"France Press" agentliyi: "Qarabağ müharibəsi "Bayraktar"ların müştərisini artırdı..."

20 mart, 2021 18:51

Fransanın nüfuzlu “France Press” agentliyi Qarabağ, Suriya və Liviya müharibələrindən sonra Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş aparatlarının müştərilərinin sürətlə artdığını yazır. Agentlik qeyd edir ki, həmin pilotsuz döyüş aparatları Suriya, Liviya və Azərbaycanda son zamanlar önəmli hərbi nailiyyətlərə imza atıb. Və Türkiyənin istehsalı olan pilotsuz sistemlərə marağı artırıb.

Agentlik qeyd edir ki, pilotsuz döyüş təyyarələri Türkiyənin hərbi gücünə əlavə olaraq ölkənin xarici siyasət maraqlarının həyata keçirilməsi üçün effektiv təsir vasitəsinə çevrilib. “Bayraktar”ların son münaqişələrdə effektiv tətbiqindən sonra Türkiyə bu PUA-ları geniş miqyasda başqa ölkələrə ixrac etməyi planlaşdırır.

 Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmail Demir agentliyə verdiyi açıqlamada deyib: “Keyfiyyət-qiymət əlaqəsi baxımından biz bu sahədə dünyada liderik. Dünyada bir çox pilotsuz təyyarə istehsalçıları var, amma qiymətini və texniki göstəricilərini müqayisə edəndə ortada böyük fərqlər yaranır. Bizim PUA-ların özəlliklərinə sahib olan və digər ölkələrdə istehsal olunan PUA-ların qiyməti az qala iki dəfə bahadır”.

Agentlik qeyd edir ki, Türkiyə döyüş pilotsuz təyyarələrini 2016-cı ildən bəri PKK-ya qarşı mübarizədə tətbiq edir. “Bayraktar”lar isə indiyədək Qətər, Ukrayna və Azərbaycana satılıb.

İsmail Demir deyib ki, bir çox Yaxın Şərq, hətta Avropa ölkələri Türkiyənin pilotsuz təyyarələri ilə yaxından maraqlanır və öz nümayəndələrini danışıqlar aparmaq üçün göndərirlər.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR