Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki... - REAL funksioneri

03 mart, 2021 15:54

“Dünən Türkiyə Cümhuriyyətində iki önəmli hadisə baş verdi: 1. Türkiyə İnsan Haqları ilə bağlı yeni yol xəritəsini açıqladı, 2. Prezident Ərdoğan ilə Fransa prezidenti Makron arasında görüş və müzakirələr keçirildi. Yaxın günlərdə isə iqtisadiyyatda yeni yol xəritəsi elan olunacaq, çox güman, bununla da iş bitməyəcək. Yeni Konstitusiya və yeni qanunlar da qapıdadır”.

Azsiyasət.com xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O bildirib ki, qardaş ölkədə baş verənlər istər-istəməz Azərbaycana təsir edib, son zamanlar baş verən ciddi strateji yaxınlaşmadan sonra isə təsir daha da artacaq:

“Bəzi təkliflər mütərəqqi görünür, amma bəzi məsələlərdə də Türkiyənin sistem problemlərini kosmetik dəyişikliklərlə aşmağa çalışdığı hiss olunur. Ümumiyyətlə, tarixə baxdıqda Cümhuriyyət ideyaları, mütərəqqi düşüncələr və diskurs həmişə bizdən – Azərbaycandan Anadolu torpaqlarına yayılıb. Tarixçi olmadığıma görə bu məsələlənin dərininə getmək istəmirəm, amma geniş anlamda cümhuriyyətçilik anlayışı, ideyası məhz Azərbaycandan türk-müsəlman dünyasına yayılmağa başlayıb. Bunu nəzərə alaraq biz indi də rol-model ölkə olmağa ən uyğun məkanıq, buna görə öncə bizdə model, sistem dəyişikliyi olmalıdır ki, örnək və əmsal yarada bilək”.

Siyasətçi qeyd edib ki, bizim sistem tam çürüyüb, yararsızdır. Siyasi, idarəetmə dəyişikliyi olmasa, iqtisadi-sosial problemləri həll etmək, xarici siyasətdə yeni çağırışlara cavab vermək mümkün olmayacaq:

“Çünki bizdə institutlaşma hələ baş verməyib, hakimiyyət şəxsləşib, amma institutlaşmayıb. Gələcəkdə artacaq təzyiqlərə davam gətirmək, iqtisadi və sosial çağırışlara cavab vermək üçün bizdə mütləq yeni Konstitusiya olmazsa-olmazdır. Yeni Ana Yasamız bir neçə açıq suala aydınlıq gətirməlidir: 1. Prezidentin və Nazirlər Kabinetinin səlahiyyətlərinin çərçivəsi müəyyənləşməlidir, 2. Hökumət Parlamentdən çıxmalı, hesabatlı olmalıdır. Hökumət iqtisadi-sosial məsələləri Prezident isə təhlükəsizlik, ordu, xarici siyasət, regional idarəetmə və nəzarət funksiyaları daşımalıdır, 3. Yerli özünüidarəetmə gücləndirilməli, seçkili Mer institutu formalaşmalıdır. Paralel olaraq da rayon icra hakimiyyəti qurumları ləğv edilməlidir, 4. Ölkə 15 (18 də ola bilər, ADR xəritəsi örnək alınaraq müzakirə edilməlidir) iqtisadi regiona bölünməli, Prezident hər bir region üzrə öz səlahiyyətli nümayəndəsini təyin edərək yerlərdə qanunlara və Konstitusiyaya əməl edilməsi mexanizmi yaratmalıdır, 5. Parlament seçkiləri proporsional əsaslarla keçirilməli, siyasi partiyalar institutlaşmalı, şəxslərə bağlı qurumlar olmaqdan çıxaraq ideoloji dəyərlər daşıyıcısına çevrilməlidir, 6. Məhkəmə hakimiyyəti müstəqilləşməli, hakimiyyətin icra qolundan asılılığı azalmalıdır, 7. Dövlət əmlakının özəlləşməsi üçün şəffaf və ardıcıl iş aparılmalı, büdcənin yükü azaldılmalıdır. Paralel olaraq ölkədə normal səhm bazarı yaradılmalı, qiymətli kağızlar bazarı işlək vəziyyətə gətirilməlidir, 8. Ölkənin strateji hədəfləri daha aydın və ağlabatan qaydada açıqlanmalı, bütün fəaliyyət bu hədəflərə köklənməlidir, 9. İnsan haqları və azadlıqları yeni Konstitusiyada aydın və daha geniş yer almalıdır, 10. Birinci vitse-prezidentlik institutu qalacaqsa, o da seçkili olmalı, indiki Ana Yasada olan müxtəlif və çox sayda digər vitse-prezidentlik yaradılması qaydası tamamən ləğv edilməlidir. O ki qaldı Makronla görüşə, bir daha sübut olundu ki, siyasətdə daimi müttəfiqlər yoxdur, daimi maraqlar var. Ona görə də, siyasətdə çılğın bəyanatlardansa, ağıllı analizə ehtiyac həmişə daha öndə olmalıdır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR