Polşada Qarabağ münaqişəsinin həllinə mane olan əsas səbəbi tapdılar

13 avqust, 2020 12:38

Azərbaycanla Ermənistan arasında iyulda yenidən kəskinləşən münaqişə, Tovuz istiqamətində baş vermiş toqquşmalar xarici analitiklərin diqqətini növbəti dəfə Qarabağ münaqişəsinə cəlb edib.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, Polşa Radiosu Varşava İnstitutunun (Warsaw Institute) analitiki Qjeqoj Kuçinskinin dəyərləndirmələrini efirə verib.

Analitik münaqişənin tarixçəsini xatırladıb və deyib ki, atəşkəsin əldə edilməsindən sonra münaqişə gah kəskinləşib, gah səngiyib. 2016-cı ilin aprelində isə atəşkəs dövründə ən ciddi eskalasiya baş verib. Kuçinski 2020-ci ilin iyulunda münaqişənin yenidən alovlandığını, bu dəfə Ermənistan-Azərbaycan sərhədində toqquşmaların baş verdiyini xatırladıb.

Polşalı analitik münaqişə tərəflərinin qüvvələrini dəyərləndirərək deyib ki, son bir neçə ildə Azərbaycan neft-qaz gəlirləri sayəsind öz ordusunun modernizasiyasını və inkişafını maliyyələşdirə bilib. Nəticədə 90-cı illərin əvvəllərinə nisbətən bu münaqişədə qüvvələr balansı dəyişib. 10 milyonluq əhaliyə və 47 milyard dollarlıq ÜDM -ə malik olan Azərbaycan 3 milyon əhalisi və cəmi 10 milyard dollar ÜDM-i olan Ermənistanla müqayisədə daha böyük potensiala malikdir. Azərbaycanın müdafiə büdcəsi 2.3 milyard dollardır, Ermənistanda isə bu xərclər 600 milyon dollar təşkil edir. Bu da silahların alınması məsələsində aşkar disproporsiyaya gətirib çıxarır, üstəlik hər iki tərəf üçün əsas silah təchizatçısı Rusiyadır.

“Bu münaqişənin həllinə mane olan daha bir mühüm amil Rusiyanın mövqeyidir. Rusiya üçün indiki vəziyyət ən əlverişlidir, çünki daimi təhdidlər Yerevanı Moskva ilə bağlılığa məhkum edib. Məhz Ermənistandakı Rusiya hərbi bazası irimiqyaslı münaqişənin başlamamasının qarantıdır, eyni zamanda ola bilsin Türkiyənin bu münaqişəyə qarışmamasına qarantiya verir”,-polşalı analitik deyib.

Kuçinski qeyd edib ki, Qərb ölkələrinin bu məsələdə maraqları əsasən energetika ilə bağlıdır. Qərb üçün Xəzər regionundan neftin və qazın Avropaya nəqli çox vacidir.

Onun sözlərinə görə, bu münaqişədə Rusiyanın maraqları əhəmiyyətli rol oynayır. Ermənistanla hərbi ittifaqa baxmayaraq Rusiyanın Azərbaycanla münasibətləri də son illərdə xeyli yaxşılaşıb. Ona görə də Moskva eyni vaxtda iki cəbhəyə oynayır, hər iki tərəfi silahlandırır.

Kuçinski Türkiyənin rolu haqda danışarkən deyib ki, Ankara Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verir. “Amma mən düşünmürəm ki, Türkiyə bu münaqişəyə birbaşa qarışacaq, axı Azərbaycan onsuz da Ermənistan üzərində üstünlüyə malikdir. Ona görə də bu münaqişə irimiqyaslı müharibəyə çevrilsə kənardan ona heç kim birbaşa qarışmayacaq”,-analitik deyib.

Kuçinski iyulda baş vermiş toqquşmalarda bir neçə yeni xüsusatı qeyd edib Onun sözlərinə görə, birincisi budur ki, döyüşlər Qarabağdan aralıda baş verib. İkincisi, Rusiya bu hadisələrdə çox ehtiyatlı davranıb, ona görə də əgər Ermənistan Rusiyanın dəstəyinə arxalanırdısa, bu dəfə yanıldı...a

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR