Kreml Ermənistanda qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcək - ŞƏRH

08 mart, 2021 17:26

"İndi Ermənistanda çox ağır siyasi -ictimai prosesler cərəyan edir. Bunun konkret səbəbləri mövcuddur. Birinci səbəb onunla bağlıdır ki, Ermənistan 44 günlük savaşda gözləmədiyi böyük məğlubiyyətə uğradı. İkinci səbəb odur ki, sosial-iqtisadi problemlər içində olan Ermənistanda, muharibədən sonra həm siyasi həm də iqtisadi defolt dərinləşdi. Üçüncü səbəb məğlubiyyətin Ermənistan dövlətini və cəmiyyətini böyük ruh düşkünlüyünə və demoralizasiya vəziyyətinə salması ilə bağlıdır".

Azsiyasət.com xəbər verir ki, bu barədə Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.

O qeyd edib ki, bütün bunlar, o cümlədən Ermənistanda siyasi və qısa müddətdə formalaşmış hərbi müxalifət Paşinyanı hakimiyyətdən devirmək üçün yetməyib:

"Ekspertlər üçün də maraqlı o oldu ki, əhalinin daha çox hissəsi küçələrə çıxıb Paşinyanı dəstəklədi. Belə bir fikir var ki, bu gediş ermənilərin başlarına gələnlərdə onları müdafiə edən, dəstəkləyənlərin günahlandırılması ilə bağlıdır. Ermənilərdə belə bir təəssürat var ki, onlardan Cənubi Qafqazda kimlərsə geosiyasi maraqları üçün oyuncaq kimi istifadə edirlər. Elədir, ya deyil, bunu ermənilər özləri bilərlər. Ancaq hazırda Ermənistanın dəyişməyə çalışdığı və yeni Qərbyönlü siyasi platformanın mövqeyini möhkəmlətməyə cəhd etdiyi müşahidə edilir. Bunun Rusiyanın maraqlarına uyğun olduğunu düşünmürük. Moskvanın Qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcəyini proqnozlaşdırmaq olar. Hesab edirəm ki, hazırkı dönəmdə bütövlükdə erməni dövlətçiliyi üçün ciddi təhlükələr və risklər meydana çıxıb və bunun da başlıca günahkarı erməni siyasətçiləri və ideoloqlarıdır. Onlar əsrlərdir anti-humanist, anti-demokratik və əməkdaşlığa uyğun olmayan mövqe tuturlar. İndi acı bəhrəsini görürlər".

Analiyik hesab edir ki, Nikol Paşinyan dirəniş göstərib uduzmasa, o zaman Ermənistanda yaxın zamanlarda Qərbyönümlü siyasi proseslerin şahidi ola bilərik:

"Bunun region üçün hansı nəticələri verə biləcəyini demək asan deyil. Çünki bizim regiona yaxın bölgələrdə Qərbyönümlü ölkələr az deyil. Onlardan hansıları, məsələn, Azərbaycanı Vətən savaşında dəstəklədi? Və ya anti-Azərbaycan mövqeyində fəallığı ilə seçilən Fransadan Ermənistan hansı müsbət “Qərbyönümlülüyü” ilə fərqlənəcək? Hesab etmirəm ki, bu suallara cavablar aydın və birmənalıdır".

A.Xudiyev deyib ki, Rusiya kimi böyük dövlətin Ermənistanda maraqları əsrlərdir var:

"Həm də bu marağı təmin etmək üçün Moskva Ermənistanda lazımi təsir vasitələrinə malikdir. Bizim üçün əsas olanı odur ki, Ermənistan geosiyasi aspektdə region üçün təhlükə mənbəyi olmasın. Bu baxımdan Ermənistandakı “5-ci kalon” və ya “sorosun uşaqları” necə davranacaqlar, özləri bilərlər. Eyni zamanda deməliyəm ki, Rusiya hazırkı geosiyasi dönəmdə hətta Ermənistan kimi kiçik bir yerdə ciddi geosiyasi maraqlara malikdir. Konkret olaraq, Paşinyanla Kremlin əməkdaşlığı məsələsinə gəldikdə isə, bunun real olduğuna inanmaq çətindir".

Teleqraf.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR