Azərbaycana qarşı növbəti təxribat - fransız deputatların Qarabağdan ayağı kəsilmir

03 aprel, 2021 10:18

Siyasilər Bakı və Moskvaya çağırış etdilər: “Bu cür qanunsuz səfərlər...”

Fransanın ermənipərəst deputatları təzədən Qarabağa qanunsuz səfərə hazırlaşırlar. Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, rəsmi Bakının razılığı olmadan “artsax”sevər fransız deputatlar qanunu pozmağa can atırlar. Bu haqda qondarma “Fransa-artsax dostluq qrupu”nun fransalı sədri, deputat Qi Tessinin məktubunda deyilir. Artıq erməni mediası indidən bunu keçmiş separatçı rejimin təbliği üçün istifadə etməyə başlayıb.

Azərbaycan bu təxribatın qarşısını almaq üçün hansı tədbirləri görəcək? Ümumiyyətlə, ərazimizə Bakının icazəsi olmadan girişlər nə vaxt dayandırılacaq? Bəs Rusiya sülhməramlıları onları ərazimizə buraxacaqmı?

Bir müddət əvvəl fransız jurnalistlər geri qaytarılmışdı. Amma xarici ölkələrin rəsmilərinin Azərbaycanın ermənilər yaşayan ərazilərinə qanunsuz səfərləri səngimir, ayaqları kəsilmir. Onlar bununla ölkəmizin suverenliyinə hörmətsizlik nümayiş etdirirlər.

Eyni zamanda, sülhməramlı qüvvələrin borcudur ki, Laçın koridoruna nəzarəti gücləndirsinlər, üçtərəfli bəyanatın mahiyyətinə zidd addım atmasınlar. Bu səfərlər həm də onu diktə edir ki, Azərbaycan tərəfi Laçın dəhlizinə nəzarəti gücləndirsin və sürətləndirsin. Əks halda ermənipərəst rəsmilərin Xankəndinə gediş-gəlişi intensivləşəcək, getdikcə adiləşdiriləcək.

Hələlik Azərbaycan Xarici İşlər Nazirliyindən fransız deputatların səfər hazırlığına dair münasibət bildirilməyib. Analoji susqun reaksiya Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Xankəndi səfərində də sərgiləndi.

Yada salaq ki, bundan əvvəl də Avropa Parlamentinin, ayrı-ayrı dövlətlərin deputatlarının Qarabağa qanunsuz səfərləri olub və Azərbaycanın “qara siyahı”sına salınıblar. Lakin daha konkret addımların atılmasına zərurəti var.

Martın sonunda isə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Qarabağa gəlmiş, Xankəndidə terrorçu-separatçıların lideri Araik Arutyunyanla görüşmüşdü. Fransız, rus rəsmilərlə yanaşı həm də erməni rəsmilərin Qarabağa qanunsuz səfərləri nə zaman yekunlaşacaq və Azərbaycan bunun qarşısını almaq üçün hansı addımları atmalıdır? 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Rusiya sülhməramlılarına bu istiqamətdə növbəti dəfə etirazını bildirməlidir və onların Laçın dəhlizindən keçib ərazilərimizə qeyri-qanuni keçidinə mane olmalıdırlar.

Mollazadə hesab edir ki, fransız deputatlar Qarabağa Azərbaycanın rəsmi icazəsi olmadan gəlməklə normaları pozurlar və qeyri-qanuni addım atırlar: “Laçın dəhlizinə nəzarəti gücləndirməyə ehtiyac var. Eyni zamanda, silahlı adamların keçib Qarabağa gəlməsi hallarına yol verilir və nəzarət tam təmin olunmur. Ümidvaram ki, Ağdamda yaradılan Monitorinq Mərkəzi də bu yöndə ciddi işlər görməlidir. Xarici işlər nazirimiz ATƏT sədri ilə görüşdə də qeyd etmişdi ki, Ermənistandan ərazilərimizə yük maşınlarında gizli şəkildə hərbçilər daşınır. Özü də bu məlumatlar erməni mənbələrindən yayılır. Erməni valideynlər övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər. Ona görə də həm onların, həm rəsmi şəxslərin Qarabağa qanunsuz gəlişi sülhməramlılar tərəfindən dayandırılmalıdır”.

AMİP sədri Arzuxan Əlizadə isə musavat.com-a bildirdi ki, Qarabağa qanunsuz səfərlər Azərbaycan üçün artıq həll olunmalı problemdən biridir. Onun sözlərinə görə, bizim ərazilərə rəsmi Bakının icazəsi olmadan daxil olmaq qanun pozuntusudur: “Bu haqda Azərbaycan dövlət başçısı da narazılığını bildirmişdi. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov söylədi ki, erməni rəsmilərin həmin yerlərə səfərində problem görmürük, kommunikasiyalar, əlaqələr olmalıdır. Ancaq Lavrovun mövqeyi Azərbaycan qanunlarına zidd açıqlama idi. Çünki sözügedən ərazilər Rusiya sülhməramlılarının məsuliyyət dairəsinə daxildir və kənar şəxs gəldikdə buna cavabdehliyi Rusiya rəhbərliyi daşıyır. Ona görə ortada 10 noyabr bəyanatı var və razılaşmaya zidd addımlara yol verilməsi Azərbaycan ərazilərinin toxunulmazlığının pozulmasıdır”.

Arzuxan Əlizadə

A.Əlizadə hesab edir ki, növbəti belə hal baş versə, Azərbaycan tərəfi rəsmi şəkildə Rusiyaya etiraz bildirməlidir və 10 noyabr bəyanatındakı  bəndlər yada salınmalıdır: “Hətta sülhməramlıların həmin ərazidən çıxarılması məsələsi masaya qoyula bilər. Çünki bu qanunsuz səfərlər və şərait yaradılması çox ciddi məsələdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında sözügedən məsələyə toxunmuşdu: “Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə, bu məsələlər də tənzimlənəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR