"İsgəndər"i Azərbaycana Rusiya atıb? "Ermənistan ordusunda “M” indeksli model yoxdur, deməli..."

02 aprel, 2021 12:02

Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir.

Üzərində seriya nömrələri yazılan raket hissələrinin fotoşəkilləri dərc də edilib. ANAMA-nın mətbuat xidməti isə “Turan”a faktı nə təsdiq, nə təkzib edib, əlavə şərh verməyib. Hərçənd Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir.

Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur. 

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da “Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib: “Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər" raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə..."

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb: “Müharibədən əvvəl ”İsgəndər-M" raketlərini ermənilər hərbi parada çıxarıb öyünəndə açıq surətdə deyilirdi ki, erməni silahlı qüvvələrinə aiddir və Rusiyadan verilib. 44 günlük müharibə qurtardıqdan sonra Paşinyanı ən çox ittiham edən Sərkisyan idi. Serj deyirdi ki, “İsgəndər”dən istifadə olunsaydı, belə rüsvayçı məğlubiyyət yaşanmazdı.

Paşinyan isə onun atmacasına cavabında bildirmişdi ki, “Bu necə raketlərdir?! Biz dərhal ondan istifadə etdik, əvvəlcə hədəfi dəqiq vurmadılar, (Şuşanı misal gətirir), sonra oradakı erməni qoşunlarına çıxmağı əmr etdik, həmin raketlər Şuşanın 40-45 kilometrliyinə düşdü və partlamadı”. Paşinyan onu da əlavə etmişdi k, ballistik raketlərdən cəmi 10 faizi partlayıb. Moskva bu açıqlamanı rus silahının gücünə kölgə salmaq kimi qiymətləndirdi və Paşinyanın naşı olduğunu iddia etdilər. Daha sonra ruslar bir az da irəli gedərək, ümumiyyətlə, müharibədə “İsgəndər”dən istifadə olunmadığını bəyan etdilər.

Halbuki Paşinyandan əvvəl, ilk dəfə indi həbsdə olan ermənilərin keçmiş baş qərargah rəisi də söyləmişdi ki, “İsgəndər”dən istifadə etdik, amma qarşı qoyulan məqsədlərə nail olmadıq. İndi isə “İsgəndər”dən istifadənin detalları üzə çıxır. Məlum olur ki, Şuşaya bu raketlərdən ən azı 10 dəfə atıblar. Bu raketlər düzgün hədəflənməyib, onlardan isə yalnız ikisinin hədəfdən xeyi uzaqda partladığı bəlli olub, onun qalıqlarını da ANAMA əməkdaşları tapıblar".

Q.Hüseynlinin fikrincə, bu raketləri bir kənaraq qoyaq, “Skad” tipli raketlərə kasset tipli bomba başlıqlarının qoyulması, onlardan iki dəfə Gəncəyə və iki dəfə də Bərdəyə atılmasına nə demək olar: “Axı kasset tipli bombalar beynəlxalq konvensiyalarla qadağan olunub. Özü də bu silahlardan müharibə zonasında deyil, mülki əhali yaşadığı bölgələrdə istifadə edilib. Üstəlik, insanlar gecə yatdığı yerdə istifadə edilib. Belə davranış insanlığa sığmır”.

Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış “İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir: “Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan ”İsgəndər"in Ermənistana satılmış versiyası E olub, M tipli “İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. 

Amma bunun ardınca Bakı üzərində vurulmuş “İsgəndər”in haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki “İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi".

Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə “İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur: “Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur...”

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib