Gömrük Komitəsi iş adamlarını belə soyur - Ekspert talan mexanizmini izah etdi

12 mart, 2021 13:53

Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarların narazılıqları artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.

Bəs Gömrük Komitəsi bu cür davranmasında məqsəd nədir? Qanunvericilik Komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı?

Azsiyasət.com xəbər verir ki, Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli sfera.az-a açıqlamasında qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermədiyini bildirib. 

"Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər. Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma Komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, Komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir”.

N.Cəfərli hesab edir ki, Gömrük Komitəsinin bu cür davranmasında bir neçə məqsədi ola bilər:

"Əsas məqsədlərdən biri büdcə gəlirlərində Komitənin yüksək xidmətinin olduğunu təbliğ etməkdir. Komitə rəhbərləri tez-tez fəxrlə bildirirlər ki, dövlət büdcəsinə nəzərdə  tutulandan daha çox vəsait köçürüblər. Sanki Komitə istehsal sahəsidir, biznes müəssisəsidir ki, çox pul qazanıb.

Burada siyasi məqsəd də var. Komitə çalışır ki, ayrıca bir qurum kimi qala bilsin. Subyektiv yanaşma daxildəki sövdələşməyə də yol açır. Gömrük Komitəsində idxalçıya deyirlər ki, invoysin keçərli deyil, malın dəyərini yüksək hesablayacaqlar. Bu halda sahibkarla dövlət qurumunun əməkdaşı arasında alver başlayır. Bunun nəticəsində də iş adamlarından əlavə pul alınır”.

Ekspert söylədi ki, gömrük dəyərinin subyektiv şəkildə müəyyənləşdirilməsi daxildə bahalaşmaya səbəb olur:

"Gömrüyə ödənilən istənilən vəsait sonda istehlakçının, alıcının cibindən çıxır. Heç bir iş adamı rüsum və vergini cibindən ödəmir. Bütün icbari xərclər malın qiymətinə əlavə edilir və həmin xərcləri son alıcı ödəyir. Bu vəziyyət daxili bazarda qiymət artımlarına səbəb olur”.

Qeyd edək ki, "Gömrük tarifi haqqında” Qanuna əsasən gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə müəyyən edilir. Məhz həmin dəyər əsasında gömrük rüsumu və vergi alınır.

Qanuna əsasən gömrük dəyəri 6 üsulla müəyyən edilir. Birinci üsul gətirilən malların dəyərinin sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsidir. Qanuna görə malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Yalnız bu üsuldan istifadə etmək mümkün olmadıqda, digər üsullardan istifadə edilə bilər. Digər üsullar isə eyni malların sövdələşmə qiyməti üsulu, eynicinsli malların sövdələşmə qiyməti üsulu, dəyərin toplanması üsulu, dəyərinin çıxılması üsulu və ehtiyat üsuludur. Hər bir üsuldan yalnız əvvəlki üsulla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə olunur.

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...