Atəşkəs pozulacaq, döyüşlər qızışacaq? - Rusiya Suriyadan sonra Liviyaya da qırıcılar göndərdi

25 mart, 2021 12:18

Rusiya Suriyanın ardınca Liviyaya da öz qırıcılarını göndərib. Bu da Suriyadan sonra Liviyada Türkiyə ilə Rusiyanın patronajlığı altında feldmarşal Haftarın ordusu ilə Liviya milli hökuməti arasında bağlanmış kövrək atəşkəsin tezliklə pozula biləcəyinə dair narahatlıqları artırıb.

Xatırladaq ki, Liviya münaqişəsində Rusiya qiyamçı feldmarşal Haftarın “Liviya Milli Ordusu”nu dəstəkləyir, Türkiyə isə BMT tərəfindən tanınan Liviya milli birlik hökumətinin tərəfindədir. Ötən ilin əvvəllərində Türkiyənin hərbi dəstəyi Haftarın  paytaxt Tripolini tutmaq planlarını pozub, feldmarşalın qüvvələri ağır itkilər verəndən sonra atəşkəsə razılaşıb. Bu, Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinin hərbi əməliyyatların gedişini dəyişdirməsindən sonra baş verib.

Rusiya mənbələri bildirir ki, Liviyaya, Haftarın ordusuna dəstək üçün azı 6 MiQ-29 qırıcısı göndərilib. Bu qırıcılardan azı 4-ü Həştərxandakı 116-cı aviabazanın silahlanmasına daxil olub. “Scramble” media-nəşri qalan iki qırıcının hansı hərbi hissəyə aid olduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Suriyaya özünün 4++ nəsil Su-34 qırıcı-bombardmançılarını (4 təyyarə) göndərmişdi. Təyyarələr daha sonra Suriyanın şimalında, Türkiyə ilə Rusiyanın razılaşdırdığı deeskalasiya zonasında Əsəd rejiminə müxalif qüvvələrin bazalarına dağıdıcı raket-bomba zərbələri endirmişdi. Bununla bağlı Türkiyə XİN Rusiyanın Ankaradakı səfirindən izahat tələb edib.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR