Sarkisyanın Bakıya gəlməsi xəbəri kimin maraqlarına xidmət edir? - Oyun davam edir

09 mart, 2021 23:49

"Ermənistan prezidenti Armen Sərkisyanı dolaşdırmağa çalışıblar. Ermənistanın hansısa xəbər saytı yayıb ki, guya Armen Sərkisyan ötən ilin noyabrın 17-də Bakıda olub. Armen Sərkisyanın təlimatı ilə Prezident Aparatı dərhal açıqlama yayaraq xəbərin dezinformasiya olduğunu, dövlət başçısının noyabrın 17-də Bakıda olmadığını, ümumiyyətlə həyatı boyu heç zaman Azərbaycan paytaxtında olmadığını bəyan edib. Açıqlamada daha sonra bildirilir ki, Armen Sərkisyan ötən ilin noyabrın 17-də Kanadanın Ermənistana yeni təyin olunan səfiri ilə görüşüb".

Azsiyasət.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Ermənistan prezidentinə guya Bakıda olması xəbəri yaman pis təsir edib:

"Təkzib açıqlamasını dərhal yaymaqla göstərmək istəyir ki, o məğlub olduğu ölkənin ayaqlarına getməzdi. Əsas sual budur: Səskiryasının guya Bakıda olması xəbəri niyə yayılıb və bu kimin maraqlarına xidmət edir? Böyük ehtimalla prezidentin nüfuzuna zərər vurmaq üçün xəbəri müxalifət dairələri yayıblar. Müxalifətin son günlər Armen Sərkisyandan narazılığı artır. Müxalifət hesab edir ki, baş nazir Nikol Paşinyanla baş qərargah rəisi Onik Qasparyan arasındakı qarşıdurmada Sərkisyan daha qətiyyətli mövqe tutmalı idi. Armen Sərkisyan isə Paşinyanın Qasparyanı istefaya göndərməsi sənədinə imza atmasa da, davam edən gərginlikdə məsuliyyət Konstitusiya Məhkəməsinin boynuna atmağa çalışır".

"Müxalifət prezidentin Konstitusiyaya görə məhdud səlahiyyətlərini nəzərə almaq istəmir. Ona görə də müxalifət və onun nəzarətindəki saytlar Paşinyandan sonra Sərkisyanı da hədəf götürüblər. Baş naziri nüfuzdan salmaq üçün “Paşinyan türkdür” şüarlarını səsləndirirlər, Armen Sərkisyan haqqında isə “prezident Bakıda olub” dezinformasiyasını yayırlar. Oyun davam edir. Ermənistan daxilində informasiya (oxu: dezinformasiya) müharibəsinin hədəfləri və miqyası getdikcə böyüyür", - deyə E.Şahinoğlu xüsusi vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR