"Erməni qüvvələri əvvəlcə donub qaldılar, sonra tamamilə darmadağın edildilər..." - "FORBES" Azərbaycan haqda

26 mart, 2021 13:45

“Forbes” məcmuəsində müdafiə məsələlərindən yazan jurnalist Pol İddon qeyd edir ki, Qarabağ müharibəsində müasir və təkmil hərbi vasitələrdən istifadə Azərbaycana qətiyyətli və dağıdıcı qələbə qazandırıb. Və onu bahalı və uzun sürən münaqişədən xilas edib: “Bunu etməklə Bakı döyüş dronları kimi müasir hərbi texnologiyanın kiçik ordulara və ölkələrə döyüş meydanında öz çəkisindən ağır zərbə endirmək imkanı verdiyini nümayiş etdirib”.

Məqalədə deyilir ki, 2020-ci ilin əvvəllərində bir çox erməni əsgərlər 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdilər. Onlar Rusiya istehsalı olan T-72 tanklarının böyük cəbbəxanasının, havadan müdafiə üçün qüdrətli S-300 raketlərinin şəbəkəsi ilə üstün gələcəklərinə, ən azı cəbhə xəttini saxlaya biləcəklərinə inanırdılar.

Amma nəticədə Ermənistan ordusu Azərbaycan hərbiyyəsi tərəfindən yerlə yeksan edildi.

Hərbi ekspert Erik Çan “The Diplomat” nəşrində yazırdı ki, bu müharibədən əvvəl Azərbaycanın statik səngər müharibəsinə hazırlaşdığına dair təsəvvür yaranmışdı. Ekspertin fikrincə, Ermənistan ordusuna 1994-cü il müharibəsinin veteranları tərəfindən təlimləndirilmiş könüllülərin ilkin axını da bununla əlaqədar idi: “Buna görə də bu qüvvələr Ermənistana 1994-cü ildə qələbə vermiş sovet metodlu müharibəyə heç də bənzəməyən müharibə ilə üzləşəndə tamamilə demoralizə olundular. Erməni qüvvələri əvvəlcə donub qaldı, özlərini itirdi, sonra isə məhv edildi. Təkcə mövqe yox, həm də psixoloji baxımdan”.

Məqalədə deyilir ki, Azərbaycan buna ilk növbədə həm də çox dəqiq vuran İsrail istehsalı Harop “intihar” dronları və Türkiyə istehsalı Bayraktar TB2 PUA-ları ilə nail olmuşdu. Müəllif yazır ki, Azərbaycanın Harop dronlarından Erməni qüvvələrinin hava müdafiə sistemlərinə endirdiyi zərbələr “sadə olduğu qədər də dahiyanəydi”.

Bakı bu məqsədlə məsafədən idarə olunan ucuz Antonov-2 biplanlarını havaya buraxmış və bu aldadıcı manevrlə ermənilərin bahalı S-300 komplekslərinin radarlarını hərəkətə gətirmiş, aşkar etmiş və ardınca onlara Harop dronları ilə zərbə endirmişdi. İddon yazır ki, bu üsulla ən azı altı S-300 qurğusunun məhv edildiyi məlumdur.

Məqalədə qeyd olunduğuna görə, Ermənistan rəsmilərinin bu yaxınlarda açıqladığı videogörüntülər “Harop” zərbələrinin nə qədər dağıdıcı olduğunu nümayiş etdirib.

Müəllif yazır ki, S-300 müdafiə çətiri zəiflədikdən sonra Ermənistanın quru qüvvələri dron zərbələri qarşısında müdafiəsiz qalıb:“Müharibənin davam etdiyi günlərdə Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, onun ordusundakı TB2 dronları Ermənistanın 1 milyard dəyərində olan silahlarını məhv edib. Yəqin ki, bu şişirtmə deyil. Çünki Ermənistan təxminən 240 tank itirdiyi bir halda, Azərbaycan təxminən cəmi 36 tankını itirib”.

Məqalədə deyilir ki, Azərbaycan qüvvələri üstəlik Ermənistanın azı 39 tankını (əslində 70-ə yaxın,-red.) və 24 BMP-sini ələ keçirib.

İddon yazır ki, Bakı bu heyrətamiz uğuru bu yüksək texnologiyalı silahlara müəyyən zaman müddətində nisbətən az pul xərcləməklə nail olub. Azərbaycanın 2006 və 2019-cu illər arasında aldığı İsrail silahlarına təxminən 825 milyon dollar xərclənib.Stokholm Sülh Tədqiqatları İnstitutunun hesablamasına görə 2016-2020-ci illər arasında Azərbaycanın hərbi idxalının 69 faizini İsrail silahları təşkil edib. Müəllif yazır ki, 2020-ci ilin müharibəyəqədərki 9 ayı ərzində Türkiyə silahlarına 123 milyon dollar xərclənib.

Məqalədə deyilir ki, Azərbaycan Ermənistanın kəmiyyətcə çox texnikasına üstün gəlmək üçün təkmil texnologiyalı silahlardan 44 günlük müharibənin son gününədək istifadə edib.

İddon iddia edir ki, Azərbaycan qüvvələri Şuşanı tutduqdan sonra Yerevan belə görünür, Bakını atəşkəsə məcbur etmək üçün Rusiya istehsalı qısamənzilli ballistik “İsgəndər” raketi atıb. Onun sözlərinə görə, bu raketlərdən biri Bakıya atılıb, lakin hədəfə dəyməyib, çünki Azərbaycanın onun vurmaq üçün saxladığı daha bir yüksək texnologiyalı silahı vardı.

Məqalədə iddia olunur ki, söhbət İsrailin Aerospace Industries şirkəti ilə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının birgə istehsalı olan “Barak 8” havadan müdafiə raket sisteminin “İsgəndər”i  “havada vurmasından” gedir.

İddon yazır ki, Azərbaycanın belə bir müharibəni 21-ci əsrdə ilk dəfə olaraq aparmağa necə qabil olması qarşıdan gələn illərdə təhlil ediləcək. Müəllifin fikrincə bu, həm də onu göstərir ki, kiçik ölkələr özləri ölçüdə, hətta özlərindən də böyük ölkələrə müasir silah sistemləri ilə üstün gələ bilər. Jurnalist Set Frantzman bu yaxınlarda “The Jerusalem Post” qəzetində yazdığı məqalədə belə bir mülahizə irəli sürür ki, Azərbaycanın İsrail silahlarından istifadə etməsi müharibənin müddətini qısaltmaqla hər iki tərəfdən canlı itkilərin nisbətən az olmasına imkan verib.

O bildirir ki, sözü gedən silahların dəqiqliyi habelə mülki əhali arasında itkiləri minimuma endirib. İddon yazır ki, bununla belə, Frantzman haqlıdır: Human Rights Watch təşkilatının 1994-cü il üçün hesabatında Birinci Qarabağ Müharibəsində 25 min əsgər və mülkinin həlak olduğunu bildirilirdi.

Məqalədə deyilir ki, nə olursa olsun, ötən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələrin qüdrətinin nəzərə alınmalı olduğunu isbat edib.

virtualaz.org

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"