""Arsax" sözü və ya ifadəsi tamamilə qadağan edilməlidir!" - Rusiyalı ekspertlə MÜSAHİBƏ

03 mart, 2021 01:20

Ermənistanda hələ də inanırlar ki, ATƏT-in Minsk Qrupun Dağlıq Qarabağ münaqişəsinin son siyasi həll yolunu tapacaq beynəlxalq mandata malik yeganə formatdır. Bu açıqlama ilə Ermənistan Xarici İşlər (XİN) naziri Ara Ayvazyan çıxış edib. O ümid edir ki, həmsədrlər səlahiyyətlərini təsdiqləyəcək və sülh prosesinə təsirli şəkildə rəhbərlik edəcəklər.

Qarabağla bağlı imzalanan və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin qeydə alındığı üçtərəfli Bəyanatın (Rusiya, Azərbaycan və Ermənistan) İrəvanı məmnun etmədiyi açıqdır.

Bundan əlavə, Ayvazyan yenidən “Arsax”ın tanınmasına dair köhnə valı yenidən işə salıb. Yəqin ki, Ermənistan xarici işlər nazirliyinin rəhbəri müharibənin nəticələrini unudub, bu müddət ərzində Azərbaycan artıq öz ərazilərini azad edib.

Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perendjiev media.Az-a Ermənistan XİN rəhbərinin açıqlamaları şərh edib.

- Ara Ayvazyan “Qarabağ münaqişəsinin son siyasi həllinə” nail olmaqla bağlı ATƏT-in Minsk Qrupuna müraciət edir. Sizcə İrəvan niyə keçmişə qayıtmağa çalışır?

- Bu açıqlama Ermənistanda həqiqətən də revanşizm fikirlərinin olduğunu göstərir. Bu, Azərbaycanın qərb bölgələrindəki münaqişənin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli Bəyatantı legitimliyini pozmaq cəhdidir (qəsdən yalnız Qarabağdan danışmıram, çünki bəzi oxucularda məhdud bir ərazi hissi var, mən bu barədə keçən ilki reportajımda sizə demişəm).

Açığı, heç bir nəticə əldə etməyən ATƏT-in Minsk qrupu Ermənistan üçün daha faydalıdır. Danışıqlar prosesinin təqlidi İrəvanın xeyirinə, lakin Bakının maraqlarına zidd oldu. Ancaq üçtərəfli format Azərbaycanın bütövlüyünün bərpasına kömək etdi. Bəli, Rusiya sülhməramlılarının məsuliyyət zonasında kiçik bir ərazi qalıb. Və onlar artıq qaydalara riayət edirlər, Bakının razılığı olmadan xaricilər də daxil olmaqla “qonaqlara” icazə vermirlər.

Bütün bunlar İrəvanın heç də xoşuna gəlmir və Ermənistan ATƏT-in Minsk Qrupunun heç bir şey etmədiyi vaxtlar üçün darıxır.

- Ancaq İrəvanda “Arsax”ın tanınması barədə danışmağa davam edirlər...

-… “Arsax” sözü və ya ifadəsi tamamilə qadağan edilməlidir! Heç bir sənəddə belə bir anlayış yoxdur. Bu saxtakarlıqdır, erməni icmasının uydurması və Azərbaycan Respublikasının qərb ərazilərinin bir hissəsini özündə saxlamaq cəhdidir. İşğalçılar sonradan ələ keçirilməsinə haqq qazandırmaq üçün həmişə bir növ saxta ərazi birləşmələri ilə çıxış edirlər. Bu terminin hər hansı bir məmur tərəfindən istifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünə təcavüz, yəni cinayət hesab edilməlidir.

- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ehtimalı barədə nə düşünürsünüz? Ermənistanda buna hazır olmadıqları aydındır.

- Keçmişdə müsahibələrimdə bir neçə dəfə demişəm ki, iki müqavilə imzalamaq lazımdır: sülh və sərhədlər haqqında. Nəticədə belə də olacaq, bu, Azərbaycanın qərb bölgələrindəki münaqişənin sona çatması məntiqindən irəli gəlir.

Bəli, Ermənistanda buna hələ cəhd eləmirlər. Ancaq onlar yeddi rayonu belə geri qaytarmaq istəmirdilər. Amma indi proses gedir. Ermənistanın öz ərazisi qalır, onu heç bir təhlükə gözləmir. Yəni, onlar istəsələr də, istəməsələr də müqavilələrin imzalanmağına doğru irəliləyirlər. Rusiyadan səliqəli “diplomatik sillələrə” ehtiyac ola bilər. Ermənistana başqasının deyil, özününkünü istifadə etməsi öyrədilməlidir. Bəli, bu İrəvan üçün çətin və xoşagəlməz bir şeydir. Ancaq buna baxmayaraq, Ermənistanın başqa bir çıxış yolu yoxdur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR