"Ola bilsin Kiyev Dağlıq Qarabağ ssenarisini təkrar etmək istəyir..." - Rəsmi Kremldə ciddi narahatlıq

12 mart, 2021 02:00

Ukrayna ordusunun Donbass separatçılarına hücuma hazırlaşdığı barədə xəbərlər səngimir. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna ordusunun təmas xəttinə çoxlu sayda hərbi qüvvə və texnika cəmləşdirdiyinə dair sosial şəbəkələrdə son günlər görüntülər yayılmaqdadır. Donetsk və Luqansk separatçıları Ukrayna ordusunun Azərbaycan ordusunun Qarabağda tətbiq etdiyi döyüş taktikasından istifadə edərək sürətli hücum əməliyyatlarına hazırlaşdığını deyirlər.

Rusiyada da bu xəbərlərdən narahatdırlar və Ukrayna ordusunun hücumunu gözləməkdədirlər. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, Moskva qabaqlayıcı addımlar atmalıdır.

“Ukrayna qoşunlarının Donbassa hücumu zamanı situasiya çox sürətlə inkişaf edə bilər. Ola bilsin Kiyev Dağlıq Qarabağ ssenarisini təkrar etmək istəyir. Əgər tammiqyaslı hərbi qarşıdurma başlasa döyüş əməliyyatlarını dayandırmaq çətin olacaq. Qoşunlar hər tərəfdən hücum edəcək. İş o yerə gəlib çata bilər ki, Rostov sərhədlərində Amerika hərbçiləri də peyda ola bilər”,-o deyib.

Dövlət Dumasının üzvü bildirib ki, belə vəziyyətdə Donetsk və Luqansk qabaqlayıcı addım ataraq hücuma keçməlidir. Rusiya isə bu “respublikaları” tanımalıdır. “Mənə aydın deyil ki, Rusiya nəyə görə bu respublikaları rəsmən tanımır. Bir çoxları deyir ki, bu halda Rusiyaya pis yanaşacaqlar. Onsuz da indi beynəlxalq arenada situasiya Rusiya üçün yaxşı deyil”,-A.Şerin bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR