Rusiya qazı Ermənistana Azərbaycan üzərindən nəql edilməyə başlayıb - - Rəsmi Bakı buna niyə razılaşıb?

18 mart, 2021 11:26

Dünən Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən Ermənistana satılan Rusiya qazı təxminən üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək.

Şirkət bunu "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində “planlaşdırılmış profilaktik təmir işləri” ilə əlaqələndirib. Müqavilə ötən gün martın 16-da imzalanıb. Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.

Azsiyasət.com azpolitika.info-ya istinadən xəbər verir ki, SOCAR-ın şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov belə müqavilənin imzalandığını təsdiqləyib. Bildirib ki, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib.

“Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq",-İ.Əhmədov bildirib.

SOCAR rəsmisi bildirir ki, Rusiya qazı Gürcüstan sərhədinə mövcud ölkədaxili magistral qaz kəmərlərinin şəbəkəsi vasitəsilə nəql olunacaq. Daha dəqiqi, tranzit nəql Qazax-Saquramo ixrac xətti ilə reallaşdırılacaq. Bu proses Gəncə-Qazax bölgəsində yaşayan Azərbaycan əhalisinin qazla təchizatına hər hansı təsir etməyəcək, çünki bu ərazi təbii qazla ayrı bir xətlə təchiz olunur.

Qeyd edək ki, Hacıqabul-Qazax-Saquramo magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.

Rusiya qazı isə Azərbaycana Mozdok-Şirvanovka-Hacıqabul boru kəməri ilə nəql ediləcək. Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib.

2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib.

İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.

Erməni mənbələri xəbər verir ki, “Qazprom” şirkəti 2020-ci ildə Ermənistana 2 milyard 209 milyon kubmetr qaz nəql edib. Bu ilin yanvarında nəql həcmi artırılaraq 310 milyon kubmetrə çatdırılıb. Maraqlıdır ki, ötən ilin dekabrında “Qazprom Eksport” “Qazprom Ermənistan”la alqı-satqı müqaviləsini yalnız bu ilin birinci rübünə qədər uzadılmasını nəzərdə tutan saziş imzalayıb. Hələlik tərəflər arasında aprel ayından Rusiyadan Ermənistana qaz nəqlini tənzimləyəcək hüquqi sənəd imzalanmayıb.

Bu müqavilə müvəqqəti də olsa, tarixi hesab edilə bilər. Çünki cəmi bir neçə ay əvvələ qədər Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsi ağlasığmaz ideya hesab olunardı. İndi isə 10 noyabr üçtərəfli razılaşmasına əsasən tərəflər qarşılıqlı olaraq kommunikasiyaların açılmasını müzakirə edir, o cümlədən digər region ölkələri üçün də strateji əhəmiyyət daşıyan, “Zəngəzur dəhlizi” adlandırılan quru və dəmir yol kommunikasiyalarının açılmasına dair danışıqlar aparılır.

Belə vaxtda Azərbaycan tərəfi Rusiya qazının Ermənistana tranzitinə icazə verməklə regionda böyük sülhə doğru ilk addımı atmış olur. Bu addım Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair simvolik mesajdır. İndiki halda Rusiyadan Gürcüstana uzanan qaz kəmərinin təmirə dayanması həmin simvolik addım olmasa Ermənistanın qazsız qalması demək olardı. Çünki İrandan aldığı cüzi həcmdə qaz Ermənistanı üç həftə təmin edə bilməz.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elan Şahinoğlu hesab edir ki, SOCAR-la “Qazprom” arasında imzalanan müqavilə ölkə liderləri səviyyəsində əldə olunan razılaşmadır: “Ən çox səslənən sual budur: Azərbaycan Ermənistana qaz nəqlində iştirak etməlidirmi? Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib. Görünür, Bakı Moskvaya ”yox" cavabının mənfi nəticələrini hesabladığından Ermənistana müvəqqəti qaz nəql etməyə qərar verilib. 

Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki müharibədə qələbə çalan Azərbaycanın məğlub və “artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzində işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın bu jestinin ermənilərin düşüncəsini dəyişəcəyini söyləmək mümkün deyil. Ona qalsa, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında ermənilərin minnətdarlığını kimsə eşitdimi?"

Buna baxmayaraq, ekspertin fikrincə, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərinin az da olsa güclənməsinə xidmət edə bilər: “Misal üçün, Paşinyan öz xalqına izah edə bilər ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmadansa, bu iki qonşu dövlətlə əməkdaşlıq ermənilər üçün daha faydalıdır. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. ”Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın" - bu, Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən, Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik".

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Mozdok-Şirvanovka-Hacıqabul qaz kəməri ilə sovet dövründə də Gürcüstan və Ermənistana qaz ötürülüb: “Bu kəmərlə gedən qaz həm də Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikasına da ötürülürdü. Naxçıvana iki kəmərlə ötürülürdü, digəri Bərdə-Ağdam-Xankəndi-Gorus-Şahbuz kəməri idi. Azərbaycan Ermənistana qaz nəqli üçün tranzit haqqı alacaq, bu, birmənalıdır. Yəni bu tranzitdən iqtisadi fayda götürəcəyik. Amma əsas fayda siyasi baxımdan əldə olunacaq. Bu addım həm Rusiyanın, həm də beynəlxalq aləmin nəzərində Azərbaycanın xoş niyyətinin göstəricisi kimi qəbul ediləcək. Yəni Azərbaycan bununla bütün dünyaya mesaj verir ki, öz torpaqlarını azad etdikdən sonra Ermənistanla hər hansı problemi qalmayıb, regional əməkdaşlığa nəinki hazırdır, hətta bu istiqamətdə real addımlar atmaq iqtidarındadır və atır da”.

Maraqlıdır ki, Gürcüstan Qaz Nəqli Şirkəti (GGTC) Rusiya və Azərbaycan arasındakı razılaşmadan məlumatlı deyil. Bu barədə “Sputnik Ermənistan”a şirkətin mətbuat xidmətinin rəhbəri Levan Toroncadze məlumat verib: “Hələlik bizə bir məlumat daxil olmayıb. Biz tərəfdən nəqllə bağlı hər hansı dəyişiklik yoxdur. Hazırda bütün istiqamətlərdə, o cümlədən Ermənistana qaz nəqli əvvəlki kimi adi rejimdə davam etdirilir”.

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları