ATƏT sədrindən riyakar addım - Separatçıların qondarma "XİN başçısı" ilə görüşdü - ŞƏRH

17 mart, 2021 00:27

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla görüşüb. Azsiyasət.com report.az-a istinadən xəbər verir ki, Ermənistanın paytaxtı Yerevanda baş tutan bu görüş barədə “Sputnik Armeniya” məlumat yayıb. 

Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, həmçinin qondarma rejimin Ermənistandakı “daimi nümayəndəsi” Sergey Qazaryan da iştirak edib.

Bildirilib ki, görüş zamanı bölgədəki münaqişənin həllinə dair məsələlər müzakirə olunub. Qondarma rejimin nümayəndəsi Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin bərpa olunmasının vacibliyini vurğulayıb.

A.Lindenin bu addımı ATƏT sədri kimi səlahiyyət həddinin aşılması, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eyni zamanda münaqişənin yenidən alovlandırılmasına edilən cəhddir. O, bununla Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasına, azərbaycanlılarla ermənilər arasında barışığın əldə olunması prosesinə zərbə vurub.

Əvvəla, Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbə ilə Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin fəaliyyətinə son qoyub. Hazırda Qarabağda separatçıların kiçik bir tör-töküntüsü qalıb. Həmin bölgə Rusiya sülhməramlılarının nəzarəti altındadır.

İkincisi, "Dağlıq Qarabağ Respublikası" mövcud olduğu 30 il müddətində heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə ərazi bütövlüyünü təmin edib, "Artsax dövləti" cəhənnəmə göndərilib. Belə bir vəziyyətdə isə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri özünü xarici işlər naziri kimi təqdim edən David Babayanla görüşür. Amma o, unutmamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir və ora ilə bağlı istənilən məsələ Azərbaycan rəhbərliyi ilə müzakirə olunmalıdır, yaxud rəsmi Bakının razılığı alınmalıdır.

Üçüncü, münaqişə başa çatıb, hazırda postmüharibə dövrüdür və regionda əməkdaşlığın yaradılması üçün müzakirələr aparılır. Bütün bunlardan Ann Lindenin xəbəri var. O, Yerevandan əvvəl Bakıda səfərdə olub, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən deyib: "Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür"

Nəhayət, Azərbaycan dövləti və xalqının ATƏT-ə heç bir inam və etibarı yoxdur. Çünki bu təşkilatın Minsk qrupu 30 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün rəsmi Bakı ilə Yerevan arasında vasitəçilik edib, guya problemin həllinə çalışıb. Amma ABŞ, Rusiya və Fransadan ibarət üçlük heç vaxt səmərəli fəaliyyət göstərməyib, bir çox hallarda ədalətli mövqe tutmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb, işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistan heç bir təzyiq göstərməyib. Bütün bunlara görə Azərbaycan işğalçıları öz ərazilərindən qovmaq, onlara dərs vermək və beynəlxalq hüququ təmin etmək üçün müharibəyə başlamaq məcburiyyətində qalıb. Azərbaycan haqlı və qalib dövlətdir. Proseslərə nəzarət və lazım gələndə diqtə edir.

Belə bir vəziyyətdə bəzi qüvvələr Minsk qrupunu süni formada yenidən canlandırmaq, Azərbaycanı uzunmüddətli və lazımsız danışıqlara cəlb etmək, Qarabağa hansısa statusun verilməsinə nail olmaq istəyirlər. ATƏT sədrinin addımı da buna xidmət edir. Amma Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, heç bir status olmayacaq, Dağlıq Qarabağın statusu cəhənnəmə gedib.

Ola bilər ki, Ann Linden qondarma rejimin nümayəndəsi ilə görüşməklə ermənilərə ürək-dirək vermək, yaxud onları yenidən qızışdırmaq istəyir. Amma bu cəhdlər əbəsdir. Azərbaycan erməni işğalına son qoyub, ərazi bütüvlüyünü təmin edib, erməni faşizminə öldürücü zərbə vurub, dünyada və bölgədə yeni reallıqlar yaradıb. Ann Lindenlər bu reallığı dəyişmək iqtidarında deyillər. Babayanlar isə tarixin zibilliyindədir. ATƏT kimi təşkilatın sədri, İsveç kimi ölkənin xarici işlər naziri gərək tarixin zibilliyində eşələnməsin...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR