"Səssiz" müharibə: onlarla tanker sıradan çıxarılıb... - İsrail sistemli şəkildə hücum edir

21 mart, 2021 11:41

İsrail artıq iki il yarımdır ki, İrana qarşı “səssiz” hərbi kampaniya aparır və bu kampaniya çərçivəsində İslam Respublikasının onlarla neft tankeri sıradan çıxarılıb, milyonlarla dollar ziyan vurulub.

Azsiyasət.com virtualaz.org-a istiadən xəbər verir ki, “The Wall Street Journal” qəzetinin bir neçə gün əvvəl dərc edilən araşdırmasında bu haqda danışılır. Qəzet yazır ki, İsrail sistemli şəkildə İrandan Suriyaya neft qaçaqmalçılığının qarşısını alıb, ən azı 12 gəmini zədələyib. ABŞ-dakı mənbələrin bildirdiyinə görə, bu əməliyyatlar İrana neft qaçaqmalçılığından əldə olunan gəlirləri “Hizbullah”a ötürməsinin qarşısını almağa yönəlib.

Qəzet Yaxın Şərqdəki kəşfiyyat mənbələrindən də bu əməliyyatlar barədə məlumatlar əldə edib.

İsrailin “Haaretz” qəzeti isə ABŞ nəşrinin bu araşdırmasının İran tankerlərinə qarşı həyata keçirilən əməliyyatların ancaq bir hissəsini əks etdirdiyini yazır. Bildirilir ki, əslində İsrail onlarla hücum həyata keçirib, bir çox gəmilərin hərəkətinin qarşısını alıb, İrana milyardlarla dollar zərər vurulub.

İran tankerləri hər reysdə ən azı 1 milyon barrel neft daşıyırdı və həmin neftin qiyməti bazar qiymətlərindən asılı olaraq 50 milyon dollardan çox olurdu. Marşrut İranın cənubundakı limanlardan başlayır, tankerlər Qırmızı dənizdən və Süveyş kanalından keçərək Aralıq dənizinə daxil olur. Elə hallar da olub ki, yük daha uzaq və dolayı yolla, Afrika qitəsinin ətrafına dolanmaqla, Hibraltar boğazından keçməklə daşınır, oradan Aralıq dənizinə keçir. Sanksiyalardan yayındırılan İran neftini daşıyan tankerlər Suriyanın şimalındakı Baniyas limanına yan alır. Bu liman Tartus və Latakiyə arasında yerləşir.

Marşrut Qərb kəşfiyyatı tərəfindən hələ 2018-ci ildə aşkarlanıb. İsrail kəşfiyyatı isə vəziyyəti təhlil edərək belə qənaətə gəliblər ki, iranlılar “Hizbullah”ın silahlanmasını maliyyələşdirməyin yolunu tapıblar. Pullar İran neftinin əvəzinə suriyalı biznesmenlər tərəfindən “Hizbullah”a ötürülüb.

İsrail kəşfiyyatının keçirdiyi əməliyyatlar nəticəsində İran gəmiləri Qırmızı dənizdən başlayaraq Suriya sahillərinə qədər keçdikləri marşrutların müxtəlif nöqtələrində zədələniblər. Belə əməliyyatlardan birində, 2019-cu ilin oktyabrında İran tankeri Qırmızı dənizdə, Yəmən sahillərində partlayıb.

Bir çox digər hallarda isə “nöqtəvi” diversiyalar həyata keçirilib, nəticədə İran tankerlərinin kritik əhəmiyyətli sistemləri sıradan çıxarılıb. Bu zaman hansısa güclü partlayıcı maddələr və ya raketlər istifadə olunmayıb.

Bəzi hallarda gəmilərin yolunu davam etdirməsi mümkün olmayıb və iranlılar onu yedəyə alaraq geri aparmalı olublar. Əməliyyatlar zamanı insanlara ziyan dəyməyib, ətraf mühit korlanmayıb və dənizə neft axmayıb.

Bu il fevralın sonlarında israilli biznesmenə aid olan yük gəmisi Oman körfəzində mina partlayışı nəticəsində zərər çəkib. Belə görünür ki, bu insident İranın hücumlara cavab verə biləcəyinə dair ilk siqnal idi.

Qəzet yazır ki, son iki ildə İsrail Hərbi Dəniz Qüvvələrinin çoxsaylı personalı mükafatlandırılıb və təltif olunub. Bu da İrana qarşı əməliyyatların miqyasından xəbər verə bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR