Sosial-siyasi "bomba"ya çevrilən Lənkəran və Taleh Qaraşovun 25 illik səltənəti!

10 mart, 2021 16:10

Silsilə məmur həbslərinin üstündən bir ildən artıq vaxt ötür. Vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda ittiham edilən icra başçılarının həbsi prosesi cəmiyyətə dopinq təsiri bağışlamışdı. Həbs dalğası XİN-in və digər dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin kabinetinə qədər daxil oldu. Bu proses təkcə hüquqi baxımdan deyil, həm də ictimai-siyasi münasibətlər sisteminin yenilənməsi prizmasından da vacib idi. Bu həbsləri hakimiyyət üçün “qüsl alma” prosesi də adlandırmaq olardı, təmizlənmə prosesinin miqyası daha da genişlənməli idi. Amma...

Biz, təkcə media nümayəndəsi kimi yox, həm də bir vətəndaş kimi əminik ki, Azərbaycanda rüşvətə, korrupsiyaya bulaşmayan icra başçısı yoxdur. Həqiqətənmi, ölkədə rüşvətxor, xalqı tapdalayan, dövləti talayan icra başçıları təkcə həbs edilən rayonların rəhbərləri idi? Əlbəttə ki, xeyr! Digər icra başçıları da rüşvətxor, korrupsioner deyilmi? Deməli, məsələ başqdır, məmur həbslərinin həm də ciddi siyasi səbəbləri var.

Məsələn, 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Taleh Qaraşovu hazırda həbsdə yatan icra başçılarından fərqləndirən hansı “keyfiyyətləri” var? 230 min nəfərdən çox əhalisi olan Lənkəran şəhəri Azərbaycanda bufer ərazilərdən hesab olunur. İstər siyasi, istərsə də iqtisadi baxımdan Lənkəran dövlət üçün ən həssas və vacib nöqtələrdən biridir.

T.Qaraşova və onun ailə üzvlərinə məxsus biznesin, böyük pul kütləsinin mövcudluğu haqqında dəfələrlə məlumatlar dərc olunub. Heç şübhəsiz, 9 ildir Lənkəranda 1045 manat (əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların icra başçılarının maaşı) maaş alan T.Qaraşovun oliqarxa çevrilməsi onun 1996-cı ildən başlayan icra başçısı karyerası ilə bağlıdır. O, icra başçısı olmasaydı, bəlkə də indi heç xırda sahibkar da deyildi. Amma məsələ bunda deyil, onun biznesini, pulunu araşdırmaq mənə maraqlı deyil, əsas məsələ T.Qaraşovun “icra mexanizmi” kimi dövlət-vətəndaş münasibətlərində oynadığı rolun mahiyyətinə işıq salmaqdır.

T.Qaraşov təkcə Lənkəranda deyil, bundan əvvəl Kürdəmir, Cəlilabad, Neftçala, Astara rayonlarda icra başçısı işləyərkən də xalq-dövlət münasibətlərinə balta çalıb. Təsadüf deyil ki, o, haqqında ən çox şikayət edilən icra başçılarından biridir.

T.Qaraşovun rəhbərliyi dönəmində Lənkəran şəhərində:

- Əhalinin dövlətə və iqtidara olan inamsızlığı sistemli şəkil aldı. Hazırda ölkəmizdə müxtəlif dağıdıcı və radikal qrupların tərkibində xeyli sayda Lənkəran sakini var və say artmaqda davam edir. Bu şəxslərin fəaliyyətlərini müşahidə etsək, onların daha çox rayon rəhbərliyinin “əməyi” sahəsində mövqe dəyişdirdiklərinin şahidi ola bilərik.

- Statistikaya müraciət etsək, görərik ki, ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən rayon rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Daha Lənkəranda Bakıya da olan ümidlər azalıb və közərir.

- Əhalinin radikal dini qruplara olan meylləri daha da artıb

- Lənkəranda narkomaniyanın səviyyəsi yüksələn xətt üzrə inkişaf edir

- Rayonda ideoloji boşluqların doldurulması üçün heç bir addım atılmayıb

- Qəbidədir ki, paytaxdan mərkəzləşdirilmiş şəkildə - ölkədə aparılan ümumi iqtisadi-sosial islahatların nəticəsi olaraq, Lənkəranda yeni iş yerləri açılsa da, orada işsizliyin sayı sürətlə artır

- İnsanların hələki fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənir

- Şəhid ailələrinin və qazilərin narazılıqları günbəgün artır

Əhalisinin zəhmətkeş olduğu, tarix boyu xalqımıza ziyalı, vətənpərvər, dövlətə sədaqətli insanlar bəxş edən Lənkəranda mövcud durum belədir. Çox təəssüf ki, T.Qaraşov bütün bu mənfi halların aradan qaldırılması üçün addımlar atmaq əvəzinə zaman-zaman digər ucuz yollara baş vurmalı olur. Məsələn, bir neçə “quldur sayt”la əməkdaşlıq edir, onlara aylıq cüzi vəsait verməklə Lənkərandakı acınacaqlı durumu ört-basdır etməyə çalışır. Mətbuat deyərkən onun ağlına həmin “quldur sayt”lar gəlir. Qaraşov bütün bu çirkli işlərini də məhz köməkçisi Elnur Hüseynov vasitəsilə həyata keçirir. Ən acınaqlısı budur ki, icra başçısı bu tip saytlar vasitəsilə ictimai rəydə özü haqda müsbət imic formalaşdırmağa çalışır.

Hesab edirəm ki, dövlət iki mühüm amili nəzərə almalıdır:

BİRİNCİSİ, T.Qaraşov son islahatlar kontekstində Prezident İlham Əliyevin xalqın mövqeyinə hesablanan çevik addımlarına uyğun şəkildə fəaliyyət göstərə bilmir.

İKİNCİSİ, Lənkəran “sosial bomba”ya çevrilib. Hər halda, tarixdən ciddi dərs almaq üçün yaxın keçmişdə baş verən xeyli sayda nümunələr (eləcə də, İsmayıllı, Quba hadisələri və s.) var.

Şübhəsiz ki, T.Qaraşovun bu günə qədər vəzifədə qalması üçün onu himayə edən “güclü əl” var. İcra başçısından ölkə rəhbərliyinə ünvanlanan şikayətlərin bir hissəsinin qarşısı da məhz bu “güclü əl” vasitəsilə alınır. Eyni zamanda, T.Qaraşovun ölkədə ciddi oliqarx-məmurların adamı kimi təqdim olunması situasiyanı xeyli dəyişdirir. İcra başçısının dəstəkçisi olan şəxslər isə dövlət maraqlarını şəxsi maraqlara qurban verməməlidir. Əks halda, gələcəkdə T.Qaraşov məsuliyyətə cəb edilsə, həmin şəxslər də məsuliyyətdən yayına bilməyəcəklər.

Samir FEYRUZOV, Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR