın seçki kampaniyasına rəhbərlik edib. O, bundan əvvəl Ukraynada ovaxtkı rusiyayönlü prezident Viktor Yanukoviçin məsləhətçisi kimi çalışıb.

Müllerin təhqiqatı nəticəsində Manafort birbaşa Rusiya müdaxiləsi ilə bağlı olmayan müxtəlif maliyyə cinayətlərində ittiham olunub. Ona 7 il yarım iş kəsilib, lakin Manafort ötən dekabrda Tramp tərəfindən əfv olunduqdan sonra həbsxanadan azad edilib.

Azadliq.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR