5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı olan telekanallar bağlandı

08 mart, 2021 11:21

“Ukraynanda müxalifət telekanallarının bağlanması Rusiya üçün çox güclü şok effekti yaradıb”.
 
Azsiyasət.com ovqat.com-a istinadən xəbər verir ki, Ukraynanın Daxili İşlər nazirinin müavini Valeriy Potseluyko mətbuata açıqlamasında belə deyib.
 
Onun fikrincə, Prezidentin təqdimatı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) atdığı bu addımlar çox güclü effekt verib: “Medvedçuk və Kozak kanallarının bağlanması Rusiyanın Ukraynadakı təsir alətinə bir zərbədir. Mən əminəm ki, bu, Rusiya üçün çox güclü zərbədir", — deyə o, "Observer" telekanalına açıqlamasında belə deyib.
 
Potseluyko Moskvanın bu addıma cavab verəcəyini də istisna etməyib və Kiyevin istənilən reaksiyaya hazır olduğunu vurğulayıb. “Bu mütləq baş verəcək. Məsələ yalnız ondadır ki, nə vaxt və hansı dərəcədə yaşanacaq”.
 
Qeyd edək ki, fevral ayında Ukrayna lideri Vladimir Zelenskinin fərmanı ilə ölkənin "112 Ukrayna" teleradio şirkətinə, onun regional şöbələrinə, "Ariadna TV", "Novıy format", «ТV Vıbor», «Partnyor ТV», «Lider ТВ», və həmçinin «Novovsti 24 çasa» (NewsOne) kimi televiziya kanallarına qarşı restriksiya tədbirlər görülmüş və onlar bağlanmışdı.
 
Zelenski bu qərarını "Rusiyanın təbliğat maşını" ilə mübarizə olaraq səciyyələndirmişdi.
 
Zelenskinin fərmanı fevralın 3 - dən etibarən həyata keçirilməyə başlanmış, elə həmin gün Ukrayna Mədəniyyət Nazirliyi MTŞ-nin qərarına uyğun olaraq telekanallarının bloklanması barədə YouTube administrasiyasına sorğu göndərilmişdi.
 
Fevralın 26-da bağlanan teleşirkətlərin işçiləri Zelenskinin fərmanına müqavimət göstərmək məqsədilə “Pervıy nezavisimıy kanal” adlı yeni tele-kanal işə salmışdılar. Amma tele-kanal cəmi 1 saat ərzində efirdə olmuş, bundan sonra yayımı kəsilmişdi.
 
Martın 5-də isə Ukrayna hökumətinin təzyiqi ilə YouTube videohostinqi "112 Ukrayna"telekanalının onlayn yayımını da bloklamışdır.
 
Məlumata görə, Azərbaycanda da Ukraynanın bu təcrübəsi öyrənilir və bənzər addımların atılması gözlənilir. Bizdə də Rusiyanın milli maraqlarını öz ölkəmizin mənafeyindən daha üstün tutan tele-kanallar fəaliyyət göstərir. Bəzi xaricdəki söyüş müxalifətinə bağlı internet TV-lərin də Kremlin sifarişini yerinə yetirdiklərinə dair şübhələr var. Bir çox saytlar da həmçinin.

İndiyədək bəzi telekanalların məhz bu üzdən bağlandığı, bəzilərinin isə kollektivinin dəyişdirildiyi bildirilir. Azərbaycan ictimai rəyini yad təsirlərdən qorumaq üçün bu bloklama siyasətinin yaxın zamanlarda daha geniş vüsət alacağı da istisna edilmir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR