"Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər" - Savaş Eğilmez XƏBƏRDARLIQ ETDİ

01 mart, 2021 16:45

Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi)  adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib.

“Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib”,-o əlavə edib.

S.Eğilmez bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür. “Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”,-o qeyd edib.

Eğilmez bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”,-Eğilmez deyib.

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindəmn irəli gəldiyini deyir. Bildirir ki, gələcəkdə bu təşkilatın böyüyüb Türkiyəyə, Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır.

“Ermənilərə bunu deyirik: artıq özünüzü oyuncaq durumundan qurtarın. 100 ildir insanlar sizi istifadə edir. Türkiyə şərtləri içərisində, Türkiyənin müəyyən etdiyi şərtlər daxilində bizimlə dostluq olmasa da ittifaq qurmağın yollarını axtarın. Azərbaycanla ittifaq qurmağın yollarını axtarın. Əgər bunu etməsəniz sizi daha bir əsr istifadə edəcəklər və bu işdən tarixdə olduğu kimi, yenə ermənilər ziyanla çıxacaq”,-o bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR