"Rusiya və ABŞ-dakı bəzi qüvvələr Azərbaycanla Ermənistanın barışmasını istəmirlər" - Fərid Şəfiyev

31 mart, 2021 15:05

"Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan rəhbərliyi bütün kəskin məsələlərin həlli ilə bağlı əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. Bununla yanaşı Prezidentin də qeyd etdiyi kimi 30 illik dağıdıcı işğaldan əziyyət çəkən ölkə olaraq biz bütün cəbhələrdə - beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatlarda, mediada və digər cəbhələrdə hücum diplomatiyasını davam etdirməliyik. Beynəlxalq mediada Azərbaycanın 10 noyabr bəyannaməsinin bəndlərini yerinə yetirməsi ilə bağlı səyləri, xüsusilə Kəlbəcərin boşaldılması üçün verilən vaxtın 10 gün müddətində uzadılması, Meğri-Qafan-Gorus yolunun Azərbaycan seqmentinin açılması, 1400-ə yaxın hərbçi meyitinin təhvil verilməsi və sair kimi xoşməramlı jestləri çox az işıqlandırılır. Onu da qeyd edim ki, adekvat addımları Ermənistan tərəfindən görmürük".

Azsiyasət.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev regionda müharibədən sonrakı vəziyyəti şərh edərkən deyib.

"Şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri mənə deyirlər ki, Azərbaycan qalıb tərəf kimi “səxavətli” olmalıdır. Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar. Öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var. Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır", - o vurğulayıb.

F.Şəfiyev xatırladıb ki, 1980-ci illərin sonlarında erməni milliyyətçiləri Ermənistanda azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçiriblər və bundan sonrakı fəaliyyətlərini Azərbaycan ərazisində icra etməyə başlayıblar: "Hərbi əməliyyatlardan sonrakı inkişaf və bərpa barədə danışarkən məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belə ki, Qarabağda erməni məsələsi, erməni irsi və sair ilə yanaşı analoji məsələlər Ermənistanda azərbaycanlılarla bağlı da mövcuddur.

Müharibədən sonrakı vəziyyətə dair gündəlikdə duran bir sıra məsələlər var və bunlarla bağlı Azərbaycana güclü təzyiq göstərilir. Bizim buna cavabımız konkret tələblər göstərilməklə adekvat olmalıdır”.

Hərbi cinayətlər məsələsinə gəldikdə mərkəz direktoru vurğulayıb ki, bir sıra beynəlxalq QHT İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar: “Onların içərisində obyektiv olanları qədər “Human Rights Watch”un bu yaxınlarda hazırladığı nəşri kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır”.

F.Şəfiyev həmçinin minalı ərazilər məsələsinə də toxunub:

“Bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapmasa da mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına mane törədir. Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.

Azərbaycanla Ermənistan arasında barışıq məsələsinə diqqət çəkən F.Şəfiyev bunun çox çətin və həssas məsələ olduğunu vurğulayıb:

“Tez-tez xaricdən olan həmkarlarım bu istiqamətdə mövcud perspektivlər barədə mənə suallarla müraciət edirlər.

Bir sıra qüvvələr bu barışıqda maraqlı deyillər və təəssüf ki, bunu istəməyənlər həm Qərbdə, həm də Rusiyada var. Çox vaxt amerikalı, avropalı və rusiyalı siyasətçilər sırf şəxsi maliyyə və seçki maraqları naminə nifrət təbliğatını aparmağa davam edirlər. Bu, problemin bir hissəsidir.

Problemin digər tərəfi ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti daxilində çoxsaylı emosional faktorlar mövcuddur. Hər iki cəmiyyətdə müəyyən aktorlar ortaya çıxmalıdır və bu işlər sinxron şəkildə həyata keçirilməlidir. Birtərəfli şəkildə barışıq istiqamətində edilən səylər işləməyəcək.

Lakin hansısa formada başlamaq lazımdır və xarici QHT, fondların və s. təcrübəsi bu baxımdan yararlı ol bilər. Bir şərtlə ki, onların işlərinin arxasında hansısa qapalı niyyətlər gizlənməsin. Buna misal olaraq, əvvəllər bəziləri Azərbaycanda ərazi itkisi, yanı faktiki olaraq işğalla barışmaq təbliğatını aparmağa cəhd edirdilər. Bu kimi niyyətlər işləmədi və heç zaman da işləməyəcək.

Əgər Azərbaycanda ermənilərin hüquqlarından danışılırsa, o zaman azərbaycanlıların Ermənistana qaytarılması və onların hüquqları məsələsi ortaya çıxır. Çoxmillətlilik demokratiyanın vacib göstəricilərindən biridir. Bu barədə Yerevanda özlərinə məxsus şəkildə danışmağı sevirlər və çox qəribədir ki, onların müxtəlif fondlardakı himayədarları bu vacib element barədə, daha dəqiq desək, erməni tarixində və müasir dövlətçiliyində bu amilin qeyd olunmamasını heç zaman gündəmə gətirmirlər.

Ən əsası Cənubi Qafqazın gələcəyinə baxış ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Mən bu barədə avropalı həmkarlarıma da deyirəm. Məhz bu təcrübədən Avropada müharibə sonrası bərpa prosesində istifadə olunub.

Bu gün, 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımının ildönümüdür. Barışığa dair qeyddən sonra bu barədə danışmaq yersiz görünə bilər. Lakin bir çox Qərb siyasətçiləri və ekspertləri 1915-ci il məsələsini qaldırırlarsa, tarixi yaddaş məsələsi birtərəfli olmamalıdır, yoxsa bu sahədə də erməni monopoliyası hökm sürür? Mən artıq Türkiyənin bu məsələ ilə əlaqədar tarixi komissiyanın yaradılması ilə bağlı çoxsaylı təşəbbüslərini bir kənara qoyuram. Faktiki olaraq Türkiyənin boynuna araşdırılmamış “araşdırma”nın nəticələrini qoymaq istəyirlər.

Davamlı sülh anti-müsəlman, antitürk və anti-Azərbaycan isteriyası olmadan mümkündür. Bununla yanaşı, Qərb mediasında anti-Azərbaycan kampaniyasına anti-Qərb kampaniyası ilə cavab verməməliyik. Hər şey kifayət qədər qəlizdir. Qərb ölkələri arasında bizim müstəqilliyimizin möhkəmlənməsini istəyən ölkələr hər zaman olub və indi də var. Lakin bizim zəifləməyimizi arzulayanlar da mövcuddur. Onlar Şərqdə də var.

Təcrübə göstərir ki, Ermənistanın güc tətbiq etməsinə və işğala Azərbaycanın diplomatik səyləri kifayət etmədi. Hər şeyi yenə güc yolu ilə həll olundu. Ona görə də xaricdən istənilən təzyiqə adekvat cavab verilməlidir. Hazırda siyasətimizdə məhz bu xətti müşahidə edirik.

Regionda sülh Cənubi Qafqazda bütün tərəflər gələcəyin əməkdaşlıqdan asılı olduğuna əmin olduqdan sonra bərpa olacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR