Türkiyə Minsk qrupunun həmsədri ola bilərmi?

14 avqust, 2020 12:01

“Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək və çoxsaylı birgə hərbi təlimlər vasitəsilə Cənubi Qaqfazda sürətlə möhkəmlənir. Bununla paralel olaraq Türkiyənin danışıqlar prosesində fəal iştirakı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması da müzakirə edilir”.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabındakə paylaşımında deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, Azərbaycan işğala dözüm nümayiş etdirən və Ermənistanın nazıyla oynayan ABŞ, Fransa və Rusiyanın əvəzinə həmsədrlikdə Türkiyəni görmək istəyir:

“Ancaq bunun praktik olaraq reallaşdırılması çətindir. Ermənistanla yanaşı adı çəkilən 3 həmsədrin heç biri Türkiyənin onlara qoşulmasını istəmir. Çünki, Vaşinqton, Paris və Moskva Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin əleyhinədirlər. Türkiyənin həmsədrlikdə təmsil olunması uğrunda mübarizə enerjinin boşa xərclənməsidir. Onsuz da Ermənistanın sərhəddə törətdiyi son təxribatlar fonunda həmsədlərin fəaliyyətinə ehiyac qalmayıb, növbəti danışıqlar prosesi işğalın uzanmasına xidmət edəcək. Rəsmi Bakının məzmunsuz danışıqlardan qeyri-rəsmi şəkildə imtinası torpaqları işğaldan azad etmək qətiyyətindən xəbər verir. Digər tərəfdən Azərbaycan və Türkiyə rəsmiləri, o cümlədən generalları günlərdir açıqlama verirlər ki, iki ölkə işğal altındakı torpaqları birgə azad etməyə hazırdılar. Bu dünyaya verilən ciddi mesajdır. Danışıqlardansa bu strategiyanın davam etdirilməsi zəruridir”.

Siyasi ekspert  İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığına da diqqət çəkib:

“Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi. İlham Əliyev telefon söhbətində hərbi texnika ilə dolu Rusiya hərbi təyyarələrinin Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşındığını söyləməklə iki vacib mesaj da vermiş oldu. Birinci mesajın mənası odur ki, Azərbaycana dost dövlətlər Bakıya kifayət qədər kəşfiyyat məlumatları veriblər ki, Rusiyanın hansı ölkələrin səması üzərindən Ermənistana hərbi texnikanın daşındığı üzə çıxsın. Bu yolla Rusiya prezidentinin diqqətinə çatdırıldı ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil.

İkinci mesaj isə dolayısıyla Qazaxıstana, Türkmənistana və İrana ünvanlandı. İşğalçı Ermənistana hərbi yüklərin Qazaxıstan səması üzərindən daşınması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işə yaramadığının göstəricisidir. Əslində bu şuranın nüvəsini elə Türkiyə-Azərbaycan ittifaqı formalaşdırır. Doğrudur, Qazaxıstan Rusiya və Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev şərt irəli sürərək, Dağlıq Qarabağ mallarının ortaq bazara çıxarılmasının əleyhinə olduğunu qətiyyyətlə söyləmişdisə, bu ölkənin hazırki prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin hava səmasından Ermənistana hərbi yüklərin daşınmasına “yox” deməliydi. Rusiyanın Astananın Ermənistana “yox” cavabına görə Qazaxıstana təzyiq edəcəyi az ehtimal olunur. Buna baxmayaraq, Astana Moskva-İrəvan ikilisində yer almağa qərar verdi. Aşqabad da neytral xarisi siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yükün daşınmasına razılıq verdi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan Tehran da bu “qrupda” yer aldı. Halbuki, Tehranın Moskvaya “yox” cavabı İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq Tehran fərqli yol seçdi və səması üzərindən işğalçı Ermənistanın silahlandırılmasına üstünlük verdi.

Rəsmi Bakının bu ölkələrə nota verməsi və ya diplomatik kanallarla məsələni aydınlaşdırması zəruridir. Məsələn rəsmi Bakı Ermənistana silah satdığına görə Serbiyaya etirazını bildirdi. Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün təcili Bakıya nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Eyni izahat işinin Qazaxıstan, Türkmənistan və İranla aparılmasına ehtiyac yaranıb”.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi