Fransa-"Hizbullah" ittifaqı? - "Livanın bu gün yaşadığı müsibətlərin əsas səbəbi həmin təşkilatdır"

11 avqust, 2020 09:42

Mişari Zeydi, Səudiyyə Ərəbistanı yazarı

“Şərqül-Əvsat”

Dəhşətli partlayışdan dərhal sonra Fransa Prezidenti Emmanuel Makronun Livana rəsmi səfəri Parisin «Hizbullah»a qarşı “xüsusi” münasibətini xatırladır. Hansı ki, Livanın bu gün yaşadığı müsibətlərin əsas səbəbi həmin təşkilatdır.

Fransa ilə Livan arasındakı münasibətlər müstəmləkə günlərindən “Respublika” günlərinə, sonra isə “Böyük Livan” dövrünə qədər üzvi və xüsusi emosional siyasətə əsaslanır. Bu əlaqələr Fransa kralı IX Saint Louisun 1250-ci ildə Livanda Maronitlərin Mühafizəsi Konvensiyasını təqdim edəndə başladı.

Keçmişi keçmişdə qoyub bu günə qayıtsaq, görərik ki, Fransa Livan «Hizbullah»ına digər Avropa ölkələrindən fərqli  münasibət bəsləyir. Avropa ölkələri “«Hizbullah»”ın təkcə hərbi qanadını deyil, hərtərəfli bir terror təşkilatı kimi tanısalar da, Fransa Almaniyanın xilafına onu bu təsnifata daxil etmədi.

Prezident Emmanuel Makron fevralın 25-də İraq prezidenti Bəhram Saleh ilə keçirdiyi mətbuat konfransında dedi: “Fransa hökumətdə təmsil olunan heç bir Livan partiyasını terror siyahısına salmayacaq.” Bundan əlavə, Elise sarayının bir başqa rəsmisi, Prezident Makronun həmkarı Donald Trampa ABŞ-ın repressiya siyasətinin «Hizbullah» tərəfindən istismar edilə biləcəyini bildirdiyini və Vaşinqtonu yenidən Livana sərmayə qoymağa çağırdığını söylədi.

Liman fəlakətindən sonra Həsən Nəsrullah da çıxışında Makronun səfərini müsbət qiymətləndirdi. “«Hizbullah»” a yaxınlığı ilə tanınan “Əl Əhbar” qəzeti Makronun Əl-Sənavber Sarayında parlamentdəki «Hizbullah» blokunun rəhbəri Məhəmməd Rəad ilə təkbətək görüş keçirdiyini yazdı. Livanın “Cümhuriyyət” qəzeti də «Hizbullah»a yaxın mənbələrə əsaslanaraq verdiyi məlumatda təşkilatın Makronun təkliflərini “real təklif” olaraq qiymətləndirdiyini bildirdi.

Bundan əlavə, “Əl-Əxbar” qəzetinin məlumatına görə, Həcc Məhəmməd Rəad Macrona “Fransız vətəndaşlarının faşist işğalı əsnasında etdikləri kimi, döv lətin zəifləməsinə və azadlığının itirilməsinə mane olan “Müqavimət qüvvəsi”nin qorunması lazım olduğunu” deyib.

Eyni şəkildə Livanın “Nida əl-Vətən” qəzetində Makronun ABŞ-ın «Hizbullah» tərəfdarı mövqeyindən uzaqlaşmasına görə tərifləndiyini müşahidə edirik.

Sözümüzün canı budur ki, Livandakı İran qruplaşmasının və onunla ittifaqda olan xristian, sünni və dürzülərin başında çatlamış bu fəlakətdən sonra Fransa prezidentinin bu səfəri heç bir ciddi faydası olmayan bir təşəbbüsdür. Çünki ABŞ-ın maksimum təzyiq siyasəti İran və onun Livan «Hizbullah»ı kimi bütün qrupları əhatə edir və Tramp yenidən seçilsə, hətta əksinə, Obama tərəfdarı Bayden qalib gəlsə belə, İranla keçmişdəki kimi bal ayına qayıtmaq mümkün deyil.

Makronun səfəri bəzi simvolik, mənəvi və media baxımından dəyərli ola və bəlkə də Livan hakimiyyəti üçün bəzi maliyyə imkanları yarada bilər. Ancaq Livanın qəlbindəki İran tərəfdarı «Hizbullah» və müttəfiqi Avna qarşı qəzəbi yox etməyəcək.

Tərcümə Strateq.az-ındır

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR